UNEC tələbələri

"Bir günlük tələbə" olmaq istəyənlərin sayı artıb

27
(Yenilənib 22:04 16.11.2017)
UNEC şagirdlərin sevimli universitetinə çevrilib

BAKI, 17 noyabr — Sputnik. UNEC-də 2017/2018-ci tədris ilindən yuxarı sinif şagirdlərinə "bir günlük tələbə" olmaq şansı yaradılır.

"UNEC"-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həftə ərzində paytaxtın 10, 27, 83, 182 saylı məktəblərinin və Bakı Avropa Liseyinin X və XI sinif şagirdləri "UNEC-də bir gün" layihəsində iştirak ediblər. Şagirdlərin əksəriyyəti maliyyə, mühasibat uçotu və audit, dünya iqtisadiyyatı biznesin idarəedilməsi, menecment ixtisaslarına maraq göstəriblər.

"Bir günlük tələbə"lərə şərti tələbə bileti təqdim olunub. "Tələbə bileti" dərslərdə iştirak etməyə, kitabxana və yeməkxanadan istifadə etməyə icazə verir. "Bir günlük tələbə"lərə gələcəkdə ixtisas seçimində çətinlik çəkməmələri üçün konsultasiya xidməti də göstərilib.

Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağı olan UNEC-də dərs və imtahan prosesinin ictimaiyyətə açıq keçirildiyini müsbət hal kimi qarşılayan şagirdlər "Bir günlük tələbə" olaraq imtahan sessiyasını da izləyə biləcəklərindən məmnun olublar. Onlar gələcəkdə UNEC-lə London Universiteti, London İqtisadiyyat Məktəbi və Montpellier Universiteti ilə bakalavrlar üçün olan ikili diplom proqramı, eləcə də Universitet Daxili İki Diplom (UDİD) proqramından faydalanmaq istədiklərini bildiriblər.

"UNEC-də bir gün" layihəsində iştirak etmək istəyənlər 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmi Facebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.

27
Teqlər:
"bir günlük tələbə", ixtisas seçimi, Cənubi Qafqaz, şagird, UNEC
Əlaqədar
UNEC Rusiyada beynəlxalq sərgidə çıxış edib
UNEC magistrləri daha bir cəlbedici təklif
UNEC-dən tələbələrə inanılmaz fürsət – 4 ilə 2 diplom!
Fransalı rektor: "UNEC çox yaxşı universitetdir"
Millət vəkili: "UNEC öz adını dünyanın ən nüfuzlu universitetləri sırasına yazacaq"
(0:50 / 4.16Mb / просмотров видео: 2)

Erməni terrorunun qurbanına çevrilmiş 53 yaşlı Goranboy sakininin evi necə görünür video

0
Dünən Goranboyun Tapqaraqoyunlu kəndində fərdi yaşayış evinə düşən mərmi 53 yaşlı qadının həyatına son qoyub. Onun evinin bu faciədən sonra necə göründüyünü videomuzda izləyin.

Yaşadığı evinin həyətində öz gündəlik işləri ilə məşğul olan kənd sakini 53 yaşlı Flora Ziyadova qəlpə yarasından elə hadisə yerindəcə dünyasını dəyişib. Hadisə zamanı qadın evində tək olub. Onun evi də tamamilə yararsız hala düşüb.

Hazırda prokurorluq əməkdaşları mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirlərini həyata keçirir. Ermənistan SQ atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqda və dinc mülki əhaliyə qarşı cinayət əməllərini törətməkdə davam edir.

Dağlıq Qarabağdakı növbəti, sayca üçüncü atəşkəs rejimi barədə razılaşma oktyabrın 26-da yerli vaxtla səhər saat 08: 00-da qüvvəyə minib. Lakin Ermənistan silahlı qüvvələri razılaşma əldə olunandan dərhal sonra Tərtər və Ağdamın cəbhəyanı kəndlərini, oktyabrın 27-də isə Bərdə rayonunu atəşə məruz qoyub.

Ermənistan silahlı qüvvələri, sentyabrın 27-də, səhər saat 06:00 radələrində geniş miqyaslı təxribatlar həyata keçirərək Azərbaycan ordusunun bütün cəbhə xətti boyunca mövqelərini və cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrini iri çaplı silahlardan, minaatanlardan və müxtəlif çaplı artilleriya qurğularından intensiv şəkildə atəşə tutublar.

Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətininin qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ordusunun komandanlığı bütün cəbhə boyu qoşunların əks-hücum əməliyyatına başlamağa qərar verib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Artilleriya atəşi, arxiv şəkli

Ermənistan Gorusdan Qubadlını atəşə tutur

16
(Yenilənib 12:16 30.10.2020)
Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur

BAKI, 30 oktyabr — Sputnik. Ermənistan ordusu Gorus rayonu ərazisindən Qubadlını artilleriya atəşinə tutur. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyindən daxil olan məlumatda bildirilir.

"Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur. Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək", - deyə Nazirliyin yaydığı məlumatda bildirilir.

16
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə