Anar Allahverənov

Rusiya Ədliyyə Nazirliyi dünya çempionunu öldürən azərbaycanlının işinə reaksiya verdi

836
(Yenilənib 19:30 14.11.2017)
Prokurorluq qarşısında məsələ qaldırılıb, araşdırma aparılması və bu haqda məlumat verilməsi ilə bağlı xüsusi göstəriş verilib

BAKI, 14 noyabr — Sputnik. Rusiya Ədliyyə Nazirliyi Dünya Azərbaycanlıları Assambleyasının (DAA) müraciəti ilə əlaqədar Rusiya Federasiyası Prokurorluğu qarşısında məsələ qaldıraraq, Assambleyanın narahatlığı ilə bağlı araşdırma aparılması və bu haqda Assambleyanın rəhbərinə məlumat verilməsi ilə bağlı xüsusi göstəriş verib. Bu barədə Sputnik Azərbaycan-a DAA Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu haqda Rusiya Ədliyyə Nazirliyinin Assambleyaya göndərilən məktubunda qeyd edilib. Rusiya Baş Prokurorluğuna bu məsələni icraatlarında saxlamaları və qeyd olunanlarla bağlı araşdırılaraq Assambleyaya məlumat verilməsinin zəruri olduğu qeyd olunub.

Xatırladaq ki, 20.08.2017 tarixində əslən azərbaycanlı, Rusiya Federasiyası vətəndaşı Anar Allahverənov ilə rusiyalı dünya çempionu Andrey Dryaçov arasında münaqişə baş verib. Hadisə nəticəsində hər iki tərəf bir-birinə qarşı zor tətbiq edib, nəticədə Andrey Dryaçov aldığı zərbədən ölüb. Lakin sırf məişət xarakterli münaqişənin, milli münaqişə olaraq təqdim etmək cəhdlər olub və nəticədə, hadisədə təqsirli bilinən Anar Allahverənova qarşı daha əvvəl Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi üzrə (sağlamlığa ağır ziyanın vurulması, ehtiyatsızlıqdan ölümə gətirib çıxarma) ittiham irəli sürülsə də, sonradan əsl isteriya qalxıb və təkbətək davaya millətlərarası xarakter verilib.

Məsələ ilə əlaqədar Assambleya rəhbərliyi bir müddət öncə Rusiya hökumətinə müraciət edib. Müraciətdə, baş vermiş hadisədən Rusiya ilə Azərbaycan arasında hökm sürən dostluq münasibətlərinə zərbə vurmaq meylləri hiss olunduğu bildirilib, məsələnin milli deyil, sırf məişət xarakterli münaqişə olması Rusiya rəsmi qurumlarının diqqətinə çatdırılıb, baş vermiş hadisəyə hüquqi qiymət verilərkən, milli deyil, məişət zəminli münaqişə kimi qiymət verilməsinin daha doğru və ədalətli olacağı qeyd olunub. Bu prosesin həssaslığını nəzərə alaraq DAA-nın bundan sonra da məhkəmə prosesini təşkilat olaraq nəzarətdə saxlayacağı, bir sözlə, prosesi təqib edəcəyi bildirilib.

836
Teqlər:
Rusiya Ədliyyə Nazirliyi, Anar Allahverənov, Dünya Azərbaycanlıları Assambleyası, dünya çempionu, ölüm, dava
Əlaqədar
Dünya çempionunun qətlilə bitən davanın yeni görüntüləri yayıldı: sən demə...
Dünya çempionunun qatili Azərbaycana verilə bilər...
Dünya çempionunu öldürən azərbaycanlı təslim oldu: onu nələr gözləyir?
Dünya çempionunu öldürən azərbaycanlı barədə təcili xəbər
Dünya çempionunu öldürən azərbaycanlının işi böyüyür
At, arxiv şəkli

Gədəbəydə naməlum şəxslər atı ağacdan asıblar

8
(Yenilənib 22:48 26.02.2021)
Tovuz rayonu Keşməli kənd sakini Həsənov Elton ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində ağacdan asıldığı ilə bağlı polisə şikayət ərizəsi təqdim edib.

BAKI, 26 fevral — Sputnik. Gədəbəy rayonunda Tovuz sakininə məxsus atın hələ ki, kimliyi məlum olmayan şəxs və ya şəxslər tərəfindən ağacdan asılmasına görə polis araşdırmalara başlayıb.

Bu barədə "Report"a DİN-ın Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov bildirib.

“Vətəndaş Elton Həsənovun müraciəti ilə əlaqədar Gədəbəy rayon Polis Şöbəsində araşdırmalar aparılır, araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək” - deyə, DİN rəsmisi bildirib.

Qeyd edək ki, Tovuz rayonu Keşməli kənd sakini Həsənov Elton İlham oğlu ona məxsus atın Gədəbəy rayonunun Saratovka kəndində hələlik kimliyi bilinməyən şəxs və ya şəxslər tərəfindən ağacdan asıldığı ilə bağlı polisə şikayət ərizəsi təqdim edib.

8
Zəfər muzeyi və memorial kompleksi, arxiv şəkli

Vətən müharibəsi memorial kompleksi Zəfər muzeyi fondunun eksponatları təqdim olunub

7
Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun yaradılması üçün lazımi materialların toplanılması istiqamətində işlər davam etdirilir.

BAKI, 26 fevral — Sputnik. Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun təşkili üçün lazımi materialların toplanılmasına başlanılıb.

Sputnik Azərbaycan xəbər verir ki, vətəndaşlarımız müvafiq materialların təhvil verilməsində fəal iştirak edirlər. Həmçinin bu istiqamətdə müxtəlif dövlət qurumları – Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi, Dövlət Sərhəd Xidməti, Müdafiə Sənayesi Nazirliyi öz töhfələrini verir. "Gazelli Art House" qalereyası da muzeyin fondu üçün materiallar təqdim edib. Təhvil verilən materiallar Zəfər muzeyi fondunun ilk eksponatlarıdır.

Təqdim edilən materiallar arasında Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalisinə qarşı istifadə edilən müxtəlif növ silahlar və mərmilərin qalıqları, işğalçı ordu ilə qəhrəmancasına mübarizə aparan hərbçilərimizin şəxsi əşyaları da var. Bu əşyaların hər biri tarixi əhəmiyyət kəsb edir, çünki onlar möhtəşəm qələbəmizin "şahidi"dir.

Mədəniyyət Nazirliyi tərəfindən Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun yaradılması üçün lazımi materialların toplanılması istiqamətində işlər davam etdirilir.

7
Sputnik V peyvənd, arxiv şəkli

Kiril Dmitriyev: "Rusiyanın rəqibləri "Sputnik V"-nin uğurundan qorxur"

0
(Yenilənib 22:53 26.02.2021)
"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir".

BAKI, 26 fevral — Sputnik. "Rusiyanın "Sputnik V" koronavirus peyvəndinin əleyhdarları dünyada ona olan inamı sarsıtmağa çalışır, çünki bu ən yaxşı preparatlardan biridir və onlar bundan, sadəcə, qorxurlar" – bu fikri Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RBİF) rəhbəri Kiril Dmitriyev səsləndirib.

"Fikrimcə, söhbət yalnız "Sputnik V" peyvəndinin beynəlxalq səviyyədə tanınmasından deyil, dünyadakı liderliyimizdən gedir... Təvazökar, ancaq dürüst olmalıyıq. Dünyanın ən yaxşı peyvəndinə sahibik, bu, Rusiya alimlərinin böyük uğurudur, biz bununla fəxr etməliyik ", – deyə Dmitriyev Rusiya Tarix Cəmiyyətinin meydançasında bu ölkənin virusologiya tarixində liderliyinə həsr olunmuş sərginin açılışında bildirib.

"Rusiyanın düşmənləri bizə olan inamı sarsıtmağa çalışır, amma onlar Rusiya peyvəndini qaralamaq üçün çox səy göstərməli olacaqlar, çünki bu, dünyanın ən yaxşı peyvənd preparatlarından biridir. Onlar, sadəcə, bundan qorxurlar", – deyə RBİF rəhbəri vurğulayıb.

Qeyd edək ki, fevralın 2-də "The Lancet" elmi jurnalı "Sputnik V" koronavirusa qarşı peyvənd preparatının klinik sınaqlarının üçüncü mərhələsinin nəticələrini dərc edib. Klinik sınaqların üçüncü mərhələsində "Sputnik V" yüksək effektivlik, immunogenlik və təhlükəsizlik göstəriciləri nümayiş etdirib. Könüllülərin analiz təhlilləri göstərib ki, peyvəndin effektivliyi 91,6 faiz təşkil edir. Preparat vurulandan sonra yalnız 78 koronavirusa yoluxma hadisəsi öz təsdiqini tapıb.

Müqayisə üçün bildirək ki, "AstraZeneca"-nın effektivliyi - 62,1%, "Sinovac" peyvəndinin - 50,4%, "Sinopharm"-ın - 79,3% təşkil edir.

Xatırladaq ki, Rusiya Səhiyyə Nazirliyi "Sputnik V" peyvəndini 2020-ci ilin avqust ayında qeydə alıb. Vaksin Rusiyanın Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Elmi Tədqiqat Mərkəzi tərəfindən RBİF-nin dəstəyi ilə işlənib-hazırlanıb. Bu dünyada COVID-19-un profilaktikası üçün ilk qeydiyyata alınmış preparatdır.

 

0