Bakı-Sumqayıt şosesi

Bakı Sumqayıt arasında metrobus olacaqmı?

25
(Yenilənib 19:36 08.11.2017)
Vüsal Kərimli: "Metrobus xətti elə bir xətdir ki, bura başqa nəqliyyat vasitəsi daxil ola bilmir"

BAKI, 8 noyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) Bakı-Sumqayıt şosesində tıxac probleminin həll olunması istiqamətində bir neçə qurumla, o cümlədən "Azərbaycan Dəmir Yolları" QSC və "Bakı Metropoliteni" QSC ilə sıx əməkdaşlıq edir.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, bu barədə BNA-nın baş direktoru Vüsal Kərimli bildirib. Onun sözlərinə görə, əsas məqsəd sərnişin axınını ictimai nəqliyyata yönəltməkdir.

"Tam təsdiq olunmasa da, gələcək planlarımızdan biri Bakı və Sumqayıt arasında metrobus xəttinin açılışıdır. Bildiyimiz kimi, metrobus xətti elə bir xətdir ki, bura başqa nəqliyyat vasitəsi daxil ola bilmir" — deyə baş direktor vurğulayıb.

25
Teqlər:
metrobus xətti, Vüsal Kərimli, Bakı-Sumqayıt şosesi, "Azərbaycan Dəmir Yolları", Bakı Nəqliyyat Agentliyi, "Bakı Metropoliteni" QSC
Əlaqədar
Bakı-Sumqayıt-Bakı elektrik qatarının hərəkət cədvəli dəyişdirildi
Bakı-Sumqayıt yolunda ağır qəza baş verib
Bakı-Sumqayıt yolunda baş verən qəzanın qurbanlarının sayı artdı
Bakı-Sumqayıt yolundakı qəza ilə bağlı növbəti tükürpədici fakt ortaya çıxdı
Bakı-Sumqayıt yolunda baş verən qəza qurbanlarının sayı artır