Həkim, arxiv şəkli

Millət vəkili: "Professional həkimin maaşı 150-160 manatdır"

314
(Yenilənib 16:45 08.11.2017)
Millət vəkili: "Səhiyyə işçiləri ələ baxımlılığı öyrənirlər ya da hansısa mənfi hallar baş verir. Amma bizim çox gözəl həkim ordusu var, professional həkimlərimiz var. Onlar bu maaşa layiq deyillər"

BAKI, 8 noyabr — Sputnik. 2018-ci ilin dövlət büdcəsindən səhiyyə məsələlərinə 3,5 faiz vəsait ayrılıb və yəqin ki, bu, azdır.

Sputnik Azərbaycan xəbər verir ki, bunu millət vəkili Elmira Axundova Milli Məclisin komitələrinin birgə iclasında deyib.

Onun sözlərinə görə, poliklinikada tibb bacısının maaşı 110-120 manatdır. Professional həkimin maaşı isə 150-160 manatdır: "Axı, belə maaş olmaz. Bizim uşaqlarımız xaricdə təhsil alır və onlar qayıtmaq istəmirlər. Çünki onlar deyirlər ki, biz burada 200-300 manat maaşla necə işləyəcək, ailəmizi dolandıracağıq. Bu, çox ciddi məsələdir".

Millət vəkili deyib ki, səhiyyə işçiləri ələ baxımlılığı öyrənirlər ya da hansısa mənfi hallar baş verir: "Amma bizim çox gözəl həkim ordusu var, professional həkimlərimiz var. Onlar bu maaşa layiq deyillər".

314
Teqlər:
Elmira Axundova, dövlət büdcəsi, həkim, maaş, Milli Məclis
Əlaqədar
ABŞ-da oxuyan azərbaycanlı həkim: "Amerikada təhsil əlçatmaz deyil"
Qışa necə hazırlaşmalı: Həkim məsləhəti
Siyasi avtoritet xərçəngə tutulub və həkimlər ona "pis proqnoz" veriblər
Tanınmış həkim intihar etdi
Daha bir azərbaycanlı uşaq həkim səhvinin qurbanı oldu