Полицейский автомобиль в Москве, фото из архива

Moskva polisi azərbaycanlılara məxsus avtosalonlarda əməliyyat keçirib

88
(Yenilənib 14:14 07.11.2017)
Tutulanlar müştərilərə qarşı dələduzluq etməkdə ittiham edilirlər

BAKI, 7 noyabr — Sputnik. Moskvada azərbaycanlılara məxsus avtomobil satışı salonlarına polis basqın edib. Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin iqtisadi cinayətkarlıq və korrupsiyaya qarşı mübarizə şöbəsinin əməkdaşları “Rosqvardiya”nın əməkdaşlarının dəstəyi ilə paytaxtda yerləşən üç avtosalonda əməliyyat keçiriblər.

Polis tərəfindən saxlanılan avtosalon əməkdaşları dələduzluqda və insanlara 50 milyon rubldan (1,5 milyon manat) çox ziyan vurmaqda şübhəli bilinirlər.

Rusiya DİN-in rəsmi nümayəndəsi İrina Volk avtosalon əməkdaşlarının avtomobil satışı zamanı dələduzluğa yol verdiklərini, internetdə yeni avtomobillərin ucuz qiymətə satışı ilə bağlı elan yerləşdirdiklərini bildirib: "Onlar müştəri ilə alqı-satqı müqaviləsini bağladıqdan sonra sənədləri saxtalaşdıraraq əvvəlcədən qeyd olunan qiyməti daha yüksək göstəriblər. Sonra isə müştərilərə saxtalaşdırılan sənəddə qeyd olunan qiyməti ödəməyi, ya da işlənmiş avtomobil götürməyi təklif ediblər. Belə olan halda müştərilər nəqliyyat vasitəsini əlverişsiz şərtlərlə əlavə 250 min rubl ödəməklə, baha qiymətə almağa məcbur olublar. Vətəndaşlara dəyən zərərin ümumi məbləği 50 milyon rubldan çoxdur".

Rusiya DİN nümayəndəsi avtosalonlarda keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin sayını açıqlamayıb.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. Saxlanılanlar barəsində məhkəmə artıq həbs-qətimkan tədbiri seçib.

APA-nın əldə etdiyi məlumata görə, Rusiya DİN-in əməliyyat keçirdiyi avtosalonların üçü də azərbaycanlılara məxsusdur. Saxlanılanlar arasında azərbaycanlılar da var. Məlumata görə, saxlanılanların əksəriyyəti avtosalon əməkdaşlarıdır. Avtosalonun sahibləri isə qaçaraq gizləniblər.

88
Teqlər:
avtosalon, Rusiya Daxili İşlər Nazirliyi, Moskva, dələduzluq, polis, azərbaycanlı
Əlaqədar
DTX əməliyyat keçirdi, casus həbs edildi
Terrorçulara qarşı daha bir əməliyyat: ölən və yaralananlar var
"Qoca"nı ölümə aparan ssenari - Əməliyyatın detalları
DTX-nın keçirdiyi antiterror əməliyyatının görüntüləri
Qurumların birgə keçirdiyi əməliyyatla bağlı məlumat yayıldı
Rəssamın rəngləri və fırçaları, arxiv şəkli

Adi karandaşla canlı kimi görünən qəhrəmanlarımız: bunlar 14 yaşlı uşağın əl işidir - FOTO

17
(Yenilənib 23:32 16.01.2021)
Yardımlıdan olan yeniyetmə Vətən müharibəsi şəhidlərinin portretlərini sadə karandaşla yaradır. O inanır ki, gələcəkdə məşhur fırça ustası olacaq

BAKI, 16 yanvar - Sputnik, Kəmalə Əliyeva. Akademik təhsilinin olmamasına rəğmən, on dörd yaşlı Səməd İskəndərli karandaşla unikal əsərlər yaradır. O, daha çox Qarabağ müharibəsinin qəhrəmanlarının portretlərini çəkir. Sputnik Azərbaycan bildirir ki, gənc rəssam üçün hazırda ən böyük çətinlik işləmək üçün şəraitin olmaması və rassam ləvazimatlarının yoxluğudur. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

Səməd Yardımlı rayonunun Sırıq kəndində yaşayır. O, rəsmlə uşaqlıqdan maraqlanır. Maliyyə problemlərinə görə ailəsi ona inkişaf etməkdə yardım edə bilmir. Müəllimlə çalışmaq imkanı olmayan Səməd internetdə müxtəlif videoçarxlara baxaraq öyrənir. 

Посмотреть эту публикацию в Instagram

Публикация от İskəndərli Səməd 🇦🇿 (@drawing.smd)

"Təəssüf ki, valideynlərim mənə rəssamlıq üçün lazım olanları ala bilmirlər, çünki bu ləvazimatlar çox bahadır. Əvvəl ancaq sadə karandaşla çəkməyə başladım. Sonra mənim xaricdə yaşayan dostum tanışları vasitəsilə mənə rəngli karandaşlar göndərdi, indi də onlardan istifadə edirəm. Onun sayəsində öz üzərimdə daha çox işləmək arzusu yarandı", - Səməd deyir.

© Photo : Courtesy of Samed Iskenderli
Səməd İskəndərli

Gənc istedad qohumlarını, tanışlarını, müxtəlif filmlərin qəhrəmanlarını çəkir. Son işləri isə Vətən müharibəsinin qəhrəmanlarına həsr olunub. Onun sözlərinə görə, hər dəfə şəhidlərin portretlərini yaradanda böyük məsuliyyət hiss edir və çalışır ki, hər yeni işi öncəkindən daha yaxşı alınsın. 

Səməd əmindir ki, gələcəkdə məşhur rəssam olacaq və onun əsərlərini hər kəs tanıyacaq. 

17
Teqlər:
Yardımlı, yeniyetmə, rəssam, Qarabağ
Mövzu:
Sözlə deyə bilmədiklərimizin izharı - sənət
Qanda qlükozanın miqdarının yoxlanılması

Şəkərlə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar

8
(Yenilənib 23:07 16.01.2021)
"Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

BAKI, 16 yanvar — Sputnik. "Ölkəmizdə qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 272 min nəfərdir. Onların 1850-ni uşaqlar təşkil edir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev "Virtual Diabet Məktəbi" layihəsi üzrə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib. O bildirib ki, diabetlə əlaqəli fəsadlaşmaların sayının artması universal tibbi təminat baxımından dövlət büdcəsinə ağır maliyyə yükü yaradır:

"İlkin profilaktik tədbirləri və əhali arasında maarifləndirməni gücləndirməklə xəstəliklə bağlı xərcləri əhəmiyyətli dərəcədə azaltmaq olar. Bu baxımdan Anlaşma Memorandumu mənfi tendensiyanı müsbətə doğru çevirməkdə yeni imkanlar açır".

Agentliyin İdarə Heyətinin sədri deyib ki, hər il dünyada ölümlərin 11.3%-i şəkərli diabetlə bağlı olur.

8