Əməliyyat, arxiv şəkli

Azərbaycanda 4 əlli, 4 ayaqlı uşaq doğuldu

225
(Yenilənib 14:05 07.11.2017)
Bu patologiyada uşaq son illərdə demək olar ki, doğulmayıb

BAKI, 7 noyabr — Sputnik. Azərbaycanda qeyri-adi uşaq doğulub. Sputnik Azərbaycan medicina.az saytına istinadla xəbər verir ki, uşaq K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda (OMD) əməliyyat olunub. Hər milyon nəfərdən birində rast gəlinən nadir patologiyalı uşaq görənləri qorxuya salsa da, mütəxəssislərin müdaxiləsi ilə körpə xilas edilib.

Uşağa anatomik inkişaf etmiş dölə anormal inkişaf etmiş dölün (epiqastral heteroqapus – parazit-döl) bitişməsi diaqnozu qoyulub. Belə ki, uşağın qarın nahiyəsində əlavə inkişaf etmiş bədən olub. Parazit-döldə ayaqlar, əllər, cinsiyyət orqanı, sidik kisəsi, bağırsaqlar və bir böyrək inkişaf edib. Parazit uşağın daxilinə də keçərək onun bağırsaqlarına bitişib, hətta qaraciyərlərdə də bitişmə müəyyən olunub.

Bundan əlavə, parazitin uraxusu uşağın göbəyinə bitişik olub. Yenidoğulmuş körpə 7 günlük ikən əməliyyata alınıb, onun qarın boşluğu açılıb, parazit bütünlüklə ayrılıb, bitişmiş bağırsaq və qaraciyər təcrid olunub.

Azərbaycanda qeyri-adi uşaq doğulub
© Photo : medicina
Azərbaycanda qeyri-adi uşaq doğulub

Əməliyyat sonrası dövr fəsadsız ötüşüb, uşaq evə buraxılıb. Ən maraqlısı odur ki, 4 ayaqlı, 4 əlli körpə dünyaya normal doğuşla gəlib.

Elmi ədəbiyyatda bu patologiya blastopatiyanın nəticəsi kimi qeyd olunur ki, bu da döllənmənin ilk 14 günündə baş verir. Blastopatiyanın etimologiyası hələ tam məlum deyil.

Azərbaycanda bu patologiyada uşaq son illərdə demək olar ki, doğulmayıb.

225
Teqlər:
anormal inkişaf, patologiya, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, döl, Azərbaycan
Əlaqədar
Uşaq bağçasında girov dramı: yaralılar var
Düzgün qidalanmamaq uşaqlarda hansı xəstəliklərə səbəb olur
Rəsulova: “Uşaqlara ilk 6 ayda əlavə qidalar verilməməlidir”
Sağlam Təhsil uşaqlarımıza nə verəcək?
Uşaqlı analar üçün qadağalar siyahısı
Erməni pasportu

Doğulduğu yer - Azərbaycan? Qarabağ ermənisinin pasportu Ermənistanda qalmaqal yaradıb

329
(Yenilənib 00:01 03.03.2021)
"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam" - Arsen Karapetyan.

BAKI, 2 mart - Sputnik. Qarabağda doğulan Ermənistan vətəndaşlarının yeni pasportlarında doğum yeri hissəsinə “Azərbaycan” yazılmağa başlanılıb.

Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan Ağsaqqallar Şurasının “Mənim addımım” fraksiyasından olan keçmiş üzvü, memar Arsen Karapetyan öz Facebook hesabında yazıb. 

Karapetyan qeyd edib ki, dostu 80-ci illərin ortalarında Ağdərədə (Mardakertdə) anadan olub. Daha sonra isə Rusiyada yaşayıb və hazırda Ermənistan vətəndaşlığı almaq üçün müraciət edib. Onun pasportunda doğum yeri kimi isə Azərbaycan göstərilib.

"Azərbaycan SSR deyil, DQR deyil, sadəcə Azərbaycan. İndi dostum deyir ki, nəhayət xəyal etdiyim vətəndaşlıq aldım və məlum oldu ki, mən Azərbaycandanam. Nədir bu?", - deyə Karapetyan sosial şəbəkədə yazıb.

Məsələ ilə bağlı Ermənistan polisinin pasport və viza şöbəsinin rəis müavini Məryəm Gevorkyan açıqlama verib.

"Bu vətəndaş Sovet İttifaqı dövründə anadan olub, Azərbaycan SSR-də anadan olub. Ermənistan Respublikasının pasportu səyahət sənədidir, beynəlxalq standartlara uyğundur, ona görə keçmiş SSRİ ölkələri üçün kodlar yoxdur. Başqa sözlə, əgər bir insan keçmiş SSRİ-nin bir ölkəsində anadan olubsa, onun doğulduğu yer pasporta ölkənin indiki adı ilə qeyd olunur, yəni Gürcüstan SSRİ deyil, Gürcüstan", - deyə Məryəm Gevorkyan bildirib.

O əlavə edib ki, "bu, köhnə təcrübədir". 

Qeyd edək ki, Arsen Karapetyan şərh bölümündə dostunun doğulduğu yerin "Azərbaycan SSR" kimi göstərildiyi Rusiya pasportunu da yerləşdirib. 

329
Bakıda ağac kəsimi, arxiv şəkli

Binəqədidə ağacları kəsən şirkət rəhbəri məhkəməyə verildi

4
(Yenilənib 22:48 02.03.2021)
Meşə fonduna daxil olmayan 8 ədəd, cəmi 17 min 100 manat dəyərində şam, sərv və şərq çinarı ağaclarının qanunsuz kəsilməsinə göstəriş verməsinə əsaslı şübhələr müəyyənləşib.

BAKI, 2 mart — Sputnik. Binəqədi rayonu, 18-ci Dağlıq küçəsi, ev 1 ünvanında "Mahal" MTK tərəfindən tikilən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş ağacların köküstə qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Binəqədi rayon prokurorluğunda araşdırma aparılıb.

Binəqədi rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Rəhimov İlqar Vəliyəddin oğlunun "Mahal" MTK-nın sədrinin vəzifələrini icra etdiyi müddətdə qulluq mövqeyindən və vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, "Mahal" MTK üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq qeyd edilən ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasının tikintisi üçün ayrılmış torpaq sahəsinin ətrafında mövcud olmuş, meşə fonduna daxil olmayan 8 ədəd, cəmi 17 min 100 manat dəyərində şam, sərv və şərq çinarı ağaclarının qanunsuz kəsilməsinə göstəriş verməsinə əsaslı şübhələr müəyyələşib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) 259.2.4-cü (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılıb.

İş üzrə toplanmış sübutlar əsasında İlqar Rəhimov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon Məhkəməsinə göndərilib.

4