Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftimizin qiyməti sürətlə artır

© AFP 2023 / Mark RALSTONНефтяные насосы. Архивное фото
Нефтяные насосы. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 66,20 dollar təşkil edib

BAKI, 7 noyabr — Sputnik. Dünya bazarında neftin qiyməti sürətlə artır. Sputnik Azərbaycan xəbər verir ki, qiymət Səudiyyə Ərəbistanında cərəyan edən hadisələr fonunda yüksəlir.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə 57,29 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 64,19 dollar olub.

Azərbaycanın "AzeriLight" markalı neftin 1 barelinin dəyəri 2,58 dollar və ya 4,06% artaraq 66,20 dollar təşkil edib.

Xəbər lenti
0