Xəstəxana

"Qoca" olayından yeni xəbər var

231
(Yenilənib 16:54 04.11.2017)
"Qoca" Hacıqabul şəhərində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb

BAKI, 4 noyabr — Sputnik. Bakıda hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdiyi xüsusi əməliyyat zamanı öldürülən şəxslərin meyitləri ailələrinə təhvil verilib. Sputnik Azərbaycan xəbər verir ki, bu gün Etibar Məmmədov və İlqar Əzimovun meyitləri müayinə olunduqdan sonra Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən yaxınları tərəfindən götürülüb. "Report"un məlumatına görə, Etibar Məmmədov artıq Hacıqabul şəhərində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb. 

Etibar Məmmədov
Etibar Məmmədov

Qeyd edək ki, oktyabrın 23-də Bakı şəhərinə etap zamanı konvoy mühafizəsi altından qaçan, ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən, əvvəllər dəfələrlə məhkum olunmuş Etibar Məmmədovun tutulması istiqamətində həyata keçirilən əməliyyat zamanı E. Məmmədov və onun tanışı İlqar Əzimova xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına odlu silahdan atəş açmaqla müqavimət göstəriblər. Əməliyyat qrupu xidməti silah tətbiq edilməklə görülmüş cavab tədbirləri ilə Etibar Məmmədov və İlqar Əzimov yaralanıb və onlar tibbi yardım göstərilməsi üçün müalicə müəssisəsinə aparılarkən yolda ölüblər.

231
Əlaqədar
"Qoca"nın ortağı ilə bağlı yeni məlumat var
"Qoca"nı ölümə aparan ssenari - Əməliyyatın detalları
"Qoca"nın həbsxana həyatı - VİDEO
Fədayə Laçından "Qoca"nın ölümünə ilk reaksiya
"Qoca" belə vuruldu - Təfərrüat

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

16
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

16
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14