Azərbaycanla Çinin əlaqələrinə yeni töhfə verəcək addım

© AFP 2023 / WANG ZHAOPekin
Pekin - Sputnik Azərbaycan
Abunə olmaq
Memoranduma əsasən, tərəflər sertifikatların qarşılıqlı tanınmasına imkan verəcək

BAKI, 20 oktyabr — Sputnik. Bu gün keçirilən Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və karantin üzrə Baş Administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, Çindən Azərbaycana böyük miqdarda mal idxal olunur. Bu memorandum məhsul və xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edəcək. Memoranduma əsasən, tərəflər sertifikatların qarşılıqlı tanınmasına imkan verəcək.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

 

Xəbər lenti
0