Tahir Kərimli, Vəhdət Partiyasının sədri, millət vəkili

Millət vəkili: "Biz avropalı deyilik, asiyalıyıq"

54
(Yenilənib 18:05 20.10.2017)
Millət vəkili deyib ki, vaxtilə Azərbaycan ölüm hökmünü Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklər səbəbindən ləğv edib

BAKI, 20 oktyabr — Sputnik. "Avropa Şurası Azərbaycanı bu təşkilatdan çıxarmaq niyyətinə düşərsə, biz əks addım atmalıyıq. Onlar belə qərar qəbul edənə qədər biz özümüz Avropa Şurasından çıxmalıyıq".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Tahir Kərimli deyib.

Millət vəkili qeyd edib ki, vaxtilə Azərbaycan ölüm hökmünü Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklər səbəbindən ləğv edib: "Artıq Rusiya İstintaq Komitəsi ölüm hökmünün bərpası haqqında düşünür. Biz Avropa Şurasına daxil olanda həm də düşünürdük ki, bu qurum Qarabağ problemi məsələsində Azərbaycana dəstək olacaq. Ancaq uzun illərdir ki, bu müşahidə edilmir. Əvəzində Avropa Şurası xristian təəssübkeşliyindən çıxış edir".

"Biz Şərq ölkəsiyik və qiyafəmiz Avropasayağıdır. Ancaq Avropa Şurası bizim göy və yaşıl rənglərimizi qəbul etmir. Biz avropalı yox, asiyalıyıq. Heç kimin diktəsi ilə yaşamamalıyıq" — deyə millət vəkili söyləyib.

Milli Məclis sədri Oqtay Əsədov isə deyib ki, əgər Azərbaycan Avropa Şurasına kor-koranə itaət etsəydi, Azərbaycana qarşı belə çıxışlar olmazdı: "Söhbətin kökündə erməni diasporu və Azərbaycana qarşı qərəz dayanır".

54
Əlaqədar
Avropa Şurasından gözlənilən "Kataloniya" açıqlaması
İki idmançımız Avropa çempionatının qalibləri sırasında
Şahinoğlu: “Avropa İttifaqı Dağlıq Qarabağ münaqişənin həllində fəal iştirak etmir”
Avropa İttifaqına şok təhdid: 24 saat içində qovarıq