İlham Əliyev Sooronbay Jeenbekovu təbrik etdi

© Official website of President of Azerbaijan Republicİlham Əliyev qadın voleybolçulardan ibarət milli komandamızın heyətini qəbul edib
İlham Əliyev qadın voleybolçulardan ibarət milli komandamızın heyətini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Prezidenti Qırğız Respublikasının yeni prezidentini təbrik edib

BAKI, 16 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sooronbay Jeenbekova Qırğızıstan prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik məkltubu göndərib.

Sputnik Azərbaycan xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Jeenbekov,

Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qırğızıstan xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm".

Xəbər lenti
0