Müdafiə Nazirliyi “Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq” layihəsinə start verdi

Azərbaycan hərbçiləri söz verdilər: "Bu bölgənin müdafiəsində ayıq-sayıq dayanacağıq"

61
(Yenilənib 13:36 13.10.2017)
Müdafiə Nazirliyi "Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq" layihəsinə start verib

BAKI, 13 oktyabr — Sputnik. 2016-cı ilin aprel zəfərindən sonra Azərbaycan Ordusuna inam daha da artıb. Xalq öz ordusuna güvənir və onun istənilən əmr və tapşırığı qısa bir zamanda layiqincə yerinə yetirib, ölkəmizin ərazi bütövlüyünü təmin edərək hərb tariximizə daha parlaq səhifələr yazacağına əmindir.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib: "Düşmən işğal etdiyi ərazilərdən xoşluqla geri çəkilməsə, aprel döyüşləri təkrarlanacaq, düşmənə daha tutarlı zərbələr vurulacaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkə başçısının çıxışı bütün xalqımız kimi Silahlı Qüvvələrimizin şəxsi heyətinin də böyük ruh yüksəkliyinə səbəb olub".

  • Müdafiə Nazirliyi “Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq” layihəsinə start verdi
    Müdafiə Nazirliyi “Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq” layihəsinə start verdi
    © AR Ministry of Defense
  • Müdafiə Nazirliyi “Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq” layihəsinə start verdi
    Müdafiə Nazirliyi “Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq” layihəsinə start verdi
    © AR Ministry of Defense
  • Müdafiə Nazirliyi “Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq” layihəsinə start verdi
    Müdafiə Nazirliyi “Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq” layihəsinə start verdi
    © AR Ministry of Defense
1 / 3
© AR Ministry of Defense
Müdafiə Nazirliyi “Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq” layihəsinə start verdi

"Son illərdə ordu ilə xalqın birliyi daha da möhkəmlənib. Bir ənənə halını almış "Açıq qapı" günlərində ictimaiyyət nümayəndələri ordu quruculuğundakı islahatlar, yeniliklərlə tanış olur, hərbçilərin sosial-məişət tərzi və əsgəri xidmət üçün yaradılan müasir şəraitlə, eləcə də silah-sursat, texnika və digər vasitələrlə tanışlıq imkanı əldə edirlər. Silahlı Qüvvələrdə icrasına yenicə başlanmış "Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq" layihəsi ordu ilə xalqın birliyinin daha da möhkəmlənməsinə, şəxsi heyətin müdafiəsində dayandığı bölgəni yaxından tanımasına, yerli əhalinin adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə yaxından bələd olmasına şərait yaradacaq, hərbi qulluqçuların dünya görüşünün artmasında, vətənimizin hər bir guşəsinə sevgi, məhəbbət hisslərinin aşılanmasında müsbət təsirini göstərəcək" — deyə MN-dən bildirilib.

Əlavə olunub ki, "Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq" layihəsi çərçivəsində ilk tədbir respublikamızın elm, mədəniyyət, ədəbiyyat mərkəzlərindən biri olan, dünya hərb tarixinə görkəmli şəxsiyyətlər və sərkərdələr bəxş etmiş Qazax rayonunda reallaşıb: "Bir qrup hərbi qulluqçu ötən il möhtərəm prezidentimiz cənab İlham Əliyevin iştirakı ilə təntənəli açılışı olmuş, müasir və zəngin ekspozisiyaya malik Qazax rayon tarix-diyarşünaslıq muzeyini ziyarət edib. Muzey kollektivi tərəfindən hörmətlə qarşılanan vətən müdafiəçiləri əvvəlcə xalqımızın Ümummilli Lideri, hələ ötən əsrin 70-ci illərində Azərbaycanın bütün bölgələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılmasının bilavasitə təşəbbüskarı ulu öndər Heydər Əliyevə həsr edilən guşə ilə tanış olub, muzey direktoru Gülnaz Alişanovanın bələdçiliyi ilə bölgənin tarixinə "səyahət" ediblər. Qeyd olunub ki, gözəl və rəngarəng təbiəti ilə seçilən Qazax rayonu həm də arxeoloji və memarlıq abidələri ilə zəngin bir bölgədir".

"Burada yüzdən çox abidə qeydə alınıb ki, onlardan "Damcılı", "Baba Dərviş" və "Qırmızı körpü" abidələri dünya əhəmiyyətli abidələr kimi UNESCO-nun mədəni irs siyahısına daxil edilib. Damcılı mağarası bu bölgədə yaşayışın paleolit dövrünə aid olduğunu göstərir. Ötən il Azərbaycan arxeoloqları yaponiyalı həmkarları ilə burada arxeoloji tədqiqatlar aparmış və yüzlərlə yeni eksponat aşkarlanıb. "AVEY" Dövlət Tarixi-Mədəniyyət Qoruğundakı mağaralar, ilk insan düşərgələri, qalalar və digər abidələr barədə də hərbçilərə ətraflı məlumatlar verilib. Qazaxdan pərvazlanan görkəmli hərbi xadimlər: ilk hərbi təyyarəçi Fərrux Qayıbov, "rus artilleriyasının Allahı" general Əliağa Şıxlinski, hərbi topoqrafçı general İbrahim Ağa Vəkilov, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev, İtaliyanın Milli Qəhrəmanı Tahir İsayev, Fransa Milli Müqavimət hərəkatının partizanlarından olan Xanos Əhmədov, Azərbaycanın Mili Qəhrəmanları Alı Mustafayev, Aqil Musayev, Şamoy Çobanov, Mərifət Nəsibov, Firudin Şamoyev və "Azərbaycan Bayrağı" ordenli şəhid Qaratel Hacımahmudova haqqında söhbətləri əsgər və zabitlər maraqla dinləyiblər. Qazaxın folkloru, etnoqrafiyası, şair və yazıçıları, pəhləvanları, məşhur dilbaz atları barədə söhbət açılıb" — nazirlikdən qeyd olunub.

Bildirilib ki, muzeyin rəy və təkliflər kitabına "Azərbaycanımızın qədim və qəhrəmanlıqlarla zəngin olan belə bir bölgəsində xidmət etməkdən böyük qürur duyuruq və söz veririk ki, bundan sonra da bu bölgənin müdafiəsində ayıq-sayıq dayanacaq və Vətənimizin elm, mədəniyyət, ədəbiyyat mərkəzlərindən biri olan Qazaxı göz bəbəyi kimi qoruyacağıq" sözlərini yazan hərbçilər muzeydən xoş təəssüratlarla ayrılıblar. Hərbi qulluqçular sonra xidmət etdikləri bölgəni yaxından tanımaq istəyi ilə Molla Vəli Vidadinin ev muzeyində, Rəsm Qalereyasında, Ədəbiyyat muzeyində, Şəxsiyyətlər parkında və şəhərin digər görməli yerlərində olublar.

61
Teqlər:
"Xidmət etdiyimiz bölgəni yaxından tanıyaq", aprel döyüşləri, Azərbaycan ordusu, hərbçi, Müdafiə Nazirliyi
Əlaqədar
Azərbaycan hərbçiləri bu sahədə Rusiya təcrübəsini öyrənəcəklər
Qazaxıstanlı yüksək rütbəli hərbçidən Xəzərdə müharibə anonsu
Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri başa çatıb
Prezidentdən hərbçilərlə bağlı vacib sərəncam

Rusiyalı sülhməramlılar Laçın dəhlizində təhlükəsizliyə necə nəzarət edirlər video

5
(Yenilənib 15:04 26.11.2020)
Rusiyalı sülhməramlıların Laçın dəhlizi ilə nəqliyyat hərəkətinin təhlükəsizliyini necə təmin etdiyini videoda izləyin.

Dağlıq Qarabağda Rusiya sülhməramlıları üçtərəfli sülh razılığı və atəşkəs rejiminin təmin edilməsinə nəzarət edir. 

Hərbçilər təmas xəttində yerləşən 23 müşahidə məntəqəsindən vəziyyəti gecə-gündüz müşahidə edir. Sülhməramlılar həm də Laçın dəhlizi boyunca hərəkətin təhlükəsizliyini təmin edirlər.

Kəlbəcərə ilk daxil olan Azərbaycan hərbçiləri - FOTOLAR>>

İstehkamçılar hərbi əməliyyatlardan zərər çəkən əraziləri minalardan təmizləyirlər. Mühəndis bölmələri yolları təmizləyir, bölgədə nəqliyyat hərəkətinin tənzimlənməsinə yardım edir, habelə yaşayış məntəqələrinin su, enerji və istilik tədarükünü bərpa edir.

5
Həblər, arxiv şəkli

Hər birimizin köməyinə çatan dərmanlarla bağlı qorxunc xəbərdarlıq - öldürə bilər

9
(Yenilənib 16:21 26.11.2020)
"Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Azərbaycanda antimikrob dərmanların apteklərdə əhaliyə sərbəst satışı qadağan olunmalıdır. Bununla bağlı dövlət qurumları lazımi dəstək verməlidir. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. Onun sözlərinə görə, bu preparatlara əlçatanlığını azaltmaq lazımdır. "İnsanların antibiotiklərə qarşı davamlılığı ölçülməlidir. Bunun üçün Azərbaycanın lazımi laboratoriyaları var. Həmçinin, maarifləndirmə də olmalıdır. Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi".

Qeyd edək ki, antibiotiklər yüngün soyuqlama zamanı hər birimizin köməyinə çatır. Ona görə də antibiotiklərin reseptlə satılması əhali tərəfindən birmənalı qarşılanmır. Sputnik Azərbaycan antibiotiklərin reseptsiz satışının fəsadlarını araşdırıb.

Professor Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında antibiotiklərin reseptsiz satışının məhdudlaşdırılması ilə bağlı təklifləri dəstəklədiyini bildirib. A.Qeybulla deyir ki, apteklərdə antibiotiklərin reseptsiz satışı qanunda olan boşluqdan irəli gəlir. Onun sözlərinə görə, xarici ölkələrdə antibiotiklər reseptlə satılır:

"Antibiotiklərin həkim təyini olmadan istifadəsi çox risklidir. Bu, hətta ölümə belə gətirib çıxardır. Koronavirusun müalicəsində antibiotiklərdən istifadə məsləhət görülmür. Çox təəssüf ki, insanlar evdə müalicə zamanı kortəbii antibiotiklərdən istifadə edirlər. Bu isə anafilaktik şok, allergik təsirlər göstərə bilər. Antibiotiklərdən həkim təyinatı olmadan istifadə qulağı kar edə, böyrək problemlərinə səbəb ola bilər. Sovet dövründə antibiotiklərdən istifadə geniş yayılmışdı. İndi də bəzi insanlar həkim təyinatı olmadan antibiotikləri alaraq istifadə edirlər. Təbii ki, buna son qoyulmalıdır".

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və Sanitariya-Epidemioloji Nəzarət Şöbəsinin müdiri Nəzifə Mürsəlova Ümumdünya Antimikrob Preparatlardan Düzgün İstifadəyə dair Maarifləndirmə Həftəsinə həsr olunmuş virtual mətbuat konfransında bildirib ki, hazırda antibiotiklər reseptlə buraxılan dərmanlar sırasındadır: "Bu gün apteklərdə hər kəs istənilən antibiotiki ala bilər. Bu cür dərmanlar açıq satışda var və buna heç bir nəzarət yoxdur. Bu, bizim problemimiz idi. Bu məsələ qanunvericilikdə tənzimlənir, təəssüf ki, bu tənzimlənmə kağız üzərində qalır. COVID-19 dövründə problem daha da artdı. Bu qanunvericiliyin yerlərdə işləməsi istiqamətində işlər gücləndirilməli, ona nəzarət artırılmalıdır. Dövlət səviyyəsində bu məsələyə sərt nəzarət olmalıdır".

Koronavirusdan ölüm artır - Səbəblər virusun özü qədər qorxuludur>>

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, antibiotiklərin satışı "Əhalinin sağlamlığının qorunması haqqında" qanunla müvafiq qaydada tənzimlənir:

"Bu, qanunvericilikdə olan hər hansı boşluq yox, qanunun icrası ilə bağlı problemdir. Qanunların icra müxanizmi NK-nın müvafiq qərarları ilə tənzimlənir. Ola bilər ki, bu məsələ də icra mexanizmində yaranan anlaşılmazlıqla bağlı ola bilər. Qanun antibiotiklərin satışını kifayət qədər tənzimləyir. İşçi qaydada təlimatlarla bu məsələyə baxılmalıdır", - deyə deputat bildirib.

M.Məmmədli bildirir ki, antibiotiklərin kortəbii təyini mənfi təsirə səbəb ola bilər. Koronavirusla mübarizədə isə bu, daha təhlükəlidir: "Çünki koronavirusa yüngül yoluxmada müalicə əsasən orqanizmin gücləndirilməsi, immun sisteminin möhkəmləndirilməsi ilə bağlı aparılır. Antibiotiklərdən istifadə isə orqanizmi, immun sistemini zəiflədir. Bu, o demək deyil ki, xəstələrə antibiotik ümumiyyətlə təyin olunmamalıdır. Sadəcə olaraq bunun üçün tibbi göstəriş olmalıdır. Hər xəstəliyə antibiotik istifadə edilə bilməz. Bəzən insanlar özləri özlərini antibiotiklərlə müalicə edirlər. Ona görə də antibiotiklər reseptsiz buraxılmamalıdır. Bu, beynəlxalq təcrübəyə əsaslanır. Antibiotiklər həkimlərin təyinatı ilə resept əsasında satılmalıdır".

9
Teqlər:
Müşfiq Məmmədli, Nəzifə Mürsəlova, Adil Qeybulla, antibiotik, Koronavirus, epidemiya, COVID-19