Самед Сеидов, председатель комитета Милли Меджлиса АР по международным отношениям и межпарламентским связям, руководитель делегации Азербайджана в ПАСЕ

"Azərbaycansız AŞPA özü yaşaya bilməz"

43
(Yenilənib 18:22 11.10.2017)
Səməd Seyidov: "Azərbaycanla bağlı bu gün qəbul olunan qətnamələr AŞPA-ya utanc gətirən sənədlərdir"

BAKI, 11 oktyabr — Sputnik. "AŞPA-dakı bugünkü müzakirələr bir daha göstərdi ki, burada müxtəlif qruplar, xüsusilə ermənilər tərəfindən dəstək alanlar Azərbaycanı ciddi tənqid etmək cəhdlərini ortaya qoymağa çalışdılar. Təsəvvür edin, çox vaxt AŞPA-nın iclaslarında iştirak etməyən şəxslər hamısı bura gəlib, Azərbaycanla bağlı bu fürsəti əldən vermək istəmədilər".

APA-nın xəbər verir ki, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S. Seyidovun sözlərinə görə, həmin şəxslər açıq-aşkar öz qarşılarına məqsəd qoyublar ki, Avropa Şurası daxilində Azərbaycana qarşı lobbiçilik, nifrət kampaniyası yaratsınlar: "Burada yalan, böhtan, Azərbaycana qarşı ağlasığmaz faktları gündəmə gətirib səsləndirirlər. Azərbaycanda gedən hüquqi islahatlar, hakimlərin təyin olunması, qanunvericiliyin inkişaf etdirilməsi kimi məsələlər bütün dövlətlər tərəfindən qəbul olunub və bu, danılmaz faktdır. Ancaq məruzəyə "Azərbaycanda hüquqi islahatlara başlamaq lazımdır" sözlərini əlavə etmək o deməkdir ki, ya onlar Azərbaycanda gedən prosesləri ümumiyyətlə bilmirlər, ya da Azərbaycana qarşı qəsdən əsassız iddialar irəli sürürlər. Bugünkü müzakirələrdə onların əsas məqsədi Azərbaycanla Avropa Şurası arasında uçurum yaratmaq idi. Ancaq onlar istədiklərinə nail ola bilmədilər. Çünki çıxışlar arasında Azərbaycanın inkişafı, mövqeyi, rolu, gördüyü işlərlə bağlı həm Azərbaycan nümayəndə heyəti tərəfindən, həm bir sıra AŞPA deputatları tərəfindən konkret faktlar çatdırıldı. Əsas odur ki, burada da başa düşdülər ki, Avropa Şurasının baş katibi Avropa İnsan Haqları Məhkəməsində on minlərlə yerinə yetirilməmiş işi kənara qoyaraq yalnız bir işdən yapışıb, Azərbaycanın nüfuzuna, mövqeyinə birbaşa zərbə vurmaq niyyətindədir. Biz bu məsələni də burada qaldırdıq". 

S. Seyidov bəzi çıxışların arxasında erməni lobbi qüvvələrinin pullarının dayandığını bildirdiklərini də deyib: "Biz konkret olaraq bildirdik ki, hansısa ölkələrlə dialoq qurmaq üçün gecə-gündüz çalışırlar, Azərbaycanla bağlı isə uçurum yaratmaq istəyirlər. Bu cəhdlər elə-belə deyil, bunların arxasında Azərbaycanı istəməyən qüvvələr var. Ancaq bunlar ayaq tutar, yeriyə bilməzlər. Yalan və böhtan üzərində qurulmuş kampaniya heç vaxt nəticə verə bilməz. Azərbaycan öz işlərini davam etdirir, həqiqətləri AŞPA deputatlarına da, Avropa ictimaiyyətinə də çatdırır. Bu gün Azərbaycan güclü və müstəqil dövlətdir. Avropa Şurası, AŞPA Azərbaycanla əlaqələr qurmaqda daha çox maraqlıdır, nəinki Azərbaycan. Çünki onlar da başa düşürlər ki, Azərbaycansız, Azərbaycanın Şərqlə Qərbi birləşdirən fəlsəfəsi olmadan AŞPA özü də yaşaya bilməz".

O, bəzilərinin Azərbaycanda gedən islahatları, ölkədəki qaçqın və məcburi köçkünlərlə bağlı görülən işləri inkar etdiklərini də diqqətə çatdırıb.

"Ümumiyyətlə, bu gün biz AŞPA-da ağa qara demək siyasətini və davranışını gördük. Mən əminəm ki, bu gün qəbul olunan məruzələr AŞPA-ya utanc gətirən bir sənədlərdir. Xüsusən İnsan Haqları Komitəsi adından qəbul olunmuş "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" sənədi qeyd etmək istəyirəm. Özü də bunu tam məsuliyyətlə deyirəm. Çünki məsələləri süni şəkildə gərginləşdirmək, hesabata həqiqətdən uzaq olan faktları daxil etmək onu ciddilikdən çıxarıb, qeyri-ciddi sənəd halına gətirir. Azərbaycan müstəqil dövlət kimi belə bir sənədlə işləyə bilməz" — deyə S. Seyidov qeyd edib.

43
Сотрудники  Службы государственной безопасности Азербайджана, фото из архива

DİN DTX Xocalıda əməliyyat keçirdi

2063
(Yenilənib 18:20 20.06.2021)
“Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Çanaqçı kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

BAKI, 20 iyun — Sputnik. Xocalı Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun işğaldan azad edilmiş Çanaqçı kəndində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, RPŞ və Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 1 690 kiloqramdan artıq olan, 2 800 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

19 iyun

14:18

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən "Xaş-xaş-2021" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar olunub.

Şuşa Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Daşaltı kəndi ərazisində yabanı halda bitmiş çəkisi 1,6 tondan artıq olan 2437 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

Qubadlı Rayon Polis Şöbəsinin və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliquluuşağı kəndi ərazisində yabanı halda bitmiş 2,9 tondan artıq çəkidə 5630 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Yevlax stansiyası Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qax rayonunun Uzuntala kəndi ərazisində dəmir yolunun kənarında yabanı halda bitmiş çəkisi 3,2 ton olan 3780 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.

2063

Ekspert Təhsil Tələbə Kredit Fondunun yaradılmasını şərh edir

8
(Yenilənib 17:40 18.06.2021)
Təhsil eksperti İlqar Orucov deyir ki, bu fondun yaradılması gənclərimizin təhsilə əlçatanlığının təmin edilməsi baxımından əhəmiyyətlidir
İlqar Orucov: “Fondun fəaliyyəti üçün mümkün beynəlxalq təcrübələr öyrənilib”

“Növbəti tədris ilindən ali təhsil alan tələbələrin böyük hissəsinin Təhsil Tələbə Kredit Fondu tərəfindən maliyyələşməsini təmin etmək mümkün olacaq”. Bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Təhsil eksperti İlqar Orucov Sputnik Azərbaycan-a deyir ki, Təhsil Tələbə Kredit Fondunun yaradılması olduqca mütərəqqi addımdır: “Bu fondun yaradılması gənclərimizin təhsilə əlçatanlığının təmin edilməsi baxımından əhəmiyyətlidir. Fond təhsil almaq istəsə də buna maddi imkanları yetməyən tələbələrimizə dəstək olmaq üçün fəaliyyət göstərəcək. Fondun fəaliyyəti üçün mümkün beynəlxalq təcrübələr öyrənilib və mükəmməl bir qurum artıq formalaşmaqdadır. İnanıram ki, gənclər də onlar üçün yaradılan bu fürsətdən yararlanacaqlar”.

İlqar Orucovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

8
Nikol Paşinyan, arxiv şəkli

Ermənistanda seçkilərin yekun nəticələri açıqlandı: Paşinyanın partiyası qalibdir

1999
(Yenilənib 08:38 21.06.2021)
Seçkilərdə əsas rəqiblər baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla, Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryan hesab olunur.

Ermənistanın Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, Paşinyanın rəhbəri olduğu siyasi təşkilat seçicilərin 58,04 %-nin səsini toplayıb. Siyahıda ikinci yerdə sabiq prezident Robert Koçaryanın "Ermənistan" bloku qərarlaşıb. Onun partiyası seçicilərin 22,01 %-nin səsini qazanıb.

Qeyd edək ki, bunlar ilkin nəticələrdir. Hələlik 2 008 seçki məntəqəsinin 80-də bülletenlər hesablanıb.

Ermənistanın Mərkəzi Seçki Komissiyası bu keçirilən növbədənkənar parlament seçkilərdə elektron səsverməyə də yekun vurub. Elektron sistem üzrə səs vermək hüququna malik olan vətəndaşların ümumi sayı 650 nəfər təşkil edir. Səsvermədə 500 seçici iştirak edib, 45 bülleten etibarsız sayılıb. Bu səsvermədə Paşinyanın partiyası 163 səs toplayıb. İkinci yerdə 135 səslə Koçaryanın "Ermənistan" (Hayastan) bloku qərarlaşıb. Elektron səsvermə hüququna malik vətəndaşların 43-ü "Erməni Milli Konqresi"nin lehinə səs verib.  

23:23

Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb. Ümumi seçki bülletenlərinin 5%-ni əhatə edən bu nəticələrə görə, ölkənin baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası 58% səslə irəlidədir.

Onun əsas rəqibi, sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku isə 22% səslə ikinci yerdə gedir. 

22:30

Ermənistanda bu gün keçirilən növbədənkənar parlament seçkilərində seçici iştirakı 49,4% təşkil edib.

Bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının rəhbəri Tiqran Mukuçyan bildirib. O deyib ki, 1 281 174 insan seçkilərdə səs verib.

20:20

Ermənistan parlamentinə keçirilən növbədənkənar seçkilərində səsvermə başa çatıb. Məlumata görə, saat 20:00-da ölkənin 2 008 seçki məntəqələrinin hamısı bağlanıb. Məntəqə komissiyalarının üzvləri səsləri saymağa başlayıblar.

Seçkilərdə fəallığın aşağı olduğu bildirilir. Mərkəzi Seçki Komissiyasının (MSK) son məlumatlarına görə, saat 17:00-a seçici fəallığı 38,17% olub - 989 972 nəfər iştirak edib. MSK-nın rəhbəri Tiqran Mukuçyan seçkilərdə iştirakın ilkin nəticələrini saat saat 21:00-da elan edəcək.

Müşahidəçilər seçkilərin sakit şəraitdə keçdiyini bildiriblər. Pozuntuların əksəriyyəti texniki xarakter daşıyıb.

18:06

Ermənistanın Baş Prokurorluğu bu gün ölkədə keçirilən növbədənkənar parlament seçkilərində səsvermələrin gedişatında 64 qanun pozuntusu barədə məlumat alıb. Bu barədə prokurorluğun nümayəndəsi Edqar Arsenyan jurnalistlərə bildirib.

"Saat 08.00-dan başlayaraq, saat 13.00-a qədər biz (pozuntular haqqında-red) 64 məlumat aldıq, onlardan 26-ı üzrə informasiya materialların hazırlanması üçün istintaq orqanlarına verilib. Seçki məntəqəsində zorakılığın tətbiqi faktı üzrə bir cinayət işi qaldırılıb", - Arsenyan deyib.

Qeyd edək ki, Ararat əyalətində seçki məntəqələrindən birində atışma olub. İnsident Azataşen kəndindəki seçki məntəqəsində baş verib. Hadisə yerinə operativ qrup göndərilib. "Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının üzvləri arasında mübahisə yaranıb. Mübahisə zamanı qaz tapançasından atəş açılıb

15:24

Ermənistanda keçirilən parlament seçkilərində bir çox qanun pozuntuları qeydə alınıb. 

Ermənistan polisi rəsmən elan edib ki, parlament seçkilərində qanun 21 pozuntusu aşkar edilib. Hətta onlardan yeddisi cinayət əməli hesab olunur.

Ermənistan polisinin Baş Qərargah rəisi Armen Mkrtçyanın sözlərinə görə, yeddi hadisədən dördü yenidən səsvermədə iştirak etmə cəhdidir.

Eyni zamanda MDB müşahidəçiləri missiyasının başçısı İlhom Nematov Ermənistanda seçkilərdə qanun pozuntularının qeydə alındığını vurğulayıb.

O, qeyd edib ki, parlament seçkiləri zamanı qeydə alınan qanun pozuntuları sistemli deyil və nəticələrə təsir edə bilmir.

14:26

Ermənistanın Ararat əyalətinin Azataşen kəndində seçki məntəqəsində silahlı insident baş verib. Sputnik Azərbaycan xəbər verir ki, ölkədə keçirilən parlament seçkiləri başladıqdan yarım saat sonra silah səsləri eşidilib. Bununla bağlı hüquq mühafizə orqanlarına məlumat daxil olub. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələrinin əməkdaşları “Çiçəklənən Ermənistan” və “Verelk” partiyalarının nümayəndələri arasında insident yaşandığını öyrənib.

Hadisə iştirakçılarından biri qaz tapançasından bir neçə dəfə atəş açıb. Hadisə ilə bağlı istintaq tədbirləri başladılıb, silah müsadirə olunub.

11:10

"Ermənistanın Mərkəzi Seçki Komissiyası bir gün əvvəl "Vətəndaş müqaviləsi" Partiyasına və Nikol Paşinyana seçkiöncəsi sükut gününün pozulması ilə bağlı xəbərdarlıq edib".
Ermənistan mətbuatının yazdığına görə, bu barədə "Ermənistan" seçki blokunun bəyanatında deyilir.

“Qeyd etmək lazımdır ki, seçkiqabağı kampaniya zamanı göstərilən təbdir yalnız bu partiyaya tətbiq edilib. Dünəndən müxtəlif yerlərdə "Ermənistan" seçki blokunun liderlərinin ünvanına təhqiredici və nifrətdolu materialları yaymağa başlayıblar. Bizim məlumatlarımıza görə, bu biabırçı proses hakimiyyətdən gedən hökumətin icazəsi ilə Soros kimi təşkilatlar tərəfindən təşkil edilib. Bundan başqa, bu dövrdə "Respublika" Partiyasının plakatları açıq qanun pozuntusu ilə yerləşdirilib.

Biz həmçinin dünəndən indiyə qədər "Ermənistan" blokunun ərazi qərargahları üzvlərinin polis tərəfindən yanlış xəbərçiliklər üzrə, şübhəsiz əsaslarla saxlanılmaları barədə informasiya aldıq. Bu xəbərçiliklərin məhz Soros təşkilatı tərəfindən təşkil edilməsini güman etməyə əsaslar var.

Ermənistanın tarixində belə seçki pozuntuları olmayıb. Biz bütün beynəlxalq təşkilatların davam edən qanun pozuntularuna seyrçi missiyalarına diqqət yetiririk", - bəyanatda bildirilir.

Blok rəhbərliyi polisə müraciət edərək, baş verən qanun pozuntularını aradan qaldırmağa çağırıb.

“Əks təqdirdə hesab edəcəyik ki, proses hakimiyyət tərəfindən təşkil edilib və yönəldilib", - bəyanatda deyilib. 

10:15

Bu gün Ermənistanda parlament seçkiləri keçirilir.

Spunik Ermənistan xəbər verir ki, Ermənistan özünü müstəqil respublika elan etdikdən sonra sayca 8-ci dəfə keçirilən bu seçkidə səsvermə yerli vaxtla saat 8:00-da başlayıb və saat 20:00-da başa çatacaq.

Ermənistanda bir şəxsə seçici subyektlərinin sayına uyğun bülleten verilir. Hazırkı seçkilərdə 25 siyasi qüvvə - 4 blok və 21 partiya iştirak edir.

Seçki məntəqəsinə gələn vətəndaşa hər birinin ayrı nömrəsi olan 25 bülleten və seçicinin seçilmiş bülleteni qoyacağı zərf veriləcək. Qalan 24 bülleten səsvermə kabinetində olan karton qutuya atılacaq.

Ölkə üzrə mövcud olan 2008 seçki məntəqəsindən 479-u paytaxt Yerevanda, 1 529-u isə ölkənin müxtəlif bölgələrində yerləşir.

Ölkədə 2 583 milyon vətəndaşın seçkilərdə səsvermə hüququ var. Diplomatik nümayəndəliklərin işçiləri və onların ailə üzvləri (650 nəfər) isə elektron səs verəcək.

Seçki qanunvericiliyi ilə partiyalar üçün keçid həddi 5%, bloklar üçün 7% müəyyən edilib. Seçkilər ilk dəfə olaraq proporsional sistemlə keçiriləcək.

Növbəti gün MSK ilkin, yeddi gün ərzində isə yekun nəticəni açıqlamalıdır. Parlamentdəki mandat bölgüsündən sonra konstitusiyaya görə, qüvvələrdən heç biri səslərin 54 faizini qazanmazsa, seçki məcəlləsinə görə bütün partiyaların koalisiya hökuməti qurması üçün altı gün vaxt veriləcək.

Əgər koalisiya qurulmasa, seçki günündən 28 gün sonra ilk turda ən çox səs qazanan iki siyasi qüvvənin iştirakı ilə seçkilərin ikinci turu keçiriləcək.

Ermənistan parlamentinə növbədənkənar seçkilər ölkədə uzun sürən daxili siyasət böhranından sonra təyin edilib. Seçkilərdə ölkənin baş naziri səlahiyyətlərinin müvəqqəti icraçısı Nikol Paşinyanın rəhbəri olduğu "Vətəndaş müqaviləsi" Partiyası və sabiq prezident Robert Koçaryanın lideri olduğu "Ermənistan" bloku iştirak edir. 

Seçkilərdən sonra vətəndaş müharibəsi olacaq?

Ermənistanın baş naziri vəzifəsinin müvəqqəti icraçısı Nikol Paşinyan ötən gün Ermənistanın İctimai Televiziyasına müsahibəsində bildirib ki, ölkədə bəzi qüvvələr vətəndaş müharibəsinin olmasını istəyir.

“Vətəndaş müharibəsini istəyən bəzi qüvvələr var. Bunlar həmin qüvvələrdir ki, onların hakimiyyəti zamanı 27 oktyabr (1999-cu ilin 27 oktyabrında parlamentdə törədilən terror aktı nəzərdə tutulur-red) və 1 mart (2008-ci ilin 1 martında polislə insan tələfatına səbəb olan toqquşmalar – red) hadisələri oldu", - Paşinyan deyib.

Bu halda "Vətəndaş müqaviləsi" Partiyasının lideri qeyd edib ki, iyunun 21-də onun tərəfdarlarının mitinqi planlaşdırılıb. Lakin toqquşmaların baş verməsi gözlənilmir.

1999