SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

AŞPA-da Azərbaycanla bağlı 2 qətnamə qəbul olunub

© AFP 2023 / FREDERICK FLORINЗаседание Парламентской ассамблеи Совета Европы, фото из архива
Заседание Парламентской ассамблеи Совета Европы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ölkəmizlə bağlı hesabatlar üzrə iki Qətnamə qəbul olunub

BAKI, 11 oktyabr — Sputnik. Avropa Şurası Parlament Assambleyasında (AŞPA) "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə 14403 saylı Qətnamə qəbul olunub. APA-nın Avropa müxbiri xəbər verir ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları hesabat üzrə Qətnamə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib.

Stella Kiriakides - Sputnik Azərbaycan
AŞPA-ya müvəqqəti sədr seçildi

Bundan əlavə, AŞPA-da belçikalı parlamentar Alen Desteksenin hazırladığı "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" hesabat üzrə 14397 saylı Qətnamə qəbul olunub. Müzakirələr nətcəsində hesabata əlavə və dəyişikliklər edilib. Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verib.

Sessiyada ilk olaraq Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Sezar Florin Predanın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" adlı hesabat üzrə dinləmələr keçirilib, daha sonra Alen Desteksin "Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair" hesabatı dinlənilib. A. Desteks toplantıda olmadığından, onu məruzəçi qismində ukraynalı deputat, xanım Olena Sotnik əvəz edib.

Çıxış edən məruzəçilər Azərbaycana etdikləri səfərlər, keçirdikləri görüşlər barədə danışıblar, eləcə də hazırladıqları hesabatların xülasəsini diqqətə çatdırıblar. S. Şennax Azərbaycana son səfərləri zamanı dövlət rəsmləri ilə yanaşı, vətəndaş cəmiyəti təmsilçiləri ilə, məhbuslarla görüşdüklərini bildirib: "Biz buraya hansısa ölkəyə dərs vermək üçün yığışmamışıq, biz sadəcə üzv ölkələrin demokratik inkişafına öz yardımımızı göstəririk. Biz Azərbaycanda bir çox sahələrdə irəliləyişlərin olduğunu müşahidə etdik. Hökumət nümayəndələri ilə əməkdaşlıq edərək müsbət irəliləyişlərə nail olmuşuq".

Xəbər lenti
0