Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev baş nazir müavinləri barədə fərman imzaladı

86
Nazirlər Kabinetinin iş qaydası və Aparatı haqqında Əsasnamə təsdiq edilib

BAKI, 10 oktyabr — Sputnik. Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, fərmanla “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası” və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı haqqında Əsasnamə” təsdiq edilib.

Nazirlər Kabinetinə Prezident aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.

86
Əlaqədar
İlham Əliyev Vladimir Putinlə görüşəcək
İlham Əliyev: “Ermənistanı çox acı nəticələr gözləyir”
Prezident İlham Əliyev həmsədrləri qəbul edib
İlham Əliyev qərar verdi: Dövlət dəstəyi davam edəcək
"Ən çətin günümüzdə İlham Əliyev çiynini irəli verdi"