Müdafiə naziri Belarus Respublikasının Hərbi Akademiyasında olub

Zakir Həsənov Belarusun silah-sursatı ilə tanış olub

24
(Yenilənib 13:08 10.10.2017)
Müdafiə naziri Belarus Respublikasının Hərbi Akademiyasında olub

BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikasının Hərbi Akademiyasında olub. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

  • Müdafiə naziri Belarus Respublikasının Hərbi Akademiyasında olub
    Müdafiə naziri Belarus Respublikasının Hərbi Akademiyasında olub
    © AR Ministry of Defense
  • Müdafiə naziri Belarus Respublikasının Hərbi Akademiyasında olub
    Müdafiə naziri Belarus Respublikasının Hərbi Akademiyasında olub
    © AR Ministry of Defense
  • Müdafiə naziri Belarus Respublikasının Hərbi Akademiyasında olub
    Müdafiə naziri Belarus Respublikasının Hərbi Akademiyasında olub
    © AR Ministry of Defense
1 / 3
© AR Ministry of Defense
Müdafiə naziri Belarus Respublikasının Hərbi Akademiyasında olub

Müdafiə nazirinə akademiyanın strukturu, fəaliyyəti və əsas tapşırıqları barədə brifinq təqdim edilib. Hərbi təhsil müəssisəsinin əməliyyat-taktiki və strateji səviyyəli müxtəlif fakültələri ilə tanış olan nümayəndə heyətinə silah, hərbi texnika və digər döyüş vasitələri nümayiş etdirilərək onların təyinatı və tətbiq edilməsi imkanları barədə ətraflı məlumat verilib.

24
Teqlər:
Belarus Respublikası, müdafiə naziri, Zakir Həsənov, hərbi texnika, Azərbaycan Respublikası
Əlaqədar
Zakir Həsənov beynəlxalq tədbirə qatılıb
Zakir Həsənov: "Şoyqu mənə zəng etdi ki, "bu işi dayandırmaq lazımdır"
Müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsindədir
Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək
Zakir Həsənov Moskvaya gedib
Zakir Həsənov aktiv döyüşlərə hazır olmaq əmri verdi
Manat, arxiv şəkli

Yardım dayandırılmayıb - Şahmar Mövsümov

1
(Yenilənib 20:07 16.01.2021)
"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur" - Prezidentin köməkçisi

BAKI, 16 yanvar — Sputnik. Sahibkarlara dəymiş ziyanın ödənilməsi ilə bağlı tədbirlər planı üzrə proseslər davamlı olaraq həyata keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş.Mövsümov deyib ki, müxtəlif sahələr və istiqamətlərdə sahibkarlara yardım nəzərdə tutulub:

"Bunun üçün vəsaitlər ayrılıb, proses gedir. Məsələ ilə İqtisadiyyat Nazirliyi məşğul olur. Ümumilikdə zərərçəkmiş sahələrdə çalışanlara yardım heç vaxt dayandırılmayıb".

1
Həbsxana, arxiv şəkli

Penitensiar xidmətin məhkumun ölümü ilə bağlı açıqlaması: "Tibbi ekspertizanın rəyi var"

5
(Yenilənib 19:58 16.01.2021)
"Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir" - Mehman Sadıqov

BAKI, 16 yanvar - Sputnik. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti sosial şəbəkələrdə 13 saylı cəzaçəkmə müəssisəsində məhkumun döyülərək öldürülməsi və müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı yayılan iddialara münasibət bildirib. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, Penitensiar Xidmətin şöbə rəisi Mehman Sadıqov sosial şəbəkələrdə yayılan həmin məlumatların yalan olduğunu deyib: "Röyal adlı həmin məhkum ürək-damar çatışmazlığından vəfat edib. Bununla bağlı məhkəmə-tibbi ekspertizasının rəyi də var. Müəssisədə heç bir əməliyyat keçirilməyib. Telefon danışıqlarına da hər hansı bir qadağa, yaxud məhdudiyyət qoyulmayıb. Bu cür böhtan xarakterli məlumatlar əvvəllər də yayılıb. Bu da məhkumların narahatlığına səbəb olur. Digər cəzaçəkmə müəssisələrində olduğu kimi, bu müəssisədə də tam sabitlikdir, iş öz ahəngi ilə gedir”. 

Qeyd edək ki, sosial şəbəkələrdə Röyal adlı məhkumun 13 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülməsi və həmin müəssisədə məhbuslara telefonla əlaqə qadağasının qoyulması ilə bağlı məlumatlar yayılıb. 

5