Minsk şəhəri, arxiv şəkli

"Ən çətin günümüzdə İlham Əliyev çiynini irəli verdi"

29
(Yenilənib 16:13 09.10.2017)
Belarus Prezidenti Azərbaycanın müdafiə naziri ilə görüşüb

BAKI, 9 oktyabr — Sputnik. Oktyabrın 9-da Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşüb. Sputnik Azərbaycan Müdafiə Nazirliyinin (MN) rəsmi saytına istinadən xəbər verir ki, Belarus Azərbaycanla hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bu sahədə əməkdaşlıq beynəlxalq öhdəliklərə zidd deyil. Bunu Belarus prezidenti A.Lukaşenko Azərbaycanın müdafiə naziri Zakir Həsənovla görüşdə deyib.

Zakir Həsənov və Aleksandr Lukaşenkonun görüşü. Minsk, 9 oktyabr 2017-ci il
Zakir Həsənov və Aleksandr Lukaşenkonun görüşü. Minsk, 9 oktyabr 2017-ci il

A.Lukaşenko deyib ki, iki ölkə arasında münasibətlər heç bir beynəlxalq razılaşmanı, BMT Təhlükəsizlik Şurasının heç bir qətnaməsini pozmur: "Biz suveren, müstəqil ölkələrik və zamanın ruhuna, ənənəvi qardaşlıq əlaqələrinə malik ölkələrimizin tələbinə uyğun əməkdaşlıq istiqamətlərini müəyyən etmək hüququna malikik. Minskdə ümumiyyətlə, Azərbaycanla bağlı heç bir narazılıq yoxdur. Biz Azərbaycan xalqına çox böyük hörmətlə yanaşırıq".

"Mən çox yaxşı xatırlayıram, Belarus xalqının çətin günlərində Azərbaycan Prezidenti öz çiynini irəli verib. Biz bunları yaxşı xatırlayırıq və əgər Azərbaycan üçün edə biləcəyimiz bir şey varsa, bunu etməyə hazırıq. Biz istəyirik ki, sizin xalqınız təhlükəsiz şəraitdə yaşasın və ölkəniz inkişaf etsin"- deyən Belarus Prezidenti Azərbaycan Prezidenti ilə tez bir zamanda görüşə ümid etdiyini də söyləyib.

Zakir Həsənov və Aleksandr Lukaşenkonun görüşü. Minsk, 9 oktyabr 2017-ci il
© Photo : Belarus prezidentinin rəsmi internet portalı
Zakir Həsənov və Aleksandr Lukaşenkonun görüşü. Minsk, 9 oktyabr 2017-ci il

Öz növbəsində, Müdafiə naziri general-polkovnik Z.Həsənov bildirib ki, Azərbaycanda da Belarusu çox sevir və xüsusi hörmətlə yanaşırlar: "Bizim bütün sahələrdə çox sıx əməkdaşlığımız var. Siz düz qeyd etdiniz ki, bizim bir-birimizdən öyrənəcəyimiz çox şey var. Hərbi-texniki sahədə də çox uğurlu layihələr və əməkdaşlıq mövcuddur. Bütün bunlar beynəlxalq qanunlara ziddiyyət təşkil etmir".

"Tam məsuliyyətlə bəyan edirəm ki, hərbi-texniki əməkdaşlıq çərçivəsində əldə etdiyimiz avadanlıqlar yüksək keyfiyyətə malikdir və onlar Azərbaycan Silahlı Qüvvələrində uğurla istifadə olunur. Bu, bizə imkan verir ki, bu sahədə əməkdaşlığı davam və inkişaf etdirək" — Həsənov vurğulayıb.

29
Teqlər:
Aleksandr Lukaşenko, Belarus Respublikası, Zakir Həsənov, Azərbaycan Respublikası
Əlaqədar
Zakir Həsənov beynəlxalq tədbirə qatılıb
Zakir Həsənov: "Şoyqu mənə zəng etdi ki, "bu işi dayandırmaq lazımdır"
Müdafiə naziri Zakir Həsənov cəbhə bölgəsindədir
Zakir Həsənov NATO-nun toplantısında iştirak edəcək
Zakir Həsənov Moskvaya gedib