İmza atan adam, arxiv şəkli

Yüksək vəzifəli şəxsin işdən azad olunması təsdiqləndi

2727
(Yenilənib 14:15 03.10.2017)
Xəqani Sərxan oğlu Abdullayev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvlüyündən azad edilib

BAKI, 2 oktyabr — Sputnik. Xəqani Sərxan oğlu Abdullayev Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvlüyündən azad edilib.

Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Xəqani Abdullayev başqa işə keçməsi ilə əlaqədar Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən çıxarılması üçün müraciət edib.

Qərar layihəsi səsə qoyularaq qəbul edilib.

2727
Teqlər:
Milli Məclis, Azərbaycan Mərkəzi Bankı, Xəqani Abdullayev, Ziyad Səmədzadə
Əlaqədar
AMB-dən qabaqlayıcı addım: dolların məzənnəsi...
AMB rəsmi məzənnəni açıqladı
AMB 1 milyard krediti kimlərə verib?
AMB dolları 1,60 manatdan aşağı dartdı