AAAF Park yaşayış kompleksi, arxiv şəkli

Məhkəmə icraçıları AAAF Park-ın ofisinə niyə gəliblər

143
İri sahibkarın problemi var, onun hüquq-mühafizə orqanlarından ilk qonaqları məhkəmə icraçıları olub

BAKI, 22 sentyabr — Sputnik. Azərbaycanın Vergilər Nazirliyi bir sıra KİV-də gedən AAAF Park yaşayış kompleksinin sahibi Tofiq Heydərovun saxlanılması barədə məlumatı təkzib edib.

Nazirlikdən Sputnik Azərbaycan-a bildiriblər ki, hələlik onların Heydərova qarşı hər hansı iradları yoxdur.

Bir sıra məlumatlara görə, bu gün Xırdalan şəhərindəki AAAF Park-a Abşeron rayon prokurorluğunun əməkdaşları gələrək şirkətin işçilərini və bu ərazidə yerləşən bütün obyekt sahiblərini işi dayandırmağa, ərazidə aparılacaq yoxlamalarla əlaqədar olaraq 10 dəqiqə ərzində ərazini tərk etməyə çağırıblar. 

Hətta obyektin işçiləri arasında iş adamı Tofiq Heydərovun hansısa dini sekta ilə əlaqələrinə görə saxlanıldığı barədə şayiələr də dolaşırdı.

Lakin Baş prokurorluqdan bildiriblər ki, prokurorluq orqanları şirkətdə heç bir yoxlamalar aparmırlar.

İlkin məlumatlara görə, məhkəmə icraçıları Tofiq Heydərova qarşı məhkəmə qərarının icrasını təmin etmək üçün şirkətə gəliblər.

Şirkətin hüquqşünası Səbuhi Axundov Sputnik Azərbaycan-a bildirib ki, Tofiq Heydərov hazırda Kosovo Respublikasının paytaxtı Priştinadadır. Bu şəhərdə 22-30 sentyabr tarixlərində 15-17 yaşlılar arasında ağır atletika üzrə Avropa birinciliyi keçirilir və Heydərov da Ağır Atletika Federasiyasının vitse-prezidenti kimi orada iştirak edir. 

"Kimsə məhkəmə icraçılarını formada görərək yanlış informasiya yayıb ki, onlar prokurorluğun əməkdaşlarıdır" — deyə Axundov bildirib.

Onun sözlərinə görə, məhkəmə icraçılarının şirkətə gəlişinin məqsədi AAAF Park-ın banklardan birindən girov müqabilində götürülmüş ipoteka kreditlərinin vaxtında qaytarılmaması ilə əlaqədar olaraq məhkəmə qərarının icrası məqsədilə əmlakın inventarlaşdırılması ilə bağlıdır.

143
Teqlər:
Vergilər Nazirliyi, Səbuhi Axundov, Tofiq Heydərov, Kosovo, Priştina, Xırdalan şəhəri
Əlaqədar
Rusiyada azərbaycanlı biznesmen qətlə yetirildi
ABŞ-da azərbaycanlı biznesmen müəmması
Başına torba keçirilərək oğurlanan biznesmen olub-bitənləri anlatdı
Erməni əsilli biznesmen güllələndi