Genişmiqyaslı təlimlər, arxiv şəkli

Ordumuzun düşməni məhv etməsinin görüntüləri yayıldı

1460
(Yenilənib 16:04 23.09.2017)
Genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsinin görüntüləri yayılıb

BAKI, 21 sentyabr — Sputnik. Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı təlimlərinin döyüş atışlı əsas mərhələsinin görüntüləri yayılıb.

Sputnik Azərbaycan Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub. Plana müvafiq olaraq bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcədə digər birləşmələr yeni silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

Mürəkkəb dağlıq relyef və radioelektron, həmçinin təlimlərin niyyəti ilə müəyyən edilmiş digər xarakterik xüsusiyyətlər şəraitində keçirilən təlimlərdə qoşunların müasir ümumqoşun əməliyyatlarının keçirilməsinin müxtəlif üsullarının icrası üzrə bacarıq və vərdişləri praktiki olaraq təkmilləşdirilib, qoşunların və idarəetmə sistemlərinin qarşılıqlı əlaqədə effektiv tətbiqi həyata keçirilib.

Müxtəlif poliqonlarda və müasir avadanlıqlarla təchiz edilmiş təlim sahələrində yeni silah sistemlərinin də istifadəsilə döyüş atışları icra olunub, bölmələrin və atəşin manevrləri yerinə yetirilib.

1460
Teqlər:
artilleriya, aviasiya, Hərbi təlimlər, Azərbaycan Silahlı Qüvvələri, Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Mövzu:
Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimləri (13)
Əlaqədar
Azərbaycan Ordusuna qəfil əmr gəldi: "Düşmənə göz açdırmayın!"
Ordu şəhəri mühasirəyə aldı
Azərbaycan Ordusu mürəkkəb əməliyyatı bacardı
Azərbaycan Ordusunun 15 min əsgəri səfərbər oldu - Video
Azərbaycan ordusunun mövqeləri atəşə tutuldu