Qəbələ şəhərində MDB-yə üzv dövlətlərin Gömrük Xidməti orqanlarının rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri başçıları Komitəsinin 16-cı iclası

MDB-nin gömrük idarələrinin nümayəndələri Qəbələdə

23
(Yenilənib 01:16 21.09.2017)
Komitə sədri Aydın Əliyev gömrük sahəsində beynəlxalq əməkdaşlığın vacib məsələlərdən biri olduğunu bildirib

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. Qəbələ şəhərində MDB-yə üzv dövlətlərin Gömrük Xidməti orqanlarının rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri başçıları Komitəsinin 16-cı iclası olub.

Tədbirdə MDB-yə üzv dövlətlərin-Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan gömrük xidmətlərinin hüquq-mühafizə bölmələrinin başçıları, eləcə də müşahidəçi qismində Latviya və Estoniya gömrük xidmətlərinin nümayəndələri iştirak ediblər.

Qəbələ şəhərində MDB-yə üzv dövlətlərin Gömrük Xidməti orqanlarının rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri başçıları Komitəsinin 16-cı iclası
Qəbələ şəhərində MDB-yə üzv dövlətlərin Gömrük Xidməti orqanlarının rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri başçıları Komitəsinin 16-cı iclası

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, komitə sədri Aydın Əliyev gömrük sahəsində beynəlxalq əməkdaşlığın vacib məsələlərdən biri olduğunu bildirib. O, bu sahədə önəmli hesab edilən gömrük qaydalarının pozulması və qaçaqmalçılıq sahəsində başqa ölkələrlə möhkəm əlaqələrin qurulmasının əhəmiyyətini qeyd edib. Digər çıxış edənlər bu iclasın MDB ölkələrinin gömrük orqanlarının fəaliyyətinin gələcək perspektivləri üçün böyük əhəmiyyətə malik olduğunu bildiriblər. İclasda gömrük sahəsində iqtisadi yönümlü cinayət əməllərinin qarşısının alınması üçün daha vacib formaların həyata keçirilməsi məsələləri müzakirə edilib. Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Gömrük hüquqpozmaları və qaçaqmalçılığa qarşı mübarizə sahəsində Azərbaycan Gömrük Xidməti işinin təşkili" mövzusunda təqdimatı keçirilib.

Qəbələ şəhərində MDB-yə üzv dövlətlərin Gömrük Xidməti orqanlarının rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri başçıları Komitəsinin 16-cı iclası
Qəbələ şəhərində MDB-yə üzv dövlətlərin Gömrük Xidməti orqanlarının rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri başçıları Komitəsinin 16-cı iclası

Tədbirdə gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə idarələrinin rəislərinin Qərargah rəhbəri vəzifəsinə namizədin təsdiqlənməsi məsələsinə baxılıb, eləcə də MDB-yə üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 15-ci iclasının qərarlarının və 2017-cü il üçün iş planının icrası barədə Katibliyin məlumatı dinlənilib. Qafqaz istiqamətində "şimal marşrutu" üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi, gömrük sahəsində hüquqpozmaların aşkar edilməsi, aradan qaldırılması və istintaqının aktual məsələləri, MDB üzv dövlətlərin gömrük xidmətlərinin hüquq-mühafizə orqanlarının əməkdaşları üçün ixtisasın artırılması tədbirlərinin təşkili üzrə planın icrasının ilkin nəticələri və kinoloji xidmət məsələləri üzrə işçi qrupun fəaliyyəti barədə hesabatlar təqdim edilib. Tədbirin sonunda Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 2018-ci il üçün iş planının layihəsinin, eləcə də Komitənin gömrük sahəsində iqtisadi cinayətlər və hüquqpozmalara qarşı mübarizə üzrə 2018-2019-cu illər üçün və Ümumdünya Gömrük Təşkilatının hüquq-mühafizə fəaliyyəti ilə bağlı MDB üzv dövlətləri üzrə RILO-Moskva regional əlaqələndirmə qovşağının 2018-ci il üçün iş planlarının qəbul edilməsi barədə məsələlər nəzərdən keçirilib.

23

İki gün əvvəl ordudan tərxis olunan könüllü əsgər ölüb

16
Onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.

“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.

İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

16
Qəza, arxiv şəkli

Cəlilabadda ağır yol qəzası olub, ölən yaralananlar var

14
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir. Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.

Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

14