Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı

İlham Əliyev BMT tribunasından dünyaya səsləndi: "25 illik işğal faktı var"

183
(Yenilənib 10:25 21.09.2017)
“Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”

BAKI, 20 sentyabr — Sputnik. "Azərbaycan torpaqlarının 20 faizi 25 ildən artıqdır ki, Ermənistanın işğalı altındadır". Sputnik Azərbaycan-ın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı zamanı deyib.

İlham Əliyev bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın qədim və tarixi torpaqlarıdır: “Ermənistanın işğalı nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb”.

183
Sergey Lavrov, arxiv şəkli

Lavrovdan Azərbaycan Ermənistana atəşkəs çağırışı

1
(Yenilənib 19:17 13.07.2020)
Lavrovun Məmmədyarov və Mnatsakanyanla baş tutan telefon danışıqları zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi müzakirə olunub

BAKI, 13 iyul – Sputnik. Rusiya Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanı atəşi dərhal dayandırmağa çağırıb.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nazir Sergey Lavrovun azərbaycanlı və erməni həmkarları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanla ayrı-ayrılıqda telefon danışıqlarına dair məlumatında bildirilir. 

Qeyd olunub ki, iyulun 13-də Lavrovun Məmmədyarov və Mnatsakanyanla baş tutan telefon danışıqları zamanı Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi müzakirə olunub. Lavrov tərəfləri dərhal atəşkəsə, üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyə, habelə ATƏT-in Minsk Qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin təkliflərini nəzərə almaqla təmkinli olmağa çağırıb.

Rusiyanın istər milli, istərsə də ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində həm Bakı, həm də İrəvanla təmaslarda vasitəçilik missiyasını yerinə yetirməyi davam edəcəyi vurğulanıb. Minsk Qrupunun bütün üzvlərinin mövcud vəziyyəti qiymətləndirərkən gərginliyin daha da artmasına səbəb ola biləcək bəyanat və hərəkətlərdən çəkinməklə məsuliyyətli yanaşma sərgiləməsinin vacibliyi də qeyd olunub.

1
Su rezervuarları, arxiv şəkli

Bakıda su qıtlığı yaranıb - Səbəb açıqlandı

3
(Yenilənib 19:09 13.07.2020)
Əvvəllər 24 saat fasiləsiz su verilən ərazilərdə gecə saatlarında suyun verilməsi dayandırılır, su anbara toplanır

BAKI, 13 iyul — Sputnik. Paytaxtın bəzi rayonlarında su fasilələrlə verilir.

Binəqədi rayon sakinlərinin sözlərinə görə, əvvəllər əraziyə su 24 saat verilsə də, son zamanlar gecə saat 00.00-da suyun verilməsi dayandırılır. Bir də su səhər saatlarında verilir.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, buna səbəb bütün ölkədə su problemi yaşanmasıdır: “Vətəndaşlar bunu nəzərə almalıdır. "Azərsu" rejim tənzimləmələri həyata keçirir. Bu səbəbdən də əvvəllər 24 saat fasiləsiz su verilən ərazilərdə gecə saatlarında suyun verilməsini dayandırıb, suyu anbara toplayırıq ki, gündüz saatlarında verə bilək. Bunu abunəçilər nəzərə almalıdır”.

Xatırladaq ki, yay fəsli olması və ölkədə pandemiya olması ilə əlaqədar olaraq, suyun istifadəsi 38 faiz artıb.

3