Naxçıvanda Əlahiddə Ümumqoşun Ordunun aviasiya hərbi hissəsinin SU-25 hücum təyyarələri təlim uçuşları həyata keçirib

Təyyarələr, helikopterlər havaya qalxıb

60
(Yenilənib 10:13 18.09.2017)
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı - 2017" birgə taktiki-uçuş təlimləri başlayıb

BAKI, 18 sentyabr — Sputnik. Sentyabrın 18-dən ölkəmizdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin iştirakı ilə "TurAz Qartalı — 2017" birgə taktiki-uçuş təlimləri başlayıb.

Sputnik Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, sentyabrın 30-dək davam edəcək təlimlərdə iki ölkənin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri və Mi-35, Mi-17, Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.

60
Teqlər:
təyyarə, helikopter, Hərbi Hava Qüvvələri, təlimlər, Türkiyə, Azərbaycan
Mövzu:
Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimləri (13)
Əlaqədar
"Azərbaycan-Türkiyə hərbi ittifaqının yaradılmasının vaxtı çatıb"
Azərbaycan və Avstriya xilasediciləri birgə təlimlər keçirlər
Hərbi təlimlər yekunlaşdı
Hərbi Dəniz Qüvvələrində irimiqyaslı təlimlər keçirilir
Azərbaycan Ordusu irimiqyaslı təlimlər keçirəcək
Koronavirus testi, arxiv şəkli

Yenə yüksəlir: Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxub

9
(Yenilənib 17:32 14.08.2020)
İndiyədək ölkədə ümumilikdə 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib

BAKI, 14 avqust — Sputnik. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 103 yeni yoluxma faktı qeydə alınıb, 221 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Qeyd edək ki, Azərbaycanda mayın 13-də ilk dəfə ikirəqəmli yoluxma halı (65 nəfər) qeydə alınmışdı. Bundan sonrakı dövrdə gün ərzində 500-dən də yuxarı qalxan yoluxma sayı uzun müddət sonra avqustun 9-da 87, 10-da isə 79 nəfərə düşmüşdü.

Посмотреть эту публикацию в Instagram

Публикация от Sputnik Azərbaycan (@sputnik.az)

İndiyədək ölkədə ümumilikdə 34 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 490 nəfər müalicə olunaraq sağalıb, 504 nəfər vəfat edib, aktiv xəstə sayı 2 024 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 969, ötən müddət ərzində isə ümumilikdə 820 002 test aparılıb.

9
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Koronavirusa yoluxanların sayı 21 milyona yaxınlaşır
Həkim koronavirusun insanın beynini necə sıradan çıxarmasından danışıb
Hindistan koronavirus əleyhinə dərmanın satışına başladı - 64 manata
Rusiya dünyada koronavirus əleyhinə peyvəndi qeydiyyatdan keçirən ilk ölkə oldu
Koronavirusa qarşı peyvənddən xəstələnmək olarmı?
Kəndir, arxiv şəkli

Ayrılıq ölümə səbəb oldu

11
(Yenilənib 16:45 14.08.2020)
Meyitin ətraflı müayinəsi, xaricinə keçirilən baxışda gözlə görülən xəsarət və xəsarət izləri aşkarlanmayıb

BAKI, 14 avqust — Sputnik. Son günlər sosial şəbəkələrdə intihar etmiş bir nəfər Gəncə şəhər sakininin ölüm səbəbləri barədə həqiqətə uyğun olmayan, əsassız xəbərlər yayılıb.

Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

Onun sözlərinə görə, iyul ayının 18-də Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə bir nəfərin xidməti ərazidəki binalardan birinin damında intihar etməsi ilə bağlı məlumat daxil olub. Şəhər Prokurorluğunun və Baş Polis İdarəsinin əməkdaşları hadisə yerində olublar, prokuror-kriminalistin və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə baxış keçirilib, digər zəruri hərəkətlər yerinə yetirilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Gəncə şəhər sakini Kamran Qasımov iyulun 16-da yaşadığı binanın damında özünü asaraq intihar edib: "Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünü öldürmə həddinə çatdırma - Təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma) ilə başlanan cinayət işi üzrə zəruri istintaq hərəkətləri aparılıb. Meyitin ətraflı müayinəsi, xaricinə keçirilən baxışda gözlə görülən xəsarət və xəsarət izlərinin aşkarlanmayıb, mərhumun həyat yoldaşından ayrıldığı üçün dərin psixoloji gərginlik keçirməsi nəticəsində intihar etməsinə dair əsaslı dəlillər toplanıb".

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

11