SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyəli nazir Azərbaycanda səfərdədir

© Sputnik / Murad OrujovTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında - Sputnik Azərbaycan
Abunə olmaq
Səfər zamanı nazirlər arasında ikitərəfli görüşlər də baş tutacaq

BAKI, 5 sentyabr — Sputnik. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri başlayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, o, sabah Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstan xarici işlər naziri Mixeil Canalidze ilə sayca 6-cı üçtərəfli görüşdə iştirak edəcək.

Türkiyəli nazirin Azərbaycan prezidenti İlham Əliyevlə də görüşü gözlənilir.

Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda "2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı" imzalanacaq.

Səfər zamanı nazirlər arasında ikitərəfli görüşlər də baş tutacaq.

Xəbər lenti
0