İlham Əliyev

İlham Əliyev köməkçisi barədə sərəncam verdi

1219
O, 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib

BAKI, 28 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Natiq Ərziman oğlu Əmirovu mükafatlandırıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı Prezidentin imzaladığı sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Natiq Ərziman oğlu Əmirov 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin".

Qeyd edək ki, N. Əmirov Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisidir.

1219
Teqlər:
1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni, Natiq Ərziman oğlu Əmirov, İlham Əliyev, prezident, Azərbaycan Respublikası
Əlaqədar
Prezident İlham Əliyev partlayışla əlaqədar təcili göstəriş verib
Prezident: "Siz Azərbaycan xalqına qələbə sevinci bəxş etdiniz"
Prezident qalib futbolçuları mükafatlandırdı
Prezident Nazirlər Kabinetinin strukturu ilə bağlı fərman verdi
Prezident yüksək çinli məmuru mükafatlandırdı