Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev təbriklərini ünvanladı

87
"İnanıram ki, dostluq və əməkdaşlıq münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək"

BAKI, 26 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti İqor Dodona məktub göndərib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Moldova Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Moldova arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Moldova xalqına sülh və rifah diləyirəm".

87
Teqlər:
məktub, Moldova Respublikası, İlham Əliyev, prezident, Azərbaycan Respublikası
Əlaqədar
İlham Əliyev partiya sədrinə "Şöhrət" ordeni verdi
İlham Əliyevdən "Qarabağ" futbol klubuna jest
İlham Əliyev "ASAN xidmət"in fəaliyyətində dəyişiklik etdi
İlham Əliyevdən mühüm posta təyinat
İlham Əliyev əcnəbi qonaqları qəbul edib
İlham Əliyev Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalı ilə tanış olub