İlham Əliyev partiya sədrinə "Şöhrət" ordeni verdi

© Photo : TRENDFəzail Ağamalı, millət vəkili
Fəzail Ağamalı, millət vəkili - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçısı sərəncam imzalayıb

BAKI, 25 avgust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, millət vəkili, Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalını mükafatlandırıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Prezidentin bununla bağlı imzaladığı sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fəzail Rəhim oğlu Ağamalı "Şöhrət" ordeni ilə təltif edilsin".

Xəbər lenti
0