Minalanmış ərazidə qoyulmuş lövhə, arxiv şəkli

Ukraynada azərbaycanlı minaya düşərək ölüb

23
Ukrayna vətəndaşı olan N. Həsənovun cəsədinin qalıqları yaşadığı Annovka qəsəbəsi yaxınlığında dəfn olunub

BAKI, 24 avqust — Sputnik. Ukraynanın Luqansk vilayətində azərbaycanlı çoban həlak olub.

Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Luqansk vilayəti Azərbaycanlıları Konqresindən verilən məlumata görə, vilayətin Bryankovsk rayonunun Annovka qəsəbəsi yaxınlığında heyvandarlıqla məşğul olan, Azərbaycanın Kəlbəcər rayonunda anadan olmuş Həsənov Namiq Zəlimxan oğlu qoyun otararkən minaya düşüb.

Partlayış nəticəsində xeyli qoyun-quzu da tələf olub.

Ukrayna vətəndaşı olan N. Həsənovun cəsədinin qalıqları yaşadığı Annovka qəsəbəsi yaxınlığında dəfn olunub.

Xatırladaq ki, Bryankovsk rayonu separatçı “Luqansk Xalq Respublikası”nın nəzarətindədir.

23
Teqlər:
Azərbaycanlıları Konqresi, Luqansk vilayəti, Kəlbəcər, Luqansk Xalq Respublikası, dəfn, ölüm, Ukrayna
Əlaqədar
Türkiyədə azərbaycanlıların əllərində mina partladı
ATƏT-in avtomobili cəbhə bölgəsində minaya düşdü, 1 nəfər öldü
Mikroavtobus minaya düşdü, sərnişinlər həlak oldular
Ermənilərin hərbi yük avtomobili özlərinin basdırdığı minaya düşüb

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

8
(Yenilənib 09:35 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

8
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması
Uşaqlar, arxiv şəkli

Müharibədən əziyyət çəkmiş uşaqlara göstərilən sosial-psixoloji dəstək gücləndiriləcək

6
(Yenilənib 23:15 27.11.2020)
Sənəddə Ermənistan–Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb

BAKI, 27 noyabr — Sputnik. "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı" yerli səviyyədə uşaqları müdafiə sistemini gücləndiməklə, ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı"nda əksini tapıb.

Fəaliyyət Planında pandemiya və digər fövqəladə vəziyyətlər də nəzərə alınmaqla, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, xüsusi vəziyyətlərdə uşaqların bütün növ xidmətlərə təhlükəsiz çıxışında bərabərliyin təmin olunması məsələləri, xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi öz əksini tapıb. Eyni zamanda, xarici ölkələrdə münaqişə qurbanı olmuş və daha sonra ölkəmizə qaytarılmış Azərbaycan Respublikası vətəndaşı olan uşaqların cəmiyyətə reinteqrasiyası istiqamətində də fəaliyyətin həyata keçirilməsi nəzərdə tutulub.

Çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılığın qadağan olunması ilə bağlı qanunvericilik təkliflərinin işlənilməsi Fəaliyyət Planında xüsusi yer tutur.

6
Teqlər:
psixoloji yardım, sosial, reabilitasiya, əziyyət, müharibə, uşaqlar