Balta, arxiv şəkli

Qadın qisası: ər öldürüldü, oğul həbsxanaya düşdü, 5 qızı nəzarətsiz qaldı

617
Onların hər ikisi hadisədən sonra könüllü olaraq polisə təslim olublar. Məlumdur ki, ana və oğul kişinin əl-qolunu bağlayandan sonra onu baltalayıblar.

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 24 avqust — Sputnik. Avqustun 23-nə keçən gecə Ağsu rayonunda dəhşətli qətl hadisəsi törədilib. Ağsu rayonunun hüquq mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, Gədəli kənd sakini, 1970-ci il təvəllüdlü Şamıyev Şamxal İkram oğlu qəddarlıqla qətlə yetirilib.

Faktla bağlı öldürülən şəxsin həyat yoldaşı, 1976-cı il təvəllüdlü Şamıyeva Xalidə və 2000-ci il təvəllüdlü oğlu Şamıyev Zeynal həbs ediliblər. Onların hər ikisi hadisədən sonra könüllü olaraq polisə təslim olublar. Məlumdur ki, ana və oğul kişinin əl-qolunu bağlayandan sonra onu baltalayıblar.

İlkin istintaq zamanı məlum olub ki, qadın, artıq təhqirlərə dözə bilməməsi səbəbindən həyat yoldaşını öldürüb. O, ifadəsində qeyd edib ki, Şamxal Şamıyev spirtli içki aludəçisi olub, daima evə içkili halda gələrək, dava salırmış.

Qadın bu səbəbdən dəfələrlə polisə şikayət edib və Şamıyevlər ailəsi sahə müvəkkilinin hesabatında problemli ailə kimi qeyd olunub. Cinayət hadisəsi də bu səbəbdən baş verib və öldürülən zaman kişi yenə kefli olub. Hüquq-mühafizə orqanlarından onu da bildiriblər ki, Xalidə Şamıyeva bu izdivacdan 6 uşaq dünyaya gətirib. Zeynal ailənin yeganə övladıdır. Digər 5 uşaq isə qızlardır.

Hazırda faktla bağlı cinayət işi qaldırılıb. İstintaq gedir.

617
Teqlər:
balta, qətl, Ağsu, içki, ailə, cinayət işi
Əlaqədar
Cənub bölgəsində tükürpədici ailə qətliamı
Quyuya atılan 6 günlük körpəni nənəsi yox, başqası qətlə yetirib
DİN-dən Göygöldəki amansız qətllə bağlı rəsmi açıqlama
Polisi qətlə yetirdi, özü xəstəxanaya düşdü
Dörd polis əməkdaşı qətlə yetirildi
Restoran, arxiv şəkli

Bakıda italyansayağı kefə "soğan doğradılar" - FOTO

1
(Yenilənib 15:25 27.05.2020)
Bakı Nəqliyyat Agentliyi paytaxtın mərkəzi küçəsində restoranın qarşısına, piyada səkilərinə düzülən masaların yığışdırılmasına nail olub

BAKI, 27 may — Sputnik. Bakıda daha bir restoran sahibinin qanunsuz hərəkətinin qarşısı alınıb. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Nəqliyyat Agentliyi paytaxtın mərkəzi küçəsində restoranın qarşısına, piyada səkilərinə düzülən masaların yığışdırılmasına nail olub.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb: "Sosial şəbəkələrdə Əziz Əliyev küçəsindəki restoranların birinin qarşısında yolun hərəkət hissəsində masanın qoyulmasını əks etdirən fotolar nəzarətə götürülüb. Bakı Nəqliyyat Agentliyinin ərazidə xidmət aparan əməkdaşlarının müdaxiləsi ilə masa yolun hərəkət hissəsindən götürülüb".

1
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
Əlaqədar
Bakı restoranlarının “B Planı” yoxdur: pandemiya zamanı bizneslər sağ qalmağa çalışır
Dolub-boşalan kafelər, küçələrdə gəzənlər: Bakıda karantinin yumşaldılması
Polis prezidenti... bağlı restoranda tapdı
Bakıda saat 18-dən sonra gizli fəaliyyət göstərən restoran aşkarlandı
Özlərini qanundan üstün sayırdılar, indi altını çəkirlər

Bu gün Rusiya Hindistanda olan vətəndaşlarımız təxliyə olunacaqlar

4
(Yenilənib 15:06 27.05.2020)
Bu gün Moskva-Bakı reysi ilə 172 Azərbaycan vətəndaşının da ölkəyə təxliyə olunacağı gözlənilir. Hindistandakılar isə Bakıya birbaşa gəlməyəcəklər

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 27 may — Sputnik. Bu gün 17 nəfər Azərbaycan vətəndaşı Hindistan Hava Yollarının təyyarəsi ilə Hindistandan Gürcüstana gələcək. Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva bildirib.

XİN rəsmisi vurğulayıb ki, yaxın vaxtlarda təyyarə Tbilisiyə enməlidir: "Ondan sonra həmin vətəndaşlar Azərbaycanın Gürcüstandakı səfirliyinin bilavasitə əlaqələndirməsi ilə Tbilisidən Azərbaycana avtobusla gələcəklər".

Leyla Abdullayeva, həmçinin qeyd edib ki, bu gün Moskva-Bakı reysi ilə 172 Azərbaycan vətəndaşının da ölkəyə təxliyə olunacağı gözlənilir.

4