Yanmış avtomobil, arxiv şəkli

Lənkəranda qarşıdurma: bir qrup şəxs "Azərişıq"ın avtomobilini yandırıb

1316
(Yenilənib 17:13 22.08.2017)
Küçədə elektrik naqillərinin şəbəkədən ayrılması üçün əraziyə göndərilən işçilərlə yerli sakinlər arasında mübahisə yaranıb

BAKI, 22 avqust — Sputnik. Lənkəran rayonunda "Azərişıq" ASC-yə məxsus avtomobil yandırılıb. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, hadisə Liman şəhəri, H.Aslanov küçəsində baş verib.

Məlumata görə, həmin küçədə elektrik naqillərinin şəbəkədən ayrılması üçün əraziyə göndərilən işçilərlə yerli sakinlər arasında mübahisə yaranıb. Mübahisə zamanı  bir qrup şəxs avtomaşının üzərinə alışdırıcı maddə tökərək yandırıb.

Nəticədə, Qasımov Nizam Mirzə oğlunun idarə etdiyi "Qazel" markalı 18-AC-061 dövlət qeydiyyat nömrə nişanlı qaldırıcı kran avtomaşınının mühərrik hissəsi alışıb. Yanğın sakinlər tərəfindən söndürülüb

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin əməkdaşları da cəlb olunub.

1316
Teqlər:
yandırılma, "Azərişıq", qarşıdurma, Lənkəran, avtomobil
Əlaqədar
Məşhur avtoritetlər Rövşən Lənkəranskinin il mərasimində
Lənkəranda nənə altı günlük nəvəsini necə öldürdüyünü nümayiş etdirib
Lənkəranda yeni doğulmuş körpənin öldürülmə üsulu dəhşət doğurub
Lənkəranlı vunderkindlər: qardaş canlı kalkulyator, bacı çempion
Lənkəranda zəlzələ baş verdi