FHN helikopteri

Azərbaycan helikopteri əməliyyata qoşulub

294
Hazırda yanğının söndürürülməsi istiqamətində işlər davam edir

BAKI, 22 avqust — Sputnik. Xəbər verildiyi kimi, avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda baş verən meşə yanğınlarının söndürülməsinə kömək məqsədilə helikopter göndərib. FHN-in mətbuat xidmətinin rəhbəri Oktay Bayramovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, nazirliyin helikopteri Gürcüstanda meşə yanğınlarının söndürülməsi əməliyyatıına qoşulub.

"Fövqəladə Hallar Nazirlyinin Aviasiya dəstəsinə məxsus, xüsusi avadanlıqla təchiz olunmuş "Ka-32A" helikopteri avqustun 22-də saat 06:30 radələrindən Samtsxe-Cavaxetiya bölgəsində kəşfiyyat uçuşlarına başlayıb və 06:40 radələrindən yanğının söndürülməsi əməliyyatına qoşulub. Hazırda yanğının söndürürülməsi istiqamətində işlər davam edir" — Bayramov bildirib.

294
Teqlər:
meşə yanğınları, helikopter, Fövqəladə Hallar Nazirliyi, FHN, İlham Əliyev, Azərbaycan Respublikası
Əlaqədar
Metroda yanğın oldu, sərnişinlər təxliyə edildi
Neft quyusunda yanğın oldu, yaralılar var
FHN Bakıdakı böyük yanğınla bağlı məlumat yaydı
Bakıda daha bir dəhşətli yanğın
Yanğın, yoxsa təxribat: magistral neft kəməri təhlükədə