Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident kəşfiyyat fəaliyyəti barədə qərar verdi

1960
"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanuna dəyişiklik edilib

BAKI, 21 avgust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
© Official website of President of Azerbaijan Republic

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanına və "Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 avqust tarixli 104 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 8, maddə 612; 2005, № 8, maddə 701; 2006, № 3, maddə 231; 2008, № 11, maddə 966) aşağıdakı dəyişikliklər edilsin:

1. 2.4-cü bənddə "Milli Təhlükəsizlik Nazirliyi" sözləri "Dövlət Təhlükəsizliyi Xidməti" sözləri ilə əvəz edilsin.

2. 2.5-ci bənddə "Milli Təhlükəsizlik Nazirliyi" sözləri "Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti" sözləri ilə əvəz edilsin.

3. 2.6-cı bənddən "Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi," sözləri çıxarılsın və həmin bəndə "Müdafiə Nazirliyi," sözlərindən sonra "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti," sözləri əlavə edilsin.

4. 2.6-cı (ikinci halda) bənd 2.7-ci bənd hesab edilsin".

1960
Teqlər:
"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında", İlham Əliyev, prezident, Azərbaycan Respublikası
Əlaqədar
Ələ keçirilən erməni kəşfiyyatçı danışdı — real görüntü
Keçmiş kəşfiyyat şefinin atası prezidenti "topa tutdu"
Rusiyada terror: kəşfiyyat qurumu hədəfə alındı
Ən qüdrətli kəşfiyyatın yarandığı gün
Mərkəzi Kəşfiyyat İdarəsinin yeni rəhbəri bəlli oldu
Dünyanın ən güclü kəşfiyyat xidmətləri - SİYAHI