CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bərdədə dəhşət: toy karvanındakı maşın 4 nəfəri vurub qaçdı

CC0 / VladArtist / crushQəzaya uğramış VAZ-2107 avtomobili. Arxiv şəkli
Qəzaya uğramış VAZ-2107 avtomobili. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində ölən və yaralananlar var

BAKI, 20 avqust — Sputnik. Bərdədə toy karvanında gedən avtomobil yol kənarında su içən toy mərasiminin 4 sakinini vuraraq hadisə yerindən qaçıb. Sputnik Azərbaycan-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Yeni Daşkənd kənd ərazisimdə baş verib.

Belə ki, 32-BC-306 dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobil hərəkətdə olan zaman sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında su içən piyadaları vurub.

Hadisə nəticəsində 1962-ci il təvəllüdlü Məmmədova Ağapəri Möhbalı qızı hadisə yerindəcə dünyasını dəyişib. Digər 3 nəfər: — 1993-cü il təvəllüdlü Məmmədov Sərvər Məhəmmədəli oğlu, 1962-ci il təvəllüdlü Səmədova Ayyıldız Sehral qızı və 1955-ci il təvəllüdlü Quliyeva Göyçək Əli qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsini törətmiş sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

Xəbər lenti
0