Автомобиль дорожно-патрульной службы в Баку, фото из архива

Vətəndaş Yol Polisindən şikayətçidirsə…

185
Gün ərzində şəhər yol polisinə 20-25 şikayət xarakterli məktub daxil olur

BAKI, 20 avqust — Sputnik. "Yol Polisi olmadan hərəkəti tənzimləmək mümkün deyil. Ərazidə polis əməkdaşı varsa, bütün qaydalara riayət edilir və kənardan hər şey nizam-intizam çərçivəsində görünür. Ancaq ərazidən polis əməkdaşı yoxudursa, polisin yoxluğundan sanki istifadə edilir". Bunu Sputnik Azərbaycan-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O, qeyd edib ki, taksi fəaliyyəti ilə məşğul olanlar yolun hərəkət hissəsində duraraq, sıxlıq yaradırlar. Polis əməkdaşlarının olmadığı yerlədə müşahidə kameralarından istifadə olunur. Vətəndaş da elə bilir ki, polis yoxdursa istədiyini edə bilər.

Əsədov bildirir ki, çox zaman sürücülər "bilmədim, görmədim, tələsirdim, filankəsəm" deyib məsuliyyətdən yayınmaq istəyirlər. Lakin protokol yazılır. Vətəndaş da qisas almaq üçün şikayət edir. Düşünür ki, şikayət etsə, şikayətinə baxıb onu razı salacaqlar: "Onu da qeyd edim ki, gün ərzində şəhər yol polisinə 20-25 şikayət xarakterli məktub daxil olur. Biz edilən şikayətlər üzrə şikayətçilərin qarşısında araşdırma aparırıq, vətəndaş görəndə ki, onun polislə dialoqunun videogörüntüsü var, səsi var, kor-peşman gedir. Bu texnikanın inkişafı deməkdir. Dünyanın heç bir ölkəsində polis —sürücü münasibətlərinin tənzimlənməsi ilə bağlı səsyazan mikrofon cihaz yoxdur. Ancaq kameralar var. Azərbaycanda mentalitetə uyğun olaraq, inzibati xəta üzrə cərimələrlə razılaşmayan, haqq-nahaq şikayət edən vətəndaşlara sübut etmək məqsədilə bu cihazlardan istifadə edirik. Deyirik ki, baxın, səsiniz düşüb, görüntünüz də var".

Əsədov həmçinin bildirir ki, yol-patrul müfəttişlərinin idarə etdiyi BMW markalı avtomobillərin üzərində İ-patrul sistemi quraşdırılıb. Bu sistem dünyanın inkişaf etmiş 6 ölkəsində tətbiq edilir. Sistem hərəkətli və hərəkətsiz bütün xətaları 500 metr uzaqlıqdan görür, qeydə alır və barəsində tədbir görülməsi üçün göstəriş verir. Bu sistemə bir nəfər şəxsin düyməni basması kifayət edir.

Bununla yanaşı, Bakı Şəhərində təhlükəsizliyi təmin etmək üçün 3000 mindən artıq videokamera, sürət cihazları və digər ölçü cihazları qurulub: "Bu cihazlarla biz küçə və yolları görürük və nəzarət edirik".

 

 

185
Teqlər:
İ-patrul sistemi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, polis polkovniki Vaqif Əsədov, şikayət, sürücü
Əlaqədar
Baş Dövlət Yol Polisi İdarəsi xəbərdarlıq etdi
Yol polisinin reydləri nə dərəcədə qanunidir?
Bakı Şəhər Dövlət Yol Polisindən: "Gelandewagen" qəzasının videosu pozulmayıb
Yol polisi sürücülərə müraciət etdi
Yol polisini vurdular
Bakıda çimərlik, arxiv şəkli

Suyu gördülər, uşaqları yaddan çıxdı

143
(Yenilənib 19:48 10.08.2020)
Kifayət qədər qaydalara əməl edən şəxslər olsa da, qaydalara məhəl qoymayaraq sərxoş halda suya girən, üzmə nişanlarını üzüb keçən, suda kobud hərəkətlər edən vətandaşlara da rast gəlinir

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. "Fövqəladə Hallar Nazirliyi tərəfindən nəzarətdə olan ərazilərdə bu günə qədər ölümlə nəticələnən boğulma hadisəsi qeydə alınmayıb".

Çimərlik serialının qısa tizerdən sonra yeni mövsümü – yeni qaydalarla
© Sputnik / Kamilla Əliyeva / Taleh Mahmudov / Leyla Orucova

Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət mayoru Aqşin Əlili danışıb.

Onun sözlərinə görə, suda boğulma təhlükəsi ilə qarşılaşan bir neçə şəxs FHN-in xilasediciləri tərəfindən xilas edilib.

A.Əlili bildirir ki, kifayət qədər qaydalara əməl edən şəxslər olsa da, qaydalara məhəl qoymayaraq sərxoş halda suya girən, üzmə nişanlarını üzüb keçən, suda kobud hərəkətlər edən vətandaşlara da rast gəlinir. Eyni zamanda A.Əlili son 5 gündə valideynləri tərəfindən nəzarətsiz buraxılaraq çimərlikdə sahibsiz qalan uşaqlardan da söz açıb:

"Bununla bağlı bizə 10-dan çox məlumat daxil olub, xoşbəxtlikdən, uşaqlar xilasedicilər tərəfindən tapılaraq valideynlərinə təhvil veriliblər. Valideynlərə müraciət edirik ki, çimərlikdə uşaqları nəzarətsiz qoymasınlar".

"Ayın 5-dən çimərliklərin fəaliyyətinə dair qərar qəbul edildi. Bildiyiniz kimi, nəzarət edilən çimərliklər və ictimai çimərliklər var. Həmin çimərliklərdə FHN tərəfindən sularda təhlükəsizliklə bağlı, kompleks təhlükəsizlik tədbirləri görülüb. Eyni zamanda çimərliklərdə koronavirusun profilaktikasına dair olan göstərişlərin tələblərinə əməl edilir. Sosial məsafə, şəxsi gigiyena və dezinfeksiya tədbirlərinin görülməsi həyata keçirilir", - deyən Aqşin Əlili bildirib ki, nəzarət edilməyən çimərliklərdə hazırda bu qaydalara əməl edilmir.

Onun sözlərinə görə, nəzarətsiz çimərliklərdə təhlükəsizlik tədbirləri görülmədiyindən bədbəxt hadisələr baş verə bilər.

143
Əlaqədar
Çimərlikdə qiymətlər əl yandırır, sahibkarlar da haqlı... yesən də, yeməsən də budur
BŞİH çimərliklərlə bağlı əhaliyə müraciət edib
Yaxşı qaralmaq üçün...
Suda boğulanların xilası onun öz əlindədir: Qaydalara əməl etsək, başımız da dərddə olmaz
Kvesti xatırladan istirahət: ayağını basma, yoluxarsan
Beyrutda partlayış, arxiv şəkli

Çənədəki maska, Beyrut, nüvə silahı millətin imicini "yuyan" dovşan qanı

72
(Yenilənib 19:38 10.08.2020)
Təəssüf ki, bütün dünyanın nüvə silahından imtina edəcəyinə dair ümidlərin gerçəkliyə çevriləcəyi real görünmür...

BAKI, 10 avqust — Sputnik. 7x7 ötən həftənin ən yaddaqalan hadisələrini şərh edir

Optimallaşdırma

Ötən həftə dövlət müəssisələrinin ayıbları üzə çıxdı. Koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda müşavirədə məlum oldu ki, dövlət şirkətlərinin əksəriyyəti nəinki büdcəyə gəlir gətirmir, ağır yük kimi dövlət onları belində daşıyır.

Müşavirədən bir gün sonra dövlət başçısının sərəncamı ilə yaradılan “Azərbaycan İnvestisiya Holdinqi” indi büdcədə “oturan” şirkətlərin xərclərinin optimallaşdırılması, izafi xərclərin qarşısının alınması funksiyasını yerinə yetirəcək. Yəni asfalt çəkib, sonra qazıb altından qalan “lopatka”nı çıxarmaq dövrü geridə qalır... 

Nazirlər Kabineti, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Yumşaltdıqca yumşalır

Ötən həftə karantin rejimi bir qədər də yumşaldıldı. Əksər bağlı müəssisə və obyektlər artıq iş başına qayıdır. Əlbəttə, bu, sevindiricidir. Aylardır, çətinliklə üzləşən, gəlirindəm məhrum olan xeyli insan yenidən işinə qayıdır. Bəli, dövlət bu dövr ərzində sosial paketlərlə vəziyyəti yüngülləşdirdi, vətəndaşına dəstək oldu. Ancaq iqtisadiyyatın hazırkı resessiyası dövlətin rezervlərinə də təsir edir, belə vəziyyət uzunmüddətli ola bilməz. İndi bizim üzərimizə nə düşür? Cəmi 3 nəsnəyə  - sosial məsafə, maska və gigiyenik vasitələrdən istifadə etməklə xəstələnməmək və yoluxdurmamaqla arzuolunmaz vəziyyətə qayıtmamaq. Yenidən evdə qalmaq istəmiriksə, cəmi 3 şərtə dəqiqliklə əməl etməliyik – məsələn, maskanı çənəmizə yox, nəzərdə tutulmuş nahiyələri ötrməklə taxmalıyıq.

Saxta dərmanlar

Mütəxəssislər xəbərdarlıq edirlər ki, ölkəmizdə aptek şəbəkələrindən kənarda fəaliyyət göstərən bir qrup dərman ticarəti fırıldaqçılarının aktivliyi yenidən artıb. Azərbaycan Tibb Universitetinin dosenti Fuad İslamzadə deyib ki, ən yaxşı halda heç bir müalicəvi təsiri olmayan və hətta insan orqanizminə zərərli ola biləcək preparatları uydurma "alimlərin" adlarından geniş reklam edirlər.

Sərhəddə saxlanılan dərman preparatları
© The State Customs Committee of AR.

Bu həftə dərman həftəsidir, deyəsən - Qırmızı Körpü gömrük postunda ölkəyə gizli şəkildə keçirilmək istənilən dərman preparatları aşkarlanıb.

İşbazlar bazardakı tələbatı yaxşı izləyirlər və onları yalnız alver maraqlandırır. Səhihliyi təsdiqlənmədiyi üçün firmanın adını qeyd etmədən, bir hadisəni təəssüflə xatırlamalı oluram: Bir neçə il öncə dərman firmalarından birinin rəhbəri Almaniyada məşhur dərman istehsalçısının zavoduna gedərək, xahiş edir ki, dərmanın ən vacib və ən bahalı komponentini onun içərisindən çıxararaq xüsusi olaraq onun üçün ucuz qiymətə istehsal etsinlər. Təbii ki, “nemes”lər işbazı qapının kandarından qovurlar.

Görün, koronavirus əleyhinə vaksin çıxsa, bizi hansı hoqqalar gözləyir.

Onlayn narkotik bazarı

Sosial izolyasiya və qapanma tədbirlərindən irəli gələrək ticarətin əksər istiqamətləri onlayn xidmətə keçmişdi. Görünür, narkotik alverçiləri də rəqəmsallaşmadan, elektronlaşmadan ruhlanaraq bizneslərini yeni platformaya daşımaq qərarına gəliblər. Ticarətini sosial şəbəkələrdə reklam edən daha bir narkotik alverçisinin biznesinə yenə də polis mane olub.

“Instagram” sosial şəbəkəsində profil açaraq narkotik vasitələrin qəbulunu təbliğ edən videolar yayan şəxs - Bərdə rayon sakini Sənan Ağayev saxlanılıb. Türmə həyatı isə onlayn yaşanmır, Sənanın bunu və səhvini başa düşməsi üçün barmaqlıqlar arasında vaxtı olacaq.

Beyrut partlayışı

Başıbəlalı Livan yenidən alovlanır. Beyrutda ötən həftə baş verən partlayış hadisəsi ölkədə yeni vətəndaş müharibəsinin başlanğıcına çevriləcək kimi görünür. 

1975-ci ildə başlayıb, 1990-cı ilədək davam edən vətəndaş müharibəsi bu ölkəni əldən salmışdı – bu dövr ərzində ölkədə 150-230 minədək insanın öldüyü, 350 mindən çox insanın yaralandığı bildirilirdi. Müxtəlif güc mərkəzlərinin maraqlarının toqquşduğu Livanda uzunmüddətli sabitlik bərpa oluna bilməyib.

Görünür, coğrafi yerləşmə xalqların taleyinə, xoşbəxtliklərinə həmişə təsir edəcək...

Nüvə təhlükəsizliyi

BMT-nin baş katibi Antoniu Quterreş 1945-ci ildə ABŞ-ın Xirosima şəhərinə atom bombasının atılmasının 75-ci ildönümü günü çağırış edib. "75 il nüvə silahına sahib olmağın təhlükəsizliyi gücləndirməkdənsə, zəiflədiyini başa düşmək üçün hətta çoxdur", - baş katib bildirib və soyuq müharibədən sonra yaradılan nüvə silahlarına nəzarət müqavilələrinin indi təhdid altında olduğunu etiraf edib.

Təəssüf ki, bütün dünyanın nüvə silahından imtina edəcəyinə dair ümidlərin gerçəkliyə çevriləcəyi real görünmür. Və əgər nüvə silahı təhlükəsizliyə təhdiddirsə, ABŞ, Rusiya, Çin, Fransa kimi aparıcı ölkələr ondan bu vaxta qədər hansı səbəbdən imtina etməyib?! Gücün haqlı olduğu müasir dünyada, belə çıxır ki, nüvə silahı təhlükəsizliyi zəiflətmir.

Dovşan qanı

Qazaxıstanda 37 yaşlı azərbaycanlı qanunsuz yolla külli miqdarda pul əldə etmək üçün “tamaşa” qurub. Tez-tez qonaq getdiyi Almatıda özünü Qazaxıstana meyvə və tərəvəz gətirən iş adamı kimi təqdim edərək, partnyor axtarmağa başlayıb. Bu zaman onun tələsinə Nur-Sultandan olan biznesmen düşüb. 37 yaşlı kişi əmisi oğlu, onun dostu və sevgilisi ilə cinayət əməlini həyata keçirib. O, özünü oğurlatdırıb, daha sonra “oğrular” qazaxıstanlı biznesmenə səsli mesaj və azərbaycanlının qanlı fotosunu göndərib, onun sağ qalması üçün qazaxıstanlıdan 100 min dollar pul istəyiblər.

Biznesmen isə polisə müraciət edib. Aparılan araşdırmalar zamanı cinayətkarların əməlləri ifşa olunub. Bildirilib ki, əslində fotoda azərbaycanlının üzərinə tökülən dovşan qanı olub.

Qazaxıstan saytlarında isə böyükmiqyaslı “təbliğatı”mız gedib. Beləcə, ölkənin imici, nüfuzu üçün xərclənən vaxt və resursları, yaxşıların yaxşı əməllərini belə “soydaşlar” bir dovşan qanı ilə yuyub aparırlar.

72
Əlaqədar
Mayk Pompeo, ərəblərin gecikmiş atomu, sosial lift və xoşbəxtlik
“Gallup”, Türkiyənin əzələsi və "oh, my god!"
"Food City", “beşinci təkər” və Rəhim Qazıyev
XİN-dəki "Pole Çudes", Aya Sofya və nazirlə milçəyin fərqi
"Bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır
Mədən işçisi, arxiv şəkli

Təhlükəli peşələrin siyahısı açıqlandı

0
(Yenilənib 20:03 10.08.2020)
Bu xəstəliklər fiziki yüklənmə, kimyəvi maddələrdən zəhərlənmə və sənaye aerozollarına məruz qalma nəticəsində yaranır

BAKI, 10 avqust — Sputnik. "Rostpotrebnadzor" 2019-cu ildə sağlamlıq üçün zərərli olan peşələri açıqlayıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, mədən sənayesi işçiləri arasında daha çox peşə xəstəlikləri müəyyən edilib.

Belə ki, qeydiyyata alınmış hallardan 46,9 faizi bu sektorun payına düşür.

İkinci yeri emal sənayesi sahəsi (29,9%) tutur, ardınca nəqliyyat və anbar sahələri (10,5%), həmçinin tikinti (3,6%) sahələri gəlir.

Digər peşə xəstəlikləri (3,5 faiz) ovçuluq, balıqçılıq, kənd təsərrüfatı və meşə təsərrüfatında çalışanlarda qeydə alınır.

Qurumun məlumatına görə, işçilər daha çox xroniki bronxit, eşitmə qabiliyyətinin zəifləməsi, əsməcə və radikulit xəstəliklərindən əziyyət çəkirlər.

Bu xəstəliklər fiziki yüklənmə, kimyəvi maddələrdən zəhərlənmə və sənaye aerozollarına məruz qalma nəticəsində yaranır.

Bir müddət əvvəl isə mütəxəssislər qadın ürəyi üçün təhlükəli olan peşələri açıqlayıblar. Siyahıda birinci yeri səhiyyə sektoru tutub.

0
Əlaqədar
Bu şəxslər təhsil almadan peşə təhsili sənədi alacaqlar
İqtisadiyyatın dirçələcəyinə ümidlər: Agentlik 3 min nəfər hazırlayır
Dəyişikliyin astanasındayıq: ənənəvi peşələr əhəmiyyətini itirəcək
Ekspert: “Bəzi peşələrin öyrənilməsi lüzumsuz olacaq”
İş var: Altı ayda Azərbaycanda nə qədər adam işlə təmin edilib