İlham Əliyev və Mehriban Əliyeva

İlham Əliyevin hansı cəhəti rus teleaparıcının diqqətini çəkib?

5244
(Yenilənib 16:06 02.08.2017)
Azərbaycan Prezidenti ilə sıx ünsiyyətdə olan rusiyalı jurnalistdən maraqlı açıqlama

BAKI, 2 avgust — Sputnik. "Azərbaycan Prezidenti İlham Əliyev incə yumor hissi olan müdrik siyasətçidir". Trend-in məlumatına görə, bunu "Moskva-Bakı" informasiya portalına müsahibəsində "Rossiya 24" telekanalının aparıcısı Evelina Zakamskaya, Azərbaycan haqqında fikirlərini bölüşərkən deyib.

O, qeyd edib ki, Azərbaycan Prezidenti ilə çox ünsiyyətdə olub: "Mən ona ilk növbədə ölkə lideri kimi baxmışam. Mənim üçün insani keyfiyyətlər və siyasətçi keyfiyyətləri bir-biri ilə sıx bağlıdır. Mən onda özünə inamı olan müdrik siyasətçini gördüm. Bütün bunlar intellektual, ağıllı, incə yumor hissi olan insanla sıx bağlıdır".

Teleaparıcı bildirib ki, Azərbaycan hazırda mürəkkəb iqtisadi şəraitdə yaşayır: "Mən arzu edirəm ki, Azərbaycan, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bütün bunların öhdəsindən uğurla gəlsin. Fikrimcə, buna yardım edə biləcək həll yollarından biri də Rusiya ilə əməkdaşlığın fəal inkişafı ilə bağlıdır. Mən istərdim ki, postsovet məkanında münasibətlərin möhkəmləndirilməsi ölkələrimizin iqtisadi böhrandan çıxmasına gətirib çıxarsın".

5244
Teqlər:
Evelina Zakamskaya, incə yumor hissi, siyasətçi, İlham Əliyev, Azərbaycan, prezident
Əlaqədar
İlham Əliyevdən mühüm təyinat
İlham Əliyevə "Jurnalistlərin dostu" mükafatı təqdim edilib
Prezident İlham Əliyev: "Məsələdən xəbər tutan kimi dərhal göstəriş verdim"
İlham Əliyev Türkiyədə çevriliş xəbərinə belə reaksiya verib
Prezident İlham Əliyev: "Zəhranın qanı yerdə qalmadı"
İlham Əliyevdən neft barədə vacib açıqlama
İlham Əliyev ABŞ dövlət katibi ilə görüşdü

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

16
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

16
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

8
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

8