İlham Əliyev Burkina Fasonun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edi

Prezident yeni səfirin etimadnaməsini qəbul etdi

26
(Yenilənib 12:25 31.07.2017)
İlham Əliyev Burkina Fasonun Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

BAKI, 31 iyul — Sputnik. Prezident İlham Əliyev Burkina Faso dövlətinin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Amadou Dikonun etimadnaməsini qəbul edib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Amadou Diko etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.

Amadou Diko Burkina Faso dövlətinin Azərbaycanda səfiri kimi fəaliyyətə başlamasından sevinc hissi keçirdiyini bildirərək dedi: "Sizin kimi şəxsiyyətin yanında ölkəmi təmsil etmək üçün gözəl Azərbaycana səfər etməkdən şərəf duyuram".

Prezident İlham Əliyev Azərbaycanla Burkina Faso arasında siyasi, iqtisadi, ticarət, sərmayə qoyuluşu və eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd edərək, bu baxımdan ölkələrimizin və xalqlarımızın bir-birini daha yaxından tanımasının vacib olduğunu dedi.

Dövlətimizin başçısı səfir Amadou Dikonun bu istiqamətdə səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.

26
Teqlər:
Amadou Diko, Burkina Faso dövləti, fövqəladə və səlahiyyətli səfir, İlham Əliyev, Azərbaycan, prezident
Əlaqədar
Prezident səfirin etimadnaməsini qəbul edib
Prezident 3 səfirin etimadnaməsini qəbul edib
Prezident iki səfirin etimadnaməsini qəbul edib
İlham Əliyev daha 4 səfirin etimadnaməsini qəbul edib
Sinovac CoronaVac peyvəndi, arxiv şəkli

Kimə vaxt? - Azərbaycanda vaksinlərin vurulacağı gün bəlli oldu

0
Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması ilə yanaşı, koronavirus əleyhinə vaksinasiyaya da start verilir

BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda yanvarın 18-dən əhalinin risk qrupuna aid kateqoriyasının vaksinasiyasına başlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə yanvarın 18-dən ölkədə xüsusi karantin rejimi çərçivəsində tətbiq ediləcək yumşaldılmalarla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Şahmar Mövsümov məlumat verib.

O bildirib ki, ilk növbədə tibb işçiləri vaksinasiya ediləcəklər. Tədbirdə TƏBİB-in departament müdiri Yaqut Qarayeva və Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev də iştirak edirlər. Brifinqdə vaksinasiya ilə bağlı məlumatlar açıqlanır.

0
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər

Həftəsonları yenə piyadayıq

1
Yanvarın 18-dən etibarən ölkə ərazisində karantin rejiminin müəyyən yumşaldılması olacaq: sms icazələr ləğv olunacaq, bir müddət sonra müəyyən sahələr fəaliyyətə başlayacaq. Amma ictimai nəqliyyatın həftəsonu hərəkətinə qoyulan məhdudiyyət götürülmür

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti Azərbaycanda xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 2021-ci il 18 yanvar saat 00:00-dan yumşaldılmasını qərara alıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, buna rəğmən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaqdır.

Azərbaycan ərazisində yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyət təhlil edilib, virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin 2021-ci il 1 aprel saat 06:00-dək uzadılmasına qərar verilib.

1
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar