İlham Əliyev və Rəcəb Tayyip Ərdoğan. Arxiv şəkli

İlham Əliyev Türkiyədə çevriliş xəbərinə belə reaksiya verib

467
(Yenilənib 17:05 14.07.2017)
Azərbaycan prezidenti: "15 iyul şəhidlərinin ruhuna rəhmət, onların yaxınlarına səbir, qardaş türk xalqına dözüm arzulayıram"

BAKI, 14 iyul — Sputnik. Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib. Sputnik Azərbaycan-ın xəbəinə görə, məktubda deyilir:

"Möhtərəm cənab Prezident,

Əziz qardaşım!

İyulun 15-də Türkiyə Cümhuriyyətində qanuni hakimiyyəti zorakılıqla devirmək cəhdinin qarşısının alınmasının bir ili tamam olur. O gecə yaşanan qanlı hadisələr, ölkənin Konstitusiya quruluşunu fədakarlıqla qoruyan türk xalqının mətinliyi və insanların öz canını qurban verməsi Azərbaycanda əsil qəhrəmanlıq nümunəsi kimi böyük ehtiramla xatırlanır. Həmin gün demokratiya və qanunçuluğun müdafiəsinə qalxmış milyonlarla vətəndaş bir daha sübut etdi ki, xalqın iradəsinə heç kim qalib gələ bilməz və dövlətçiliyə qarşı yönəlmiş istənilən cəhd iflasa məhkumdur. 

Hadisə haqqında xəbər tutan kimi mən dərhal Türkiyənin legitim hakimiyyətinə öz dəstəyimi ifadə edərək, ölkənin Konstitusiya quruluşuna qəsd edən Vətən xainlərini birmənalı şəkildə pislədim və bununla bağlı Azərbaycanın hökumət üzvlərinə müvafiq tapşırıqlarımı verdim.

Əminəm ki, dövlətçiliyi, demokratik dəyərləri və Sizin rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrində əldə olunmuş uğurları yaşatmaq üçün sarsılmaz iradə nümayiş etdirən vətəndaşların rəşadəti və şəhidlərin unudulmaz xatirəsi hamımızın qəlbində daim yaşayacaqdır. Sizin liderliyiniz, türk xalqının həmrəyliyi və qətiyyəti sayəsində xain niyyətlərin qarşısına keçilməz sipər çəkildi, Türkiyə dövləti böyük təhlükələrdən xilas oldu. Ötən dövrdə Siz əhalini səfərbər etməklə, ölkənizin inkişafı və dünya dövlətləri sırasında nüfuzunun güclənməsi istiqamətində böyük işlər gördünüz, şəxsi məqsədlərini xalqın iradəsindən üstün tutan anti-milli qüvvələrə qalib gəldiniz. Bütün bunlar, qardaş Türkiyə vətəndaşları kimi, bizi də ürəkdən sevindirir. Bu günlərdə İstanbulda baş tutmuş Dünya Neft Sammitində Sizinlə keçirdiyimiz görüşü məmnuniyyətlə xatırlayır, apardığımız müzakirələrin gələcək əlaqələrimizin daha da möhkəmlənməsinə ciddi təsir göstərəcəyinə inandığımı bildirirəm.

Əziz qardaşım, bir daha 15 iyul şəhidlərinin ruhuna rəhmət, onların yaxınlarına səbir, qardaş türk xalqına dözüm arzulayaraq, bütün taleyüklü məsələlərdə Sizinlə həmrəy olduğumu ifadə edirəm".

467
Teqlər:
məktub, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Prezident İlham Əliyev, Türkiyə, Azərbaycan
Əlaqədar
Səfir: “15 iyul Türkiyə tarixinin dönüş nöqtəsidir”
"Onun qadını olacaqdım, 15 iyul hadisələri imkan vermədi"
15 iyul gecəsindən bu yana həbs olunanların sayı açıqlandı
15 iyul Şəhidlərin Anım Günü kimi qeyd olunacaq

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

9
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

9

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev