CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycana aşiq olan eston gələcəyini bura bağlamaq istəyir

© Photo : Facebook / Ira K-chİrina Kovzanoviç
İrina Kovzanoviç - Sputnik Azərbaycan
Abunə olmaq
Eston məktəbli Azərbaycana o qədər aşiq olub ki, öz gələcəyini məhz bu ölkə ilə bağlamaq qərarına gəlib

BAKI, 12 iyul — Sputnik. Belə bir deyim var: harada günün xoş keçirsə, ora vətəndir. On səkkiz yaşlı məktəbli İrina Kovzanoviç Estoniyada doğulmasına baxmayaraq, sadəcə Azərbaycana gəlmək və burada yaşamaq istəyir. O, xeyli vaxtdır ki, bizim ölkə ilə maraqlanır, Azərbaycan tarixi və mədəniyyətini bütün dünyaya yaymaq üçün irimiqyaslı işlər görür. O, bütün bunlar barədə Sputnik Azərbaycan-a müsahibəsində danışıb.

— İrina, sizdə Azərbaycana qarşı belə sevgi haradan əmələ gəldi?

— Mənim 18 yaşım var, Tallində yaşayıram, məktəbdə oxuyuram. Bütün bunlarla yanaşı Dünya Azərbaycanlıları Assambleyasının təmsilçisiyəm. Məndə Azərbaycana maraq o zaman oyandı ki, məktəbdə ən yaxşı rəfiqəm azərbaycanlı idi. O, mənə ölkəniz haqqında hər şeyi danışmışdı. O, məcbur etdi ki, təkcə internetdəki şəkillərə baxmaqla kifayətlənməyim, Azərbaycanın zəngin mədəniyyətini, tarixini və xalqını öyrənim.

 Azərbaycan sizi ilk növbədə daha çox nə ilə cəlb etdi?

— Ən çox qonaqpərvərliyi, adamları və isti münasibətləri ilə. Azərbaycanlılar çox qonaqpərvər xalqdır. Artıq neçə il keçməsinə baxmayaraq, mənə hələ də azərbaycanlı dostlarımla görüşmək çətindir. Çünki onlar məni çay içməmiş evlərindən buraxmırlar. Əgər haradasa hesabı ödəmək lazım gəlirsə, mən onlarla mübahisə etməli oluram və əlbəttə ki, bunun bir mənası olmur. Rəfiqəm mənim əvəzimdən hesabı ödəyəndə çox utanıram. Amma heç cür bu qaydanı dəyişə bilmirəm. Sonra məndə Azərbaycanın zəngin tarixinə və mədəniyyətinə maraq oyandı. Artıq 5 ildir ki, bu ölkəni öyrənməklə məşğulam.

© Photo : Facebook / Ira K-chİrina Kovzanoviç
İrina Kovzanoviç - Sputnik Azərbaycan
İrina Kovzanoviç

 Burda daimi yaşamaq fikriniz var?

— Əlbəttə. Özü də Azərbaycanda hansı işlərlə məşğul olacağımı da bilirəm. Amma əvvəlcə məktəbi bitirməliyəm və arzularımı həyata keçirmək üçün yaxşı iş tapmalıyam.

 Siz bizim tarixi, mədəniyyəti öyrənirsiz, bəs dilimizi necə? Bu dildə danışmağı bacarırsız?

— Dil insanları öyrənmək üçün lazım olan ilk şeydir. Artıq çoxdandır mənə heç kəs azərbaycancanı öyrətmir. Mən özüm öyrənməyə cəhd edirəm, amma bu çox çətindir. Demək olar ki, praktikada tətbiq etmək imkanım yoxdur. Amma bu dili əsasən başa düşürəm və bir az danışıram. Danışılanları başa düşməkdə çətinlik çəkirəm. Xüsusilə də dialektdəki və qrammatikaya uyğun olmayan danışıqları başa düşmürəm. Oxuyanda isə ümumiyyətlə başa düşürəm. Azərbaycanda sakinlərlə bu dildə bir qədər ünsiyyət qura bilmişəm. Hərdən onlar heç mənim xarici olduğumu başa düşməyiblər. Hər halda bu, mənə çox xoşdur.

 Həmvətənləriniz sizin daha çox Estoniyanı deyil, Azərbaycanı təbliğ etməyinizə necə baxırlar?

— Əvvəlcə bu çoxlu sayda stereotiplər ucbatından ciddi anlaşılmazlıq yaratdı, lakin sonra hər şey keçdi və mən anlaşılmazlığın qarşısını ala, həm də özümə və sənətimə qarşı neqativ münasibəti dəyişə bildim. Azərbaycanı Estoniyada təbliğ edərək həm də insanları Estoniya ilə tanış edirəm. Ətrafımdakı insanların çoxu belə bir ölkənin olduğunu bilmirdilər. Ünsiyyətdə olduğum insanlar arasında başqa ölkələrin nümayəndələri də var və bu ünsiyyətin sayəsində insanlar həm vətənim Estoniya ilə tanış olurlar, həm də Azərbaycan haqqında daha çox məlumat əldə edirlər.

© Photo : Facebook / Ira K-chEstoniyalı məktəbli İrina "Xocalıya ədalət" lövhəsi ilə
Estoniyalı məktəbli İrina Xocalıya ədalət lövhəsi ilə - Sputnik Azərbaycan
Estoniyalı məktəbli İrina "Xocalıya ədalət" lövhəsi ilə

— İlk dəfə Azərbaycana getdikdə gözləntiləriniz özünü doğrultdu?

— Azərbaycanda ilk dəfə 2014-cü ildə olmuşam. "Azərbaycan barədə nə bilirəm" mövzusunda esse yazaraq Azərbaycan Gənclər və İdman Nazirliyinin keçirdiyi müsabiqədə qalib gəldim. Məni onda nümayəndə heyəti ilə birgə Bakıya dəvət etdilər. Azərbaycanı görəndən sonra anladım ki, bu ölkə haqqında heç nə bilmirəm. Əslində ölkə bildiyimdən də maraqlıdır. Mən çox xoşbəxt idim, çünki məhz Azərbaycanda həqiqətən yaşadığımı hiss etdim və indi də hiss edirəm. Biz bulvarda insanların axşamlar sadəcə oturub çay içdiklərini görəndə şoka düşdük. Bizə də çay təklif etdilər, biz isə mədəni surətdə imtina etdik, lakin bu, bizdə böyük təəssürat yaratdı. Azərbaycan tamamilə başqa ölkədir. Orada hər şey başqadır. İnsanlar, yaxınlara münasibət, hətta adi hava evdəki kimi deyil.

 Bəs siz mənfi hal kimi nəyi qeyd edərdiz? Bizim cəmiyyətdə sizin xoşunuza gəlməyən nəsə var?

— Mənfi cəhətlər həmişə, hər yerdə və hamıda var. Biz bundan qaça bilmərik. Elə şeylər var ki, onlar hətta həmin ölkənin sakinlərinin belə xoşuna gəlmir. Amma Azərbaycan demokratik respublika kimi hələ çox gəncdir və bu, zamanın işidir. Milləti tərbiyə etmək lazımdır. Bunun üçün Azərbaycanın imkanları var və mən inanıram ki, Azərbaycan xalqı özünün nə qədər böyük xalq olduğunu dərk edir.

 İrina, bilmək istəyirəm ki, siz bizim ölkəni necə təbliğ edirsiz? 

— Müxtəlif postlar və sosial şəbəkədə aktiv fəaliyyətlə. Həmçinin mən hər il üzərinə "Justice for Xocalı" (Xocalıya ədalət) yazılmış köynək geyinirəm və əlimdə bu sözlər yazılmış vərəqləri tutaraq şəkil çəkdirib paylaşıram. Hərdən insanlar bunun mənası ilə maraqlanırlar. Məktəbdə hansı mövzunun müzakirə olunmasından asılı olmayaraq, mən Azərbaycandan, onun uğurlarından, ədəbiyyatından, tarixindən danışıram. Tezliklə müəllimlərim və sinif yoldaşlarım Azərbaycanla bağlı hər şeyi biləcəklər. Əlbəttə bunu tək etmək çətindir. Amma əgər bu Azərbaycana zərrə qədər fayda verirsə, deməli, mən əbəs yerə zəhmət çəkməmişəm.

 Siz bu yaxınlarda Azərbaycanda olmusuz? Bir də nə vaxt gələcəksiz?

— İki həftədən sonra mən multikulturalizm yay məktəbi çərçivəsində yenidən Azərbaycana gələcəm. Bu il təəssüf ki, mənim Azərbaycana gəlmək imkanım olmayıb. Amma ora həmişə gələcəm.

Xəbər lenti
0