Azərbaycan prezidenti Türkiyəyə səfər edib

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев прибыл в Стамбул
Президент Ильхам Алиев прибыл в Стамбул - Sputnik Azərbaycan
Abunə olmaq
Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib

BAKI, 9 iyul — Sputnik. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün iyulun 9-da Türkiyəyə səfər edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib. Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb. Azərbaycan prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar. 

Xəbər lenti
0