Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev: "Dünya ictimaiyyəti günahsız insanların öldürülməsinə göz yummamalıdır"

166
(Yenilənib 00:33 06.07.2017)
Dövlət başçısı bu barədə öz rəsmi Twitter mikrobloqunda yazıb

BAKI, 5 iyul — Sputnik. "Dünya ictimaiyyəti günahsız insanların öldürülməsinə göz yummamalıdır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə çərşənbə axşamı Azərbaycan Prezidenti İlham Əliyev öz rəsmi "Twitter" mikrobloqunda yazıb.

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi açılıb.

166
Mövzu:
Atəşkəsin pozulması nəticəsində mülki vətəndaşlarımızın qətli (17)