Azərbaycan bayrağı

Bakıdakı səfirliklərin qarşısında etiraz aksiyası olacaq

115
(Yenilənib 17:21 05.07.2017)
İki yaşlı Zəhranın ermənilər tərəfindən öldürülməsi ilə əlaqədar üç səfirliyin qarşısına yürüş keçiriləcək

BAKI, 5 iyul — Sputnik. Azərbaycanda çoxsaylı gənclər təşkilatları Ermənistan silahlı qüvvələrinin Füzulinin Alxanlı kənd sakinlərini qətlə yetirməsinə etiraz əlaməti olaraq yürüş keçirəcək.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, yürüşə sabah Bakıdakı "Bridge Plaza"nın qarşısından başlanacaq.

Yürüş iştirakçıları saat 11:00-da Rusiya, 11:20 ABŞ, 12:00-da isə Fransa səfirliklərinin qarşısından keçəcəklər.

Nazirlik gəncləri yürüşdə aktiv olmağa çağırıb. 

Qeyd edək ki, hər üç ölkə ATƏT-in Minsk qrupunun həmsədridir.

Xatırladaq ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub.

Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri — 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar.

1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.

115
Teqlər:
Yürüş, Gənclər və idman nazirliyi, ATƏT-in Minsk qrupu, Quliyeva Sahibə, Quliyeva Sərvinaz, Quliyeva Zəhra, Alxanlı kəndi, Füzuli rayonu, Fransa, Rusiya
Mövzu:
Atəşkəsin pozulması nəticəsində mülki vətəndaşlarımızın qətli (17)
Əlaqədar
MN: Erməni silahlı bölmələrinin təxribatı nəticəsində qadın və 2 yaşlı uşaq həlak olub
Erməni təxribatı nəticəsində həlak olan həmvətənlərimiz bu gün dəfn olunur
Azərbaycan XİN-dən sərt bəyanat