Ali Məhkəmə

Ali Məhkəməyə yeni hakimlər təyin edilib

997
Milli Məclisdə Ali Məhkəməyə yeni hakimlərin təyin olunma məsələsinə baxılıb

BAKI, 30 iyun — Sputnik. Milli Məclisin növbədənkənar sessiyasınının bu gün keçirilən sonuncu plenar iclasında Ali Məhkəməyə yeni hakimlərin təyin olunma məsələsinə baxılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, Ali Məhkəmə üzrə hakimlik səlahiyyətinin müddəti 2017-ci il iyunun 19-da başa çatan Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Ağakərim qızı Məmmədova Ali Məhkəmənin hakimi təyin edilib. "Məhkəmələr və hakimlər haqqında" qanunun 93-4-cü maddəsinə uyğun olaraq Tahir Lələkişi oğlu Kazımov Ali Məhkəmənin hakimi təyin olunub.

Bundan başqa, səlahiyyət müddəti 2017-ci il iyulun 16-da başa çatan Akif Əsgər oğlu İsgəndərov və Əhməd Güləhməd oğlu Nurməmmədov həmin tarixdən Ali Məhkəmənin hakimləri təyin edilib. Həmçinin səlahiyyət müddəti 2017-ci il iyulun 28-də başa çatan Mehparə Tofiq qızı Əhmədova, İmran Teymurxan oğlu Hacıqayıbov və Rahib Sahib oğlu Nəbizadə həmin tarixdən Ali Məhkəmənin hakimləri təyin olunub.

"Məhkəmələr və hakimlər haqqında" qanunun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Elşanə Rafiq qızı Vəliyeva Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək 2017-ci il iyulun 28-dən Ali Məhkəmənin hakimi təyin edilib. İlham Məmməd oğlu Cəfərov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar 2017-ci il iyulun 28-dən Ali Məhkəmənin hakimi vəzifəsindən azad edilib.

997
Teqlər:
təyin, Ali Məhkəmə, hakim, Milli Məclis
Əlaqədar
ABŞ məhkəməsi Trampın fərmanını qismən dəstəklədi
Rusiya Ali Məhkəməsinin məlum qərarından şikayət verildi
Azərbaycanın məhkəmə sisteminə dəyişiklik ediləcək
Xəzəryanı dövlətlər arasında məhkəmə çəkişməsi
Sabiq nazir zorla məhkəməyə gətiriləcək
Baybakov fondu Rusiya Ali Məhkəməsinə müraciət edib
Mehdiabad qəsəbəsində antisanitariya

Bakıda bələdiyyənin əməkdaşı cərimə edildi

8
(Yenilənib 23:33 11.08.2020)
Mehdiabad Bələdiyyəsinin əməkdaşı Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

BAKI, 11 avqust — Sputnik. Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə reydlər keçiriblər.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, avqustun 6-da keçirilən reydlər zamanı Abşeron rayonunun Mehdiabad qəsəbəsində yerləşən "Şok Market"in yaxınlığında və Binəqədi rayonu Binəqədi gölü ərazisində məişət tullantılarının qalaqlanması və yandırılması faktları aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə Mehdiabad Bələdiyyəsinin əməkdaşı, qəsəbə sakini Z.Yarışov və Bakı şəhər sakini K.Əhmədov barəsində protokollar tərtib edilib. Z.Yarışov 3.000, K.Əhmədov isə 600 manat məbləğində cərimələniblər.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

8
Xəzər dənizi, arxiv şəkli

Pandemiya dövründə Xəzərin perspektivləri

10
Xəzər əməkdaşlığının necə inkişaf etdiyi və yaxın perspektivdə region dövlətlərinin qarşılıqlı fəaliyyətindən nələrin gözlənildiyi barədə tədbir keçiriləcək.

Avqustun 12-si Beynəlxalq Xəzər dənizi Günü kimi qeyd olunur. Pandemiyadan əvvəlki dövrdə həmin gündə regional problemlərin müzakirəsinə həsr olunmuş böyük sammit və konfranslar təşkil edilirdi. Yeni şəraitdə tərəflər əməkdaşlığın perspektivlərini onlayn rejimdə nəzərdən keçirməkdə davam edirlər.

Bununla belə, karantin tədbirlərinin tətbiqinə və region ölkələri arasında birbaşa əlaqələrin məhdudlaşdırılmasına baxmayaraq, Xəzərdə yük dövriyyəsi inkişaf etməkdə davam edir. Resurs bazasının iqtisadi mənimsənilməsi də dayanmır, iri beynəlxalq enerji layihələri həyata keçirilir.

Bu gün Xəzər əməkdaşlığının necə inkişaf etdiyi və yaxın perspektivdə region dövlətlərinin qarşılıqlı fəaliyyətindən nələrin gözlənildiyi barədə avqustun 14-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin təşkilatçılığı ilə Bakı-Nur-Sultan-Moskva onlayn videokörpüsündə danışacaqlar:

Bakıda:

- Bakı Dövlət Univesitetinin professoru, İqtisadi coğrafiya kafedrasının müdiri, elmlər doktoru Çingiz İsmayılov;

Nur-Sultanda:

- Qazaxıstan Respublikasının İlk Prezidenti Fondu yanında Dünya iqtisadiyyatı və siyasəti İnstitutunun eksperti Jumabek Sarabekov;

Moskvada:

- Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya, Qafqaz və Ural-Volqa bölgələrinin Öyrənilməsi Mərkəzinin elmi işçisi Stanislav Pritçin.

Spikerə suallar əvvəlcədən bu elektron ünvana göndərilə bilər: ivelizade@gmail.com.

Tədbir Sputnik Azərbaycan-ın Facebook səhifəsində yayımlanacaq.

Kontaktlar:

Telefonlar: 404-13-84/85

Sputnik Azərbaycan-ın Multimedia Mətbuat Mərkəzi bu ünvanda yerləşir: Mətbuat prospekti, 529-cu məhəllə, ev 23 М, 4-cü mərtəbə.

10