Milli Məclis

Növbədənkənar sessiyanın son iclası başlayıb

83
Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilir

BAKI, 30 iyun-Sputnik. Hazırda Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, iclasın gündəliyinə 19 məsələ daxil edilib.

Azərbaycan Respublikası Ali Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsi, Şirvan Apelyasiya Məhkəməsi və Şəki Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi, Gəncə Apelyasiya Məhkəməsi və Sumqayıt Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi məsələlərinə baxılacaq. "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılacaq.

"Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "İcra haqqında", "Məişət zorakılığının qarşısının alınması haqqında", "Reklam haqqında", "Dövlət rüsumu haqqında", "Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında", "Əmanətlərin sığortalanması haqqında", "Dövlət qulluğu haqqında" qanunlarda, Su və Miqrasiya məcəllələrində dəyişikliklərə baxılacaq.

İclasda "İşsizlikdən sığorta haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihələri ikinci oxunuşda müzakirə ediləcək.

83
Teqlər:
növbədənkənar sessiya, qanun layihəsi, Milli Məclis, müzakirə, iclas
Əlaqədar
Milli Məclisin növbədənkənar sonuncu iclasının tarixi məlum oldu
Milli Məclisin deputatı ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi
Bu məsələ Milli Məclisin gündəliyindən çıxarıldı
Milli Məclis sonuncu dəfə toplandı
Milli Məclisdən açıqlama gəldi: "Rəsmi qərar yoxdur, amma..."
Milli Məclis siqaret müzakirələrini yekunlaşdırdı
Milli Məclisin plenar iclası başlayıb