Президент Америки Дональд Трамп

Donald Tramp Azərbaycan prezidentinə məktub göndərdi

28
"Melania və mən Amerika xalqı adından Sizə və Azərbaycan xalqına Ramazan bayramı münasibətilə səmimi təbriklərimizi çatdırırıq"

BAKI, 29 iyun — Sputnik. Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Sputnik Azərbaycan-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Melania və mən Amerika xalqı adından Sizə və Azərbaycan xalqına Ramazan bayramı münasibətilə səmimi təbriklərimizi çatdırırıq. Amerika Birləşmiş Ştatlarındakı müsəlmanlar bütün dünya müsəlmanları kimi müqəddəs Ramazan ayında dürüstlük və xeyirxahlıq əməllərinə önəm verirlər. Burada, Amerika Birləşmiş Ştatlarında müsəlmanlar Ramazan bayramını ailələri və dostları ilə birlikdə qeyd edir, qonşulara yardım etmək və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmək ənənəsini davam etdirirlər. Bu bayramı birlikdə qeyd etməyimiz bizə bir daha mərhəmət, şəfqət və xoş niyyətin vacibliyini xatırladır. Bu bayram münasibətilə Amerika Birləşmiş Ştatları həmin dəyərlərə Azərbaycan ilə birgə sadiqliyini bir daha vurğulayır. Bir daha Sizin və Azərbaycan xalqının mübarək bayramını təbrik edirəm. Ramazan bayramınız mübarək olsun".

28
Teqlər:
Ramazan təbriki, Ramazan bayramı, Melania Tramp, Donald Tramp, Azərbaycan prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatları, Azərbaycan
Əlaqədar
Ramazan münasibətilə bayram namazı qılınıb
Bu gün dünya müsəlmanları Ramazan bayramını qeyd edir
Prezident Ramazan münasibətilə məhbusları əfv etdi
Teoloq Ramazan ayında baş verən proseslərlə bağlı danışıb
İŞİD-dən Ramazan ayı həmləsi

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

12
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

12
Məktəbdə dərs prosesi, arxiv şəkli

Ümumi təhsil pilləsi nələri əhatə edəcək?

6
(Yenilənib 23:41 25.11.2020)
Ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

BAKI, 25 noyabr — Sputnik. Azərbaycan Respublikasında ümumi təhsil pilləsi məktəbəhazırlıq mərhələsini, ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə edəcək.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən bu gün təsdiqlənən "Təhsil haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunda əksini tapıb.

Qanuna əsasən, Ümumtəhsil məktəbi ibtidai, ümumi orta və tam orta məktəb formasında ayrı-ayrılıqda da təşkil oluna bilər.

Həmçinin, qanunda göstərilib ki, İbtidai təhsilin məqsədi təhsilalanlara oxu, yazı və hesablama bacarıqları, vətənpərvərlik və Azərbaycan xalqının dəyərlərinə, dövlət rəmzlərinə hörmət hissi aşılamaq, onlarda insan, cəmiyyət və təbiət haqqında ilkin biliklər, şəxsiyyətin formalaşdırılmasına yönəlmiş həyati bacarıqlar, sadə əmək vərdişləri, məntiqi təfəkkür elementləri, bədii-estetik keyfiyyətlər və digər xüsusiyyətlər formalaşdırmaqdan ibarətdir.

Eyni zamanda ümumi orta təhsilin məqsədi təhsilalanlarda nitq, yazı və ünsiyyət mədəniyyətinin, sağlam həyat tərzinin formalaşdırılmasını, onların dövlətə və dövlətçiliyə, Azərbaycan xalqının dəyərlərinə və ümumbəşəri dəyərlərə sədaqət ruhunda tərbiyə olunmasını, insan hüquq və azadlıqlarına hörmətlə yanaşmasını, idrak fəallığının və məntiqi təfəkkürünün inkişafını, müvafiq təhsil proqramı üzrə əldə etdiyi bilikləri tətbiq etmək, müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etmək, cəmiyyətdə baş verən hadisələri dəyərləndirmək, öz gələcək həyat yolunu və fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, müstəqil öyrənmə və qərar qəbuletmə bacarığını, peşə seçiminə və əmək fəaliyyətinə hazırlığını təmin etməkdən ibarətdir.

6