Maliyyə Nazirliyi

Prezidentdən vacib qərar: Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri azaldıldı

145
(Yenilənib 13:33 29.06.2017)
Prezidentin imzaladığı fərmana əsasən, artıq Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən addımlar atılmamışdan öncə bu tədbirlər dövlət başçısı ilə razılaşdırılmalıdır

BAKI, 23 iyun — Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında" fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 10 mart tarixli 828 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 449) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 5.3.4-cü yarımbəndə "istisna olmaqla," sözlərindən sonra "bu Nizamnamənin 7.1-ci bəndinin tələbləri nəzərə alınmaqla," sözləri əlavə edilsin;

1.2. 5.3.12-ci, 5.3.13-cü və 5.3.19-cu yarımbəndlərdə "Palatanın" sözü "Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, Palatanın" sözləri ilə əvəz edilsin;

1.3. 5.3.20-ci yarımbəndə "hallarda" sözündən sonra ", Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla," sözləri əlavə edilsin;

1.4. 5.3.23-cü yarımbənddə "Palatanın" sözü "Baş icraçı direktorun və İdarə Heyətinin səlahiyyətlərinə aid olmayan, Palatanın" sözləri ilə əvəz edilsin;

1.5. 7.2.1-ci yarımbəndə "Direktorlar Şurasının" sözlərindən sonra "barəsində qərar verilməsi Direktorlar Şurasının səlahiyyətlərinə aid olan" sözləri əlavə edilsin;

1.6. 9.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

"9.1. Direktorlar Şurasının qərarlarını, normativ xarakterli aktlarını və öz səlahiyyətləri daxilində digər sənədləri Direktorlar Şurasının sədri, sədr olmadıqda isə sədrin müavini imzalayır.";

1.7. 9.2-ci və 9.3-cü bəndlər ləğv edilsin;

1.8. 9.4-cü bənddə "və İdarə Heyətinin müvafiq üzvü" sözləri çıxarılsın;

1.9. 13-cü hissənin mətni aşağıdakı redaksiyada verilsin:

"Palatanın strukturu, ştat vahidlərinin ümumi sayı və işçilərin əməkhaqları Baş icraçı direktorun təqdimatı əsasında Direktorlar Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla təsdiq edilir.".

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

145
Teqlər:
Azərbaycan Respublikası Konstitusiyası, Sərəncam, Maliyyə Bazarlarına Nəzarət Palatası, Prezident İlham Əliyev
Əlaqədar
Terrorçuların əsas maliyyə mənbəyi məhv edildi
Azərbaycandakı bank-maliyyə böhranı avqustda başa çatacaq
Ölkəyə daxil olan və çıxan maliyyə vəsaitlərinə nəzarət sərtləşdirilir
Gənclərə maliyyə yardımı ayrıldı

Qazilərin müalicəsi üçün İsraildən Azərbaycana həkim heyəti gəlib - FOTO

13
(Yenilənib 22:50 01.03.2021)
İki gün ərzində israilli həkimlər 123 qazimizi müayinə ediblər. Onlardan 5-i artıq əməliyyat edilib, daha 20 nəfərin  əməliyyatı isə növbəti günlərdə baş tutacaq.   

BAKI, 1 mart - Sputnik. “YAŞAT” Fondunun təşəbbüsü, İsrailin Azərbaycandakı səfirliyinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin təşkilati dəstəyi ilə İsraildən Azərbaycana  tibbi-humanitar yardım məqsədi ilə oftalmoloqlardan ibarət nümayəndə heyəti gəlib.  

8 nəfərlik həkim heyəti Vətən müharibəsində yaralanmış qazilərimizin oftalmoloji cərrahi və tibbi müalicəsi məqsədi ilə humanitar yardım çərçivəsində ölkəmizə gəlib.

© “YASHAT” Foundation
Qazilərin müalicəsi üçün İsraildən Azərbaycana həkim heyəti gəlib

Həkimlər  gözündən zədə almış hərbçilərimizin müayinəsini və əməliyyatlarını həyata keçirəcəklər.

İki gün ərzində israilli həkimlər 123 qazimizi müayinə ediblər. Onlardan 5-i artıq əməliyyat edilib, daha 20 nəfərin  əməliyyatı isə növbəti günlərdə baş tutacaq.

© “YASHAT” Foundation
Qazilərin müalicəsi üçün İsraildən Azərbaycana həkim heyəti gəlib

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

13
Qarda qəza, arxiv şəkli

Qarlı havada bir-birinə dəyən avtomobillərin zərərini kim ödəyəcək?

528
"Qarlı hava şəraitində isə sığorta təşkilatlarına bu sığorta növü üçün sığorta ödənişləri həyata keçirmək çox çətindir"

 

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 mart — Sputnik. Ötən həftə əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq sürücülərə qarlı havada şəxi avtomobilləri ilə yola çıxmamaq tövsiyyə olunsa da, respublikanın avtomobil yollarında 50-dən çox yol-nəqliyyat hadisəsi baş verdi. Qarlı-şaxtalı hava yol nəqliyyat hadisələri zamanı avtomobillərə dəyən ziyanın necə ödənilməsi məsələsini də gündəmə gətirib. Sputnik Azərbaycan bu vəziyyətdə avtomobillərə dəymiş ziyanın kim tərəfindən ödənilməli olduğunu araşdırıb.

Sığorta üzrə ekspert Əli Bayramov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, nəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası mövcuddur: "Qarlı hava şəraitində isə sığorta təşkilatlarına bu sığorta növü üçün sığorta ödənişləri həyata keçirmək çox çətindir. Çünki burada günahkar tərəfi təyin etmək çox çətindir. Hətta deyərdim ki, mümkünsüzdür. Belə hallarda vətəndaşlar hərəsi öz avtomobillərini təmir etdirmək məcburiyyətində qalır. Çünki, burada icbari sığorta haqqında qanunun tələbləri işləmir. Könüllü sığortaya gəldikdə (kasko sığorta) belə qarlı hava şəraitlərində dəymiş zərər hər bir halda sığorta şirkətləri tərəfindən ödənilir və ödənilməlidir. Çünki, kasko sığortada qarlı hava şəraiti istisnası yoxdur".

Sığorta üzrə ekspert İlkin İbrahimov isə deyir ki, qarlı havada yol-nəqliyyat hadisələri zamanı bir neçə avtomobilin iştirakı ilə qəza baş verərsə bu zaman araşdırma üçün müəyyən vaxta ehtiyac yaranır. Bu vaxt itkisi isə narazııqlara gətirib çıxarır: "Hesab edirəm ki, bu hallarla bağlı Daxili İşlər Nazirliyində operativ qərərgah yaradılmalı hadisələrdə zərərçəkənin və zərərvuranın müəyyən olunması üçün tədbirlər görülə bilər. Eyni zamanda bu hallarda ekspertizanın aparılması da müəyyən vaxt aparır. Ekspertizanın aparılması uzun vaxt alır. Avtomobil qəzalarında icbari sığortası olanlar qarşı tərəfə vurduqları ziyanla bağlı daha rahat nəfəs ala bilirlər. Bu hal 5 min manata kimi dəyən ziyanla bağlıdır. Əgər qarşı tərəfə dəyən ziyan daha çoxdursa o zaman yenə də könüllü sığortanın olması arzuolunandır".

Sığorta şirkətləri isə sığortası olan avtomobillərə qarlı hava şəraitində dəyən ziyanın məbləğinin ödənildiyini söyləyirlər.

"Xalq Sığorta" Şirkətinin Hadisələr şöbəsindən Sputnik Azərbaycan-a bildirdilər ki, qar çoğunu, qar fıtınası olduğu havalarda avtomobilə dəyən ziyan təminata düşmür: "Yox əgər qışa xarakterik olan qarlı-buzlu havada idarəetməni kimsə itirib digər avtomobilə ziyan vurursa, bu halda məsuliyyət sığortası işləyir. Tam ödəniş olunur".

Bununla belə şirkətdən bildirdilər ki, mütləq yol polisinin hadisə ilə bağlı protokolu olmalıdır: "Bəzən yol polisi işçiləri də buzlu havada günahkarı müəyyən etməyə çətinlik çəkir. Amma günahkar müəyyən olunubsa, hansı sığorta şirkətinin sığortaladığ avtomobil günahkardırsa, dəyən ziyan mütləq ödəməyə borcludur. Bizim şirkətdə sığorta olunan avtomobillərdən 60-a yaxın avtomobil buzlu havada iki ügn ərzində qəzanın törənməsinə səbəb olub. Həmin avtomobillərə dəyən ziyan ödəniləcək".

O ki, qaldı dövlət orqanın günahkarı müəyyən etmədiyi qəzada sığortanın necə ödənilməsinə, şirkətdən bildirdilər ki, qaununla bu iş dövlət orqanın üzərinə düşür, sığorta şirkətinin yox!

Vətəndaşların ən çox maraqlandığı məsələlərdən biri də zəncirvari qəzalarda avtomobillərə dəyən ziyanın kim tərəfindən ödənilməsidir. Sığorta şirkətindən bildirdilər ki, ziyanın ödənilməsi bu zaman hadisədən asılı olaraq dəyişir: "Zəncirvari qəzalar hər biri öz xüsusiyyətləri ilə fərqlənir. Bir dəqiqədən sonra hadisə olursa, o artıq tamamilə ayrı hadisə kimi qeydə alınır".

Sığorta şirkətindən onu da bildirdilər ki, icbari məsuliyyət sığortasına görə 5 min manat ödənilir. Zərər 5 min manatdan çoxdura zərərçəkənlər arasında bu məbləğ bölünür.

528
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, arxiv şəkli

Ərdoğan: “Yuxarı sinif şagirdləri üçün əyani təhsil bərpa olunacaq”

0
Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

BAKI, 1 mart - Sputnik. “Türkiyədə ÇOVID-19-la mübarizə tədbirləri ilə əlaqədar yeni nəzarətli normallaşma mərhələsi başlayır”. 

APA-nın xəbərinə əsasən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetindəki növbəti toplantısından sonra bildirib.

Prezident deyib ki, Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması mavi, sarı, narıncı, qırmızı (zəif, orta, yüksək və çox yüksək) rənglərlə fərqləndirilməklə mübarizə tədbirləri bu dərəcələrə uyğun aparılacaq. 

Zəif və orta riskli ərazilərdə koronavirusla mübarizə tədbirləri ilə əlaqədar sərtləşdirilmiş qaydalar ləğv ediləcək, infeksiyanın yayılması yüksək və çox yüksək olan ərazilərdə isə yayılma dərəcəsinə görə, qaydalar ya saxlanılacaq, ya da daha çox sərtləşdiriləcək. 

Zəif və orta riskli ərazilərdə həftəsonu küçəyə çıxma qadağası yalnız bazar günlərinə şamil ediləcək, şənbə günləri bu məhdudiyyət ləğv olunacaq, axşam saat 21.00-dan səhər saat 5-dək ölkə boyu küçəyə çıxma məhdudiyyəti isə saxlanılacaq. 

Ərdoğan deyib ki, ölkədə 8-ci sinifdən başlayaraq yuxarı sinif şagirdləri üçün ənənəvi əyani təhsil bərpa olunacaq, zəif və orta riskli ərazilərdə isə ibtidai siniflər də daxil məktəblər açılacaq. 

Restoran, kafe və bu kimi ictimai iaşə müəssisələri çox yüksək riskli (qırmızı) vilayətlər istisna olmaqla səhər 7-dən axşam 19.00-dək 50 faiz fəaliyyətlərini bərpa edəcəklər. 

Yaşı 65-dən yuxarı olanlar və 21 yaşdan aşağı kateqoriyaya daxil olan gənclərin küçəyə çıxma məhdudiyyətləri zəif və orta riskli yerlərdə ləğv edilsə də, yüksək riskli yerlərdə bu qaydalar saxlanılacaq, çox yüksək riskli yerlərdə isə əksinə, artırılacaq. 

Qeyd edək ki, Türkiyənin eyni nəzarətli normallaşma mərhələsinə görə, böyük şəhərlərdə Şanlıurfa, Dyarbəkir zəif (mavi) risk,  Ankara, Manisa orta (sarı) risk, İstanbul və İzmir yüksək (narıncı) risk, Konya isə çox yüksək (qırmızı) risk qrupuna daxildir.

0