İlham Əliyev Şirvan şəhərinə səfərə gəlib

İlham Əliyev Ramil Usubovun raportunu qəbul edib

2215
(Yenilənib 12:44 23.06.2017)
Prezident Daxili Qoşunların vəziyyəti ilə maraqlanıb

BAKI, 23 iyun — Sputnik. Prezident İlham Əliyev Şirvan şəhərinə səfərə gəlib. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin Şirvan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı Mərdan Camalov abidənin ətrafında görülmüş abadlıq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 23-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin açılışında iştirak edib. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov dövlətimizin başçısına raport verdi.

İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərindəki hərbi hissəsinin açılışında
© Official website of President of Azerbaijan Republic
İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərindəki hərbi hissəsinin açılışında

Prezident İlham Əliyevə məlumat verildi ki, hərbi hissədəki yeni binaların inşasına 2012-ci ildə başlanıb və 2017-ci ilin mayında inşaat işləri başa çatdırılıb. Ümumi ərazisi 8,5 hektar olan hərbi hissədə qərargah, kazarma binaları, yeməkxana, tibb məntəqəsi və digər binalar inşa edilib. Binalar mərkəzləşdirilmiş mühəndis kommunikasiya, o cümlədən elektrik, su-kanalizasiya, havalandırma sistemləri, mebel və inventarlarla təchiz edilib. Ərazidə avtomobil parkı, atış şəhərciyi, qarovul məntəqəsi, anbarlar, müasir hamam-camaşırxana kompleksi də yaradılıb. Həmçinin hərbi hissədə 8 min kvadratmetr ərazidə sıra meydanı da var. Hərbi hissənin tədris bölməsində atəş, rabitə, taktiki hazırlıq, avtomobillərin idarə edilməsi, yol hərəkətinin təşkili və aşpazların hazırlanması sinifləri də hərbçilərin istifadəsinə verilib. Sinif otaqlarının hamısı zəruri inventar, o cümlədən əyani vəsaitlə təchiz olunub. Hərbi hissənin həyətində idman qurğuları da quraşdırılıb. Gələcəkdə burada dördmərtəbəli kazarmanın inşası planlaşdırılır.

Qərargah binasının foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ordu quruculuğuna diqqət və qayğılarını əks etdirən fotostend yaradılıb. Binadakı brifinq və xidməti otaqlar zəruri inventarla təchiz olunub. Burada hərbçilərin yüksək səviyyədə xidmət aparmaları üçün hərtərəfli şərait yaradılıb.

Dövlətimizin başçısı əsgər kazarmasında da oldu. Müasir səviyyədə yaradılan kazarmada əsgərlərin qalmaları və istirahət etmələri üçün bütün şərait var. Kazarmalar isti döşəmə, həmçinin kondisionerlə təchiz olunub. Kazarmada əsgərlərin asudə vaxtının səmərəli təşkili üçün də geniş imkanlar mövcuddur. Burada ideoloji və məişət otaqları, əmlak anbarı və bərbərxana da əsgərlərin ixtiyarına verilib. Bir sözlə, buradakı şərait Azərbaycan dövlətinin ordu quruculuğu, o cümlədən Daxili Qoşunların hərbçilərinin xidmət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımların ardıcıl xarakter aldığını göstərir. Bu, həm də onu göstərir ki, Azərbaycan əsgəri bu gün ən müasir hərbi hissələrdə xidmət keçir. Bu isə şübhəsiz ki, Ali Baş Komandanın diqqəti və qayğısı sayəsində mümkün olub.

Sonra dövlətimizin başçısı Daxili Qoşunların hərbi silah-sursat və texnikası ilə tanış oldu. Bu gün Daxili Qoşunlar istər döyüş qabiliyyəti, istər maddi-texniki təchizat, istərsə də hərbi-texniki avadanlıqlara görə ən müasir hərbi birləşmələrdən biridir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin vahid sisteminin mühüm struktur hissələrindən biri olan Daxili Qoşunlar cəmiyyətin və dövlətin mənafeyinin, vətəndaşların konstitusion hüquqlarının və azadlıqlarının cinayətkar qəsdlərdən qorunması, mühüm dövlət obyektlərinin, kommunikasiya qurğularının mühafizəsinin həyata keçirilməsi, ictimai asayişin mühafizəsi və qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri layiqincə yerinə yetirir.

Sonra Prezident İlham Əliyev hərbi hissənin əsgər yeməkxanasında yaradılan şəraitlə tanış oldu. Burada əsgərlərin dolğun qidalanmaları üçün bütün zəruri şərait yaradılıb. Yeməkxanada eyni vaxtda 320 əsgər qidalana bilər. Yeməkxananın çörək, balıq, ət, tərəvəz, quru ərzaqlar və sinif otaqları da var.

Hərbi hissənin tibb məntəqəsi də müasir səviyyədədir. Burada hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün zəruri şərait yaradılıb. Məntəqədə palatalar, aptek, yeməkxana, sarğı və digər zəruri otaqlar var. Burada hərbi qulluqçulara fizioterapiya, stomatoloji və başqa tibbi xidmətlər göstəriləcək.

Hərbi hissənin ərazisində geniş abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

2215
Teqlər:
Sputnik Azərbaycan, Şirvan şəhəri, Daxili Qoşunlar, İlham Əliyev, dövlət başçısı, prezident
Əlaqədar
İlham Əliyev təqaüd müəyyənləşdirdi
Prezident İlham Əliyev iftar mərasimində iştirak edib
İlham Əliyevdən alman xalqına jest
İlham Əliyev: "Ermənistan həmişə sizin səfəriniz ərəfəsində təxribatlar törədir"
İlham Əliyev kədərini ifadə etdi
İlham Əliyev: "Biz əlaqələri genişləndirməyə hazırıq"
İlham Əliyev Böyük Qayıdışın başlanğıc nöqtəsində
Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov

Qələbənin bir addımlığında yaralanan qazi: "Bir əsgərdə qorxu hissi yox idi"

165
(Yenilənib 21:37 30.11.2020)
"Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi"

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 30 noyabr — Sputnik. Döyüş meydanında qəhrəmanlıq göstərən igid Azərbaycan oğullarının şücaəti indi dillərə dastan olur. Torpaqlarımızı işğaldan azad etmiş bu vətən oğullarının sayəsində biz zəfər yazan ölkənin vətəndaşına çevrilmişik. Onlardan biri də Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanovdur.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov övladı ilə

O, Vətən müharibəsinin ilk günlərindən cəbhəyə könüllü qatılıb, döyüşlərdə iştirak edib. Bədir torpaqlarımızın işğaldan azad olunması zamanı əldə edilən qələbənin əsas səbəblərindən birinin yüksək döyüş əhval-ruhiyyəsi olduğunu deyir:

“Əhval-ruhiyyə ordumuzda çox yüksək idi. Bir əsgərdə belə qorxu hissi yox idi. İndi fikirləşirəm ki, bir nəfər belə qorxmuş olsaydı, bu bütün döyüşçülərə sirayət edərdi. Amma hər kəs qorxmadan mərdliklə döyüşürdü. Bizim döyüşçülərin döyüş ruhunu yüksəldən düşmənin qabağımızda dayana bilməməsi idi. Hücum vaxtı erməni əsgəri uzağı 5-10 güllə atıb avtomatı tullayıb qaçırdı. Onda hiss edirdik ki, qarşımızı heç bir düşmən kəsə bilməz”, - deyə döyüşlər haqda danışıb.
  • Bədir Süleymanov övladları ilə
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladları
    © Sputnik / Ilham Mustafa
  • Tovuzun Əsrik Cırdaxan kəndindən olan Bədir Süleymanov
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
  • Bədir Süleymanovun övladı
    © Sputnik / Ilham Mustafa
1 / 5
© Sputnik / Ilham Mustafa
Bədir Süleymanov övladları ilə

Füzuli, Laçın və Xocavənd istiqamətində döyüşlərdə iştirak edən Bədir Süleymanov əlindən yaralansa da, digər yaralı əsgər yoldaşını da döyüş meydanında buraxmayıb. O anı yaralı qazi belə xatırlayır:

“Noyabrın 9-da Xocavənd istiqamətində əlimdən güllə yarası aldım. Mən zərbə manqasında döyüşürdüm. Döyüşlərə ilk biz atılırdıq. Yaralandığım döyüşdə erməniləri qovaraq içərilərə getdik. Düşmən bizi mühasirəyə salmaq istəyəndə yaralandım. Mənimlə eyni vaxtda bir yoldaşım da yaralandı. Güllə sinəsindən girib kürəyindən çıxmışdı. Olduğumuz yerdən işıqlı havada çıxmaq mümkün deyildi. Snayperləri çox idi ərazidə. Ona görə komandir dedi, qaranlıq düşsün, sonra sizi aşağı düşürək. Komandirə dedim, icazə versin, onsuz axşama kimi qanaxmadan burada sağ qalmaq mümkün olmayacaq. O biri yaralını da götürüb sürünə-sürünə çıxardım düşmən əhatəsindən. Hazırda ikimiz də sağıq. Tez-tez zəng vurur indi”, - deyə o, son döyüşündən məlumat verib.

© Sputnik / Ilham Mustafa
Qarabağ qazisi Bədir Süleymanov ailəs ilə birgə

Bədirin 2 körpə övladı var. Qazinin gəlişinə ən çox sevinənlər də elə onlardır.

Qazi anası Aybəniz Salmanova övladı ilə fəxr etdiyini deyir.

“Bədir mənim fəxrimdir. Müharibə başlayanda öz kəndimizdəydim. Zəng elədi ki, mən döyüşə gedirəm, gəl, uşaqların yanında qal. Gedən gündən döyüşlərə qatılıb son günlərədək vuruşdu. Gələndə onu bir qəhrəman oğul kimi qarşıladım. Mən övladımla, ordumuzla, prezidentimizlə fəxr edirəm. Çünki birlik olmasaydı, müharibədə qalib gələ bilməzdik,” - deyə o bildirib.

Bədir indi tezliklə sağalacağı günü gözləyir. Fikri-zikri döyüş yoldaşlarının yanında olduğundan sağalan kimi onların yanına getmək istəyir.

165
Teqlər:
əsgər, döyüş, söhbət, Tovuz, Qarabağ, qazi
Taxılçılıqla məşğul olan fermer

Rayonda bir ilki sınaqdan keçirən Balakən sakini ayın fermeri oldu

16
(Yenilənib 21:10 30.11.2020)
"Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir

BAKI, 30 noyabr — Sputnik. Azərbaycanda aqrar sahədə fəaliyyətin daha da stimullaşdırılması üçün fermerlər arasında elan edilən "Ayın fermeri" müsabiqəsinin qalibi müəyyənləşib.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat veriblər ki, müsabiqədə iştirak üçün 40 rayondan ümumilikdə 56 fermer müraciət edib. Müsabiqənin iki mərhələsi üzrə ayrı-ayrılıqda fermerlərin fəaliyyəti qiymətləndirilib.

Komissiya üzvlərinin qiymətləndirməsi nəticəsində qarğıdalı istehsalı sahəsində yüksək məhsuldarlıq əldə etdiyinə görə fermer Zaur Əhmədiyev "Ayın fermeri" müsabiqəsinin qalibi elan edilib. Balakən rayonunda fermer təsərrüfatı quran Zaur Əhmədiyev düzgün aqrotexniki qulluq nəticəsində 35 ha qarğıdalı sahəsindən 308 ton dənlik qarğıdalı istehsal edib. Rayonda ilk dəfə qarğıdalı sahəsində damlama üsulu ilə suvarma sistemini quran fermerin qarğıdalı sahəsində orta məhsuldarlıq 88 sentner təşkil edib. O, ötən il 175 ha sahədən 460 ton taxıl əldə edib. 2019-cu ildə 20 hektar sahədə intensiv bağ salan Zaur Əhmədiyev heyvandarlıq sahəsində də fəaliyyət göstərir və hazırda təsərrüfatında 298 baş iribuynuzlu heyvan var.

Qeyd edək ki, "Ayın fermeri" müsabiqəsinin məqsədi nümunəvi fermerlərin müəyyən edilməsi, onların mükafatlandırılaraq həvəsləndirilməsi və qabaqcıl fermerlər arasında sağlam rəqabət mühitinin formalaşdırılmasından ibarətdir.

Xatırladaq ki, müsabiqənin təşkili ilə bağlı təsdiqlənən qaydalara əsasən, müsabiqədə "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçmiş və 2 ildən az olmayan müddətdə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fermerlər iştirak edə bilər.

16
Teqlər:
qarğıdalı, fermer, Balakən
Türkiyədə epidemioloji vəziyyət

Türkiyə qaydaları sərtləşdirir: artıq günlərində də...

0
(Yenilənib 22:19 30.11.2020)
"Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq" - Ərdoğan

BAKI, 30 noyabr – Sputnik. Koronavirusa yoluxmanın artması səbəbindən  çərşənbə axşamından etibarən Türkiyədə hamam, hovuz və idman zallarının fəaliyyəti dayandırılacaq.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Hamamlar, saunalar, hovuzlar, idman zalları çərşənbə axşamından etibarən işini dayandırır. Ticarət mərkəzlərinə məhdud sayda insanları rəqəmsal şifrə ilə buraxacaqlar. Küçələrdə insanların toplaşması da məhdudlaşdırılacaq. İş günlərində 21.00-dan 05.00-dək, eləcə də cümə axşamı 21.00-dan bazar ertəsi 05.00-dək komendant saatı tətbiq olunacaq. Dövlət müəssisələri 10-dan 16-dək işləyəcək”, - deyə Ərdoğan televiziya ilə müraciətində deyib.

“Son sınama mərhələsini keçmiş bütün vaksinləri tədqiq edirik. Bütün vətəndaşlarımızın pulsuz peyvəndlənmə imkanı olacaq. Vaksinasiya gələn aydan başlanacaq. Artıq 50 milyon doza vaksin sifariş etmişik”, - Türkiyə lideri əlavə edib.

Ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib ki, koronavirus pandemiyası Türkiyənin bir sıra bölgələrində, eləcə də İstanbulda üçüncü pik həddinə çatıb. Son həftə ərzində koronavirusa yoluxma və COVID-19-dan ölüm faktları üzrə rekord göstəricilər bir-birini əvəzləyib.

Bu gün qardaş ölkə yenə antirekordu təzələyib - COVID-19-dan 188 xəstə ölüb. Bir gün ərzində 31219 yeni yoluxma faktı aşkarlanıb. İndiyədək Türkiyədə 13746 nəfər COVID-dən dünyasını dəyişib. 5190 xəstənin vəziyyəti ağırdır.

0
Teqlər:
komendant saatı, sərt karantin rejimi, yoluxma, Koronavirus, epidemiya, COVID-19, Türkiyə
Mövzu:
Dünyanı cənginə almış bəla