В прифронтовой зоне состоялись открытия еще двух новых военных городков

Yeni hərbi şəhərciklər istifadəyə verildi

39
(Yenilənib 00:11 23.06.2017)
Cəbhəboyu zonada yerləşən daha iki yeni hərbi şəhərciyin açılışı olub

BAKI, 22 iyun — Sputnik. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən tikinti-quruculuq işləri davam edir.

Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurumun rəhbərliyi cəbhə bölgəsində yeni inşa edilən zenit-raket və mühəndis-istehkam hərbi hissələrinin açılışında iştirak edib.

Ərazidəki qərargah, xüsusi texnika üçün saxlanclar, əsgər yataqxanaları, yeməkxana, sıra meydanı və digər hərbi obyektlərlə tanış olunub.

Hərbi hissələrdən birində yeni inşa olunacaq yeməkxananın təməlqoyma mərasimində də iştirak edən müdafiə naziri Zakir Həsənov müvafiq tapşırıqlar verib.

39
Teqlər:
sıra meydanı, xüsusi texnika üçün saxlanc, hərbi şəhərcik, Müdafiə Nazirliyi, Zakir Həsənov, İlham Əliyev
Əlaqədar
Cəbhə bölgəsində yeni hərbi şəhərcik istifadəyə verilib
Sakinlərə məşəqqət verilən şəhərcik
Müdafiə naziri cəbhəboyu zonada tikilən hərbi şəhərcikdə tikinti işlərini yoxlayıb
Флаг Международного комитета Красного Креста, фото из архива

Qırmızı Xaç Qızıl Ayparanın könüllüsü Bərdədəki erməni terroru zamanı həlak olub

6
Ermənistan silahlı birləşmələrinin Bərdəyə raket hücumu zamanı Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü də həlak olub

BAKI, 28 oktyabr — Sputnik. Ermənistan silahlı qüvvələrinin Bərdəyə raket hücumu nəticəsində həlak olanlar arasında Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin könüllüsü var. 

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətinin Avropa bürosunun rəsmi "Twitter" səhifəsində məlumat verilib. 

"Bu gün günortadan sonra Azərbaycanın Bərdə şəhərində mülki şəxslərə humanitar yardım çatdırarkən könüllülərimizdən birinin həlak olması xəbəri bizi dərindən kədərləndirdi.  

39 yaşlı ata Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı nümayəndəliyinin təcili mobil qrupunun əməkdaşı idi və raket hücumunda həlak olub. Humanist, xeyriyyəçilər hədəf deyil!", - Qırmızı Xaç və Qırmızı Aypara təşkilatının Avropa bürosu bildirib.

6
Əlində Azərbaycan və Türkiyə bayraqlarını tutan kişi

Azərbaycan Prezidenti Türkiyə xalqını təbrik etdi

16
(Yenilənib 00:11 29.10.2020)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibəti ilə təbrik edib.

BAKI, 28 oktyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə xalqını Cümhuriyyət Bayramı münasibəti ilə təbrik edib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Dövlər başçısı özünün Twitter hesabında yazıb.

"Bir millət, iki dövlət, qardaş Türkiyə xalqını təbrik edirik!”, - deyə İlham Əliyev yazıb.

16