Sumqayıt, arxiv şəkli

Bu ərazini nazirlik nəzarətə götürdü

115
Ərazi Sumqayıt Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb

BAKI, 22 iyun — Sputnik. Sumqayıt şəhər sakinləri Bayraməli Mirzəcanov və Fəxrəddin Mirzəcanov Sumqayıt şəhəri asfalt zavodu məhəllə 1 ünvanındakı yaşıllıq sahəsində vətəndaş İlqar Həsənov tərəfindən obyekt tikintisinə cəhd olunması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına şikayət məktubu ilə müraciət edib. Şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarından ibarət Komissiya təşkil olunaraq şikayətçinin iştirakı ilə yerində araşdırma aparılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, araşdırma zamanı sözügedən ünvanda İ.Həsənov tərəfindən tikilmiş fərdi yaşayış evinin arxa hissəsində 28 sərv, 8 söyüd və 1 qovaq cinsli ağac tinglərinin əkildiyi və onların yaş köküstə vəziyyətdə olduğu müəyyən edilib.

Araşdırmada iştirak edən şikayətçi F.Mirzəcanov əvvəllər məişət tullantıları ilə çirklənmiş bu torpaq sahəsini öz daxili imkanları hesabına təmizlədiklərini, burada çoxsaylı ağac tingləri əkdiklərini, onlara xidmət göstərdiklərini, lakin sonradan qonşusu İ.Həsənov tərəfindən bu ərazidə obyekt tikintisinə cəhd göstərildiyini bildirib. Sözügedən torpaq sahəsinə keçilmiş baxış zamanı obyekt tikintisi və ağac tinglərinin məhv edilməsi faktı aşkar olunmayıb. Ərazidə hər hansı obyektin tikintisi üçün torpaq sahəsinin ayrılmaması barədə Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsinə, ağac tinglərinin kəsilərək yerində obyekt tikintisi aparılması cəhdlərinin qarşısının alınması üçün Sumqayıt şəhər Polis İdarəsinə, tikinti aparılacağı təqdirdə yaşıllıqların məhv edilməsinə görə cəlb olunacağı məsuliyyət barəsində İ.Həsənova Nazirllik tərəfindən məktub göndərilib.

Ərazi Sumqayıt Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

115
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sumqayıt şəhər Polis İdarəsi, Fəxrəddin Mirzəcanov, Bayraməli Mirzəcanov, İlqar Həsənov
Əlaqədar
Ekologiya nazirinə "Şöhrət" ordeni niyə verilib?
Ekoloji Informasiya İctimai Birliyi növbəti tədbirini "Ağgöl" Milli Parkında keçirdi
Ekoloq: “Torpaqların şoranlaşmasının səbəbi insanların özbaşınalığıdır”
Ekologiyaya qarşı cinayətlərin sayı məlum oldu
Azərbaycan hərbi təyyarələri Türkiyə səmasında

Azərbaycana məxsus təyyarənin vurulması barədə yayılan məlumat dezinformasiyadır

49
(Yenilənib 00:17 29.09.2020)
Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

BAKI, 29 sentyabr — Sputnik. Ermənistan tərəfinin axşam saatlarında Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin vurulması barədə yayılan məlumat yalan və dezinformasiyadır.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

V.Dərgahlı qeyd edib ki, Azərbaycan Ordusunun bütün aviasiya vasitələri yerindədir və işləkdir.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan qondarma Dağlıq Qarabağ ordusunun Martuni üzərində Azərbaycana aid bir An-2 təyyarəsini vurduğunu iddia edib. 

49
Türkiyə Respublikasının prezidenti Recep Tayyip Erdoğan, arxiv şəkli

Ərdoğan Boris Consonla Qarabağ münaqişəsini müzakirə etdi: "Ermənistan çəkilməlidir!"

73
(Yenilənib 23:53 28.09.2020)
Ermənistanın Azərbaycana qarşı hücumları nəticəsində başlayan döyüşlərə toxunan Rəcəb Tayyib Ərdoğan deyib ki, bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməlidir.

BAKI, 28 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Boris Consonla telefonla danışıb.

Sputnik Türkiyə Türkiyənin Rabitə Nazirliyinin verdiyi xəbərə istinadla bildirir ki, görüşdə Türkiyə-İngiltərə əlaqələri, Şərqi Aralıq dənizindəki proseslər, Ermənistanın Azərbaycana qarşı təxribatları və silahlı hücumu nəticəsində bölgədə yaranan gərginlik müzakirə edilib.

Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana qarşı hücumları nəticəsində başlayan döyüşlərə toxunaraq bildirib ki, bölgədə sülh və əmin-amanlığın bərqərar olması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından - Dağlıq Qarabağ və ətraf rayonlardan çəkilməlidir.

73
Teqlər:
Dağlıq Qarabağ, Ermənistan, Böyük Britaniya, Boris Conson, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, prezident Rəcəb Tayyib Ərdoğan, Ərdoğan
Əlaqədar
Ərdoğan Əliyevə zəng etdi: "Türkiyə Azərbaycanın yanındadır"
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanla görüşüb
Ərdoğan: "Türkiyə Azərbaycanın yanındadır. Artıq hesab vaxtı gəldi"
Ərdoğan: "Hər zaman olduğu kimi, bu gün də Azərbaycanın yanındayıq"