Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi keçirilib

Genişmiqyaslı təlimlərin döyüş atışlı mərhələsi keçirilib

36
(Yenilənib 00:00 23.06.2017)
Bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcə də digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər

BAKI, 22 iyun — Sputnik. İyunun 19-da başlayan genişmiqyaslı təlimlərin döyüş atışlı əsas mərhələsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bu mərhələdə artilleriya, hava hücumundan müdafiə vasitələri, aviasiya, eləcə də digər birləşmələr silah və texnikanın tətbiqi ilə təlim-döyüş tapşırıqlarını yerinə yetiriblər.

36
Teqlər:
hava hücumundan müdafiə vasitələri, artilleriya, Genişmiqyaslı təlimlər, Müdafiə Nazirliyi
Əlaqədar
Müdafiə Nazirliyinin rəhbərliyi HHQ Təlim Mərkəzində olub
İki ölkə birgə hərbi təlim keçirəcək
Cəbhə xəttində yeni təlim mərkəzi açıldı
Həkim, arxiv şəkli

Uzun müddət COVID-19-dan müalicə alan həkimdən şad xəbər var

1
(Yenilənib 14:19 15.08.2020)
Yaqut Qarayeva bildirib ki, aldıqları son məlumata görə, Cavid Paşayevin xəstəxanada müalicə müddəti başa çatıb.

BAKI, 15 avqust — Sputnik. "Həkim renaimatoloq Cavid Paşayev ATU-da COVID-19 xəstələrinin mülaicəsi ilə məşğul idi. o uzun müddət COVID-19-dan müalicə alırdı".

Anestezioloq Cavid Paşayev

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə TƏBİB rəsmisi Yaqut Qarayeva bugünkü brifinqdə məlumat verib. O bildirib ki, artıq aldıqları son məlumata görə, Cavid Paşayevin xəstəxanada müalicə müddəti başa çatıb: Bu xəbər bizim üçün çox sevindiricidir".

1
Bakıda avtobus, arxiv şəkli

Şənbə-bazar ictimai nəqliyyat açılacaqmı?

5
(Yenilənib 13:54 15.08.2020)
"Lakin hələlik göründüyü kimi bütün addımlar mərhələli şəkildə atılır" - Prezidentin köməkçisi Hikmət Hacıyev.

BAKI, 15 avqust — Sputnik. "Qadağalar həftə sonları üçün hələlik qüvvədədir".  Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, qarşıdan gələn həftələrdə bu məsələ müzakirə oluna bilər: "Lakin hələlik göründüyü kimi bütün addımlar mərhələli şəkildə atılır".

 

5