Lapşin

Ədliyyə Nazirliyindən Aleksandr Lapşinlə bağlı açıqlama

29
(Yenilənib 17:47 21.06.2017)
Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb, sabah cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək

BAKI, 21 iyun — Sputnik. "Hər bir məhkum kimi Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin də səhhəti diqqət mərkəzindədir. Əgər kiminsə səhhətində bir problem yaranarsa, əlbəttə ki, buna diqqət yetirilir".

APA-nın xəbərinə görə, bunu Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyib.

İdarə rəisi bildirib ki, müraciətlərə diqqətlə yanaşılır: "Penitensiar müəssisələrdə saxlanılan hər bir məhkumun saxlanma şəraiti, onun sağlamlığı hər zaman diqqət mərkəzində saxlanılır. Eyni zamanda Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi tərəfindən məhkumların sağlamlıq vəziyyətinə, onların sağlıq durumuna daim diqqət yetirilir. Həm Tibb Baş İdarəsinin həkim-mütəxəssisləri, həm də Tibb Baş İdarəsinin tərkibində olmayan digər klinikaların həkim-mütəxəssislərinin dəvət olunması təcrübəsi mövcuddur. Buna görə də mən bu məsələdə heç bir narahatlıq görmürəm". 

Qeyd edək ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.

Artıq A. Lapşin haqqında Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə başlanmış cinayət işinin ibtidai istintaqı başa çatıb, sabah cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.

29
Teqlər:
Tibb Baş İdarəsi, Ədliyyə Nazirliyi, Faiq Qurbanov, Aleksandr Lapşin, Minsk, Belarus Respublikası, Azərbaycan
Əlaqədar
Lukaşenkodan Lapşin məsələsinə görə sərt bəyanat
Novruz Məmmədov: “Lapşin məsələsini siyasiləşdirmək lazım deyil”
"Lapşin prosesi"nin ikinci mərhələsi başlayır
Lapşin günahını etiraf edib
Azərbaycan hərbçiləri, arxiv şəkli

Müzəffər Ordumuz artıq Kəlbəcərdə!

73
(Yenilənib 01:14 25.11.2020)
Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.

BAKI, 25 noyabr - Sputnik. Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.

Sputnik Azərbaycan bildirir ki, məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir.
Gün ərzində Kəlbəcərdən foto və video materiallar təqdim olunacaq.

73
Teqlər:
Azərbaycan ordusu, Qarabağ, Kəlbəcər rayonu

Ərdoğan Qarabağa görə Putinə zəng vurdu

42
(Yenilənib 00:03 25.11.2020)
Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.

BAKI, 24 noyabr - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə zəng vurub.

Sputnik Azərbaycan Anadolu agentliyinə istinadən bildirir ki, iki ölkənin liderləri Türkiyə ilə Rusiya arasında ticari həcmin artırılması, Dağlıq Qarabağ, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağda Türkiyənin Rusiya ilə birlikdə quracağı Müştərək Mərkəzin qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini vurğulayıb.

Həmçinin Türkiyə Prezidenti Ermənistan tərəfinin razılaşmada göstərilən məsuliyyətlərindən yayınmasına izn verilməməsinin vacibliyini də qeyd edib.  

Ərdoğan Minsk qrupu həmsədrlərinin sülh üçün atılan addımları tənqid etmələrini anlamadığını da dilə gətirib.   

42
Teqlər:
telefon zəngi, Vladimir Putin, Rəcəb Tayyip Ərdoğan, Azərbaycan, Rusiya, Türkiyə, Qarabağ